Azərbaycan
Respublikası Prezidentinin “Əqli
mülkiyyət hüquqlarının təminatı və
piratçılığa qarşı mübarizə
haqqında” Azərbaycan Respublikasının 2012-ci il 22 may tarixli
365-IVQ nömrəli Qanununun tətbiqi barədə”
2012-ci il 6 iyul tarixli 668 nömrəli və “Rayon
(şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar
haqqında işlər üzrə protokol
tərtib etmək səlahiyyəti olan vəzifəli
şəxslərin Siyahısı”nın təsdiq edilməsi
barədə” 2017-ci il 3 may
tarixli 1361 nömrəli fərmanlarında
dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq,
"Əqli mülkiyyət
hüquqlarının təminatı
və piratçılığa
qarşı mübarizə
haqqında” Azərbaycan
Respublikasının Qanununda
dəyişiklik edilməsi
barədə” Azərbaycan
Respublikasının 2018-ci il 28 dekabr tarixli 1424-VQD nömrəli
Qanununun icrası ilə əlaqədar qərara alıram:
1. "Əqli mülkiyyət hüquqlarının təminatı
və piratçılığa
qarşı mübarizə
haqqında” Azərbaycan
Respublikasının 2012-ci il
22 may tarixli 365-IVQ nömrəli
Qanununun tətbiqi barədə” Azərbaycan
Respublikası Prezidentinin
2012-ci il 6 iyul tarixli 668 nömrəli Fərmanının (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2012, ¹ 7, maddə
677; 2018, ¹ 6, maddə 1216; 2019, ¹ 1, maddə 65) 2.5-ci bəndi aşağıdakı redaksiyada
verilsin:
"2.5. həmin Qanunun
16.3-cü maddəsində ikinci
halda "orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının
İqtisadiyyat Nazirliyi
yanında Dövlət
Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat
Nazirliyi nəzərdə
tutulur.”.
2. Azərbaycan Respublikası
Prezidentinin 2017-ci il 3
may tarixli 1361 nömrəli
Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2017, ¹ 5, maddə
765, ¹ 9, maddə 1650, ¹ 10, maddə
1789, ¹ 12 (I kitab), maddələr
2314, 2321; 2018, ¹ 1, maddə 54, ¹ 2, maddələr 200, 219, ¹ 3, maddələr
416, 430, 448, ¹ 5, maddələr 916, 919, ¹ 6,
maddə 1243, ¹ 9, maddələr
1828, 1840, ¹ 11, maddələr 2274, 2289, ¹ 12
(I kitab), maddələr
2540, 2587, 2601; 2019, ¹ 1, maddə 82, ¹ 2, maddə 216, ¹ 3, maddə
431, ¹ 4, maddə 620, ¹ 5, maddələr
819, 824, 835, 866, ¹ 7, maddə 1221, ¹ 8, maddə 1388, ¹ 10, maddələr
1581, 1587, ¹ 11, maddələr 1700, 1710;
2020, ¹ 3, maddə 252; Azərbaycan
Respublikası Prezidentinin
2020-ci il 1 may tarixli
1013 nömrəli və
22 may tarixli 1039 nömrəli
fərmanları) ilə
təsdiq edilmiş
"Rayon (şəhər) məhkəmələrinin baxdığı
inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin
Siyahısı”nın 41.3-cü bəndinin sonunda nöqtəli vergül işarəsi nöqtə
işarəsi ilə əvəz olunsun və 41.4-cü bəndi ləğv edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 iyul
2020-ci il
Azərbaycan.-2020.-
7 iyul.- S.4.