Rəcəb
Tayyib Ərdoğan: ""Bir millət, iki dövlət”
şüarı ilə dost və qardaş Azərbaycana əlimizdən
gələn hər cür köməyi göstərməyə
hazırıq"
Azərbaycan
Respublikasının Prezidenti Zati-aliləri cənab İlham
Əliyevə
Cənab
Prezident, Əziz Qardaşım.
Bütün dünyanı cənginə alan COVID-19 pandemiyası səbəbindən Azərbaycanda vəfat edən qardaşlarımıza Uca Allahdan rəhmət, müalicəsi davam edənlərin isə tezliklə şəfa tapmalarını diləyirəm. Həyatını itirənlərə görə qardaş Azərbaycan xalqına millətim adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verirəm.
Azərbaycanda pandemiyaya qarşı gördüyünüz təsirli tədbirləri və fəaliyyəti yaxından izləyirik. Bu sahədə mübarizə aparan hər kəsə işlərində uğurlar arzulayıram.
"Bir millət, iki dövlət” şüarı ilə dost və qardaş Azərbaycana əlimizdən gələn hər cür köməyi göstərməyə hazırıq. Bu çərçivədə Can Azərbaycanın pandemiya ilə mübarizəsinə bir az da olsa fayda verə biləcək tibbi yardım ləvazimatlarının ölkənizə çatdırılmasını təmin edirik.
Bu
fürsətdən istifadə edərək pandemiya ilə
mübarizədə Azərbaycanın yanında olduğumuzu
bir daha ifadə edir, Zali-alinizə səmimi-qəlbdən
cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan
xalqına millətim adından və şəxsən öz
adımdan əmin-amanlıq və rifah diləklərimi
çatdırıram.
Hörmətlə,
Rəcəb Tayyib Ərdoğan
Türkiyə
Respublikasının Prezidenti
Ankara şəhəri,
5 iyul 2020-ci il.
Azərbaycan.-2020.-
7 iyul.- S.1.