Pandemiya dövründə sosial xidmət

 

 

COVID-19 pandemiyası ilə əlaqədar xüsusi karantin rejimi dövründə DOST mərkəzlərinin fəaliyyət göstərdiyi rayonlarda tənha yaşayan ahıl vətəndaşlar, həmçinin əlilliyi olan şəxslər, aztəmantlı ailələr üçün müxtəlif yardım aksiyaları təşkil olunur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bütün sosial xidmət işçiləri gücləndirilmiş iş rejimi şəraitində çalışırlar. "Böyükləri qoruyaq” aksiyasında DOST könüllüləri yaxından iştirak edirlər. Onlar daim sosial xidmətçilərlə birgə tənha yaşlı vətəndaşlara tez-tez baş çəkərək, istəkləri ilə maraqlanır və müvafiq istiqamətdə kömək göstərirlər.

Bu günlərdə xüsusi karantin rejimində yaşı 65-dən yuxarı olan şəxslərin evdə qalma tövsiyələrini nəzərə alaraq stolüstü oyunlar üzrə onlayn çempionat keçirilib. Oyunlardan şahmat üzrə çempionat artıq başa çatıb. Dama üzrə yarışların keçirilməsi də nəzərdə tutulub. Çempionatın əsas məqsədi yaşlıların asudə vaxtının səmərəli keçirilməsi və gündəlik həyat tərzini dəyişmədən hobbilərinin onlayn formada da reallaşdırılmasının mümkünlüyünü nümayiş etdirməkdir. Çempionatda 20 nəfər pensiyaçının iştirakı nəzərdə tutulub.

Digər layihələrdən biri kimi könüllülərin ümumi dünyagörüşünün artırılması üçün müxtəlif sahələri təmsil edən ictimai xadimlərlə onlayn maarifləndirici görüşlərin təşkilidir.

 

 

Azərbaycan.-2020.- 5 iyul.- S.3.