“Azərbaycan
Respublikasının Mülki Məcəlləsində
və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə” Azərbaycan Respublikasının
2020-ci il 8 may tarixli 97-VIQD nömrəli Qanununun
tətbiqi və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan
Respublikasının 2007-ci il 25
dekabr tarixli 519-IIIQ
nömrəli Qanununun tətbiq edilməsi
barədə” Azərbaycan Respublikası Prezidentinin
2008-ci il 13 mart tarixli 735 nömrəli Fərmanında dəyişiklik
edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 19-cu və
32-ci bəndlərini rəhbər
tutaraq, "Azərbaycan
Respublikasının Mülki
Məcəlləsində və
"Sığorta fəaliyyəti
haqqında” Azərbaycan
Respublikasının Qanununda
dəyişiklik edilməsi
barədə” Azərbaycan
Respublikasının 2020-ci il 8 may tarixli 97-VIQD nömrəli Qanununun qüvvəyə minməsi
ilə əlaqədar
həmin Qanunun tətbiqini təmin etmək məqsədilə
qərara alıram:
"Sığorta fəaliyyəti
haqqında” Azərbaycan
Respublikasının 2007-ci il
25 dekabr tarixli 519-IIIQ nömrəli Qanununun tətbiq edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin
2008-ci il 13 mart tarixli
735 nömrəli Fərmanında
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2008, ¹ 3, maddə 184; 2013, ¹ 12, maddə 1516; 2014, ¹ 10, maddə
1182; 2016, ¹ 3, maddə 453) aşağıdakı
dəyişikliklər edilsin:
1. 2.1-ci bənddə "maddəsində”
sözü ", 1.1.12-ci və
16.6-cı maddələrində” sözləri ilə əvəz edilsin;
2. aşağıdakı məzmunda 2.1-1-ci bənd əlavə edilsin:
"2.1-1. həmin Qanunun
1.1.12-ci və 16.6-cı maddələrində
"orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər
Kabineti nəzərdə
tutulur;”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 2 iyul
2020-ci il
Azərbaycan.-2020.-
5 iyul.- S.2.