“Əmanətlərin
sığortalanması haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli
Məclisi Azərbaycan
Respublikası Konstitusiyasının
94-cü maddəsinin I hissəsinin
27-ci bəndini rəhbər
tutaraq qərara alır:
"Əmanətlərin sığortalanması
haqqında” Azərbaycan
Respublikası Qanununun
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2007, ¹ 2, maddə 79; 2009, ¹ 6, maddə 400, ¹ 7, maddə
517; 2016, ¹ 3, maddələr 394, 421; 2017, ¹
7, maddə 1310; 2019, ¹ 1, maddə
31) 19-cu maddəsində aşağıdakı
dəyişikliklər edilsin:
1.
19.4-cü maddədə "Azərbaycan Respublikasının
Prezidentinə” sözləri
"müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi
orqana (quruma)” sözləri ilə əvəz edilsin.
2. 19.5-ci maddə aşağıdakı
redaksiyada verilsin:
"19.5.
İllik hesabata aşağıdakılar daxildir:
19.5.1. Fondun illik maliyyə
hesabatları;
19.5.2. iştirakçı bankların reyestri.”.
3.
19.6-cı maddədə "mühasibat balansı, pul vəsaitlərinin hərəkəti, vəsaitlərin
idarə edilməsindən
əldə olunan gəlirlər (zərərlər)
barədə hesabatların”
sözləri "maliyyə
hesabatlarının” sözləri
ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 may 2020-ci il
Azərbaycan.-2020.-
8 iyul.- S.2.