Geniş vüsət
alan hərəkat
DOST mərkəzlərində "Könüllü DOST” proqramına böyük maraq yaranmışdır. Ötən dövrdə bu proqram üzrə 250-dək könüllü DOST mərkəzlərinə cəlb edilib. Əksəriyyəti tələbə olan könüllülər gündəlik olaraq 3 saat fəaliyyət göstərirlər. İki ayın yekununda onlar məzun olurlar və daha sonra mərkəzə yeni könüllülərin seçimi başlayır.
"Könüllü DOST” proqramı fərqli ictimai və yaş təbəqələrini əhatə edən bir neçə altproqramdan ibarətdir: "Gənc DOST”, "Gümüşü DOST”, "Virtual DOST”, "Korporativ DOST”. Könüllü fəaliyyətini uğurla başa vuran gənclərin hər birinə xüsusi sertifikat verilir. Onlar bu sertifikatı almaq üçün fərqli 5 alətlə qiymətləndirilir. Həmin alətlərdən biri olan test mərhələsi onlayn formatda keçirilir.
Bu il
Rusiyanın "Şimal-Cənub” Politologiya
Mərkəzinin təşkilatçılığı ilə
Bakıda "Xəzər Könüllülük
Məktəbi”nin birinci iclası və
"Xoşməramlı meridianlar”
müsabiqəsinin final mərhələsi
keçirildi. Azərbaycan, Rusiya və Qazaxıstanı təmsil edən
müxtəlif könüllü fəaliyyət
təşkilatçılarının iştirak
etdiyi iclasda sosial əhəmiyyətli layihələrin təqdimatı
oldu. Həmin müsabiqədə Xəzəryanı
ölkələr üzrə finala
çıxmış 25 layihə beynəlxalq münsiflər
heyəti tərəfindən qiymətləndirildi. Azərbaycanı
təmsil edən DOST Agentliyinin "DOSTtalks” layihəsi "İlin
layihəsi” seçilərək 1-ci yerə layiq
görüldü. Qazaxıstanı təmsil
edən "Sputnik” layihəsi 2-ci,
Rusiyanı təmsil edən "Tom Soyer Fest” isə 3-cü yeri tutdu.
Azərbaycan.-2020.- 5 iyul.- S.3.