Azərbaycan dövləti bütün imkanlarını pandemiya
ilə mübarizəyə yönəldib
Prezident İlham ƏLİYEV: "Bu
xəstəxanaların tez bir
zamanda inşa edilməsi
onu göstərir ki, biz hətta seytnot vəziyyətdə
lazımi addımları ata bilərik”
Bəşəriyyət Yer üzərində sürətlə yayılan yeni növ koronavirus - COVID-19-la mübarizəsini davam etdirir. Dünya COVID-19 pandemiyasının birinci mərhələsindən tam yaxa qurtarmamış ikinci və daha təhlükəli dalğası ilə üz-üzə qalıb. Ölkələrdə tətbiq olunan sərt karantin rejimləri infeksiyaya yoluxma dinamikasını bir qədər sabitləşdirsə də, yumşaldılmalar zamanı virus yenidən sürətlə yayılmağa başlamışdır.
Təəssüf ki, indiyə qədər görülən bütün tədbirlər koronavirusun qarşısında aciz qalıb. Tibbi çarə, peyvənd tapılmadığı üçün, hər nə edilsə də, COVID-19 yoxa çıxmaq bilmir. Adi bir sərvaxtlıqdan böyük fəlakətlər törənir. Yoluxdurduğu, aldığı canların statistikası isə insanlığın hələ bugünə qədər belə bir faciə ilə qarşılaşmadığını göz önünə gətirir. Ən dəhşətlisi isə dünyada baş verən bu tragediyanın nə zamana qədər sürəcəyinin bilinməməsidir. Hazırda biz, XXI əsrin müasir insanları bu qeyri-müəyyən vəziyyətin içində, sözün əsl mənasında, ölüm-dirim savaşının ortasındayıq.
İnsanlığın məhv olmaması və soyunun davam etdirilməsi isə məhz yenə də elə insanın öz əlindədir. Bu, min illərdir sübut olunmuş bir faktdır ki, heç bir dərd çarəsiz deyil. İndiki halda, yəni virusa qarşı dərman müalicəsinin, yaxud vaksinin tapılmasına qədər koronavirusa yoluxmaqdan qorunmaq lazımdır. Bu da o qədər çətin deyil: sosial məsafə saxlayaraq, maska taxaraq, əllərimizi yuyaraq.
Qlobal pandemiya ilə mübarizə davam edir
Ölkəmizdə qlobal pandemiya ilə mübarizə davam edir. Koronavirusun yayıldığı
ilk zamandan etibarən hökumətin intensiv və düzgün fəaliyyəti sayəsində
qısa zamanda səhiyyə infrastrukturu koronavirusla mübarizəyə
istiqamətləndirildi, aidiyyəti
dövlət qurumlarının
fəaliyyəti bacarıqla
əlaqələndirildi və
bir çox mühüm məsələlər
həll edildi.
Prezident İlham Əliyevin tapşırıqlarına uyğun
olaraq pandemiyanın qarşısının alınması
üçün qətiyyətli
və çevik addımlar atıldı. Dövlət orqanlarının fəaliyyətinin
əlaqələndirilməsi, ümumi strategiyanın həyata keçirilməsi
məqsədilə Nazirlər
Kabinetinin yanında Operativ Qərargah yaradıldı, onun fəaliyyəti təşkil
olundu.
Operativ Qərargahın
işinin düzgün
təşkili isə koronavirusla mübarizə strategiyasının effektiv
şəkildə icrasını,
qarşıya qoyulan vəzifələrin çevik
şəkildə həllini
təmin etməyə
imkan verir.
Modul tipli xəstəxanaların
qurulması koronavirusla
mübarizəyə töhfə
oldu
COVID-19 virusuna yoluxmuş
şəxslərin müalicəsi
ilə bağlı xəstəxanalar müəyyən
edildi, eyni zamanda ən müasir standartlara cavab verən "Yeni klinika” koronavirus
xəstələrinin ixtiyarına
verildi. Hazırda həmin klinikada
350 xəstə müalicə
alır. Qısa müddət
ərzində orada çarpayıların sayının
700-750-yə çatdırılması nəzərdə tutulur.
Xüsusilə modul tipli xəstəxanaların qurulması
koronavirusla mübarizəyə
inanılmaz töhfə
verdi. Qısa zaman
kəsimində inşa
edilən bu xəstəxanalar ölkəmizdə
koronavirusa yoluxan xəstələrin hər
birinin xəstəxana
şəraitində müalicəsini
təmin etdi.
Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına
əsasən, ölkə
ərazisində ümumilikdə
10 modul tipli xəstəxana kompleksinin quraşdırılmasına başlanıldı
ki, onlardan da bir neçəsinin
artıq açılışı
olub. Ümumilikdə yaradılacaq modul
tipli xəstəxana kompleksləri ölkənin
səhiyyə sisteminə
əlavə 2000 çarpayılıq
ehtiyat yeri yaradır.
Belə modul tipli xəstəxanaların
istifadəyə verilməsi
koronavirusa yoluxanların
lazımi tibbi xidmətlərlə əhatə
olunması üçün
vahid idarəetmədə
və tibbi əlaqələndirmənin təmin
edilməsində böyük
rol oynayır.
"O vaxt bu qərarın
qəbul edilməsi düzgün addım idi”
İyulun 6-da ölkə rəhbəri İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva koronaviruslu xəstələrin müalicəsi
üçün Bakının
Xətai rayonunda inşa edilən daha bir modul
tipli hospitalın açılışında iştirak
etdilər.
Sözügedən hospital 10 korpusdan ibarətdir
və burada 800 xəstəni qəbul və müalicə etmək üçün hər cür imkan var. Modul tipli hospitalda yaradılan şərait müalicə işi ilə yanaşı, laborator müayinələri
də qısa müddətə və keyfiyyətlə aparmağa
imkan verir.
Bazar ertəsi
açılışı olan tibb ocağında
yaradılan şəraitlə
tanışlıqdan sonra
dövlət başçısı
ölkə telekanallarına
verdiyi müsahibə zamanı bildirdi ki, bu ərazidə
təqribən bir
ay-ay yarım ərzində
1300-ə qədər çarpayısı
olan yeni modul tipli xəstəxana
inşa ediləcək.
"Bu xəstəxanaların tez
bir zamanda inşa edilməsi göstərir ki, biz hətta seytnot vəziyyətdə lazımi
addımları ata bilərik”, - deyə vurğulayan Prezident qeyd etdi ki,
əslində, modul tipli bu 10 xəstəxananın
tikintisi ilə bağlı qərarı
biz o vaxt vermişdik ki, xəstəliyin yayılması o qədər
də geniş vüsət almamışdı:
"Həmin qərar
aprel ayında verilmişdi, o vaxt gündə təqribən
30, 40, 50, 60 insan xəstələnirdi.
Əlbəttə, qabaqlayıcı tədbirlərin görülməsi
zəruri idi. Ancaq biz təxmin edə bilməzdik ki, xəstəlik necə inkişaf edəcək.
Lakin ehtimal var idi
və dünyada gedən proseslər onu göstərirdi ki, xəstələrin sayı arta bilər. Belə olan halda biz
çıxılmaz vəziyyətdə
qalar, bu xəstələri harada yerləşdirərdik? Ona görə
o vaxt bu qərarın qəbul edilməsi düzgün addım idi”.
Qeyd edək
ki, hazırda ölkəmizin 45 xəstəxanasında
koronavirus xəstələri
müalicə alırlar. Onlardan 36-sı isə Prezidentin sərəncamı ilə
son müddət ərzində
inşa edilənlərdir.
Ölkə rəhbəri yerli
KİV-ə müsahibəsində bildirdi ki, bu
gün bizim hələ kifayət qədər boş çarpayılarımız var:
"Təsəvvür etmək
çətin deyil ki, əgər bu xəstəxanalar tikilməsəydi, indi biz hansı problemlərlə
üzləşə bilərdik.
Beləliklə, bu gün bizim hələ ki kifayət qədər boş çarpayılarımız var. Ancaq biz hər bir vəziyyətə hazır olmalıyıq”.
Adambaşına düşən testlərin
sayına görə Azərbaycan dünyada təqribən 40-cı yerdədir
Dünyanın bir çox ölkələrindən fərqli
olaraq, Azərbaycanda pandemiyaya qarşı zamanında atılan çevik və qabaqlayıcı tədbirlər
epidemioloji vəziyyəti
nəzarətdə saxlamağa
imkan verdi.
Hazırda da bununla bağlı bütün mümkün tədbirlər
həyata keçirilir.
Mütəxəssislərin bildirdiyi kimi,
koronaviruslu xəstələrin
erkən aşkarlanması
virusun yayılmasının
qarşısının alınmasında
ən təsirli vasitələrdən biridir.
Buna görə də ölkəmizdə ilkin zamanlardan etibarən gündəlik olaraq virusun aşkarlanması üçün
çoxsaylı testlər
aparılır. Və bu
göstəriciyə görə
Azərbaycan dünya ölkələri arasında
ilkin sıralardadır.
İlham Əliyev bu məsələyə də toxunaraq vurğuladı ki, baxmayaraq ki, hazırda gündə təqribən 500 yeni xəstə qeydə alınır, yəni, yoluxmanın tempi yüksəkdir, ancaq vəziyyət nəzarət altındadır: "Əlbəttə, biz pandemiyanın ilk günlərindən çox önəmli addımlar atdıq. Fevral ayında bizim cəmi altı laboratoriyamız var idi. Hazırda bu laboratoriyaların sayı 29-a çatıb və 15 yeni laboratoriya sifariş edilib, yoldadır, gələcək və laboratoriyaların sayı 44-ə çatacaqdır. Bu, bizə imkan verəcək ki, daha çox test aparaq. Onu da bildirməliyəm ki, bugünə qədər 500 mindən çox test aparılıb və adambaşına düşən testlərin sayına görə Azərbaycan dünyada təqribən 40-cı yerdədir”.
Xalqımızın etibarlı müdafiəsi
Göründüyü kimi, ölkəmizdə COVID-19-la mübarizə yüksək səviyyədə, birbaşa Prezidentin rəhbərliyi altında aparılır. Pandemiya vəziyyəti mütəxəssislərlə dərindən təhlil edilərək, bu istiqamətdə effektiv tədbirlər görülür. Ən kritik anlara belə hazırlıqlı olmaq üçün gələcəyə yönəlik müvafiq işlər həyata keçirilir.
Azərbaycan dövləti bütün imkanlarını və səylərini qlobal pandemiyayla mübarizəyə yönəldib. Atılan bütün təsirli addımların məqsədi isə insanlarımızın, onların sağlamlığının, həyatının bu xəstəlikdən qorunması üçündür.
Əminik ki, dövlət başçımızın liderliyi altında çox keçmədən xalqımız bu fəlakətdən də etibarlı müdafiə olunaraq öz əvvəlki əmin-amanlıq çağlarına qayıdacaq.
Yasəmən MUSAYEVA
Azərbaycan/-2020.- 8 iyul.-
S.1;5.