“Əmanətlərin
sığortalanması haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə” Azərbaycan Respublikasının
2020-ci il 19 may tarixli 105-VIQD nömrəli Qanununun
tətbiqi və “Əmanətlərin sığortalanması
haqqında” Azərbaycan Respublikası Qanununun
tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 9 fevral tarixli 530 nömrəli
Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 19-cu və
32-ci bəndlərini rəhbər
tutaraq, "Əmanətlərin
sığortalanması haqqında”
Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə”
Azərbaycan Respublikasının
2020-ci il 19 may tarixli 105-VIQD nömrəli
Qanununun qüvvəyə
minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara
alıram:
"Əmanətlərin sığortalanması
haqqında” Azərbaycan
Respublikası Qanununun
tətbiq edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin
2007-ci il 9 fevral tarixli 530 nömrəli Fərmanında (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2007, ¹ 2, maddə
96; 2010, ¹ 2, maddə 80; 2014, ¹ 5, maddə 477; 2016, ¹ 3, maddə
433, ¹ 10, maddə 1610; 2017, ¹ 7, maddə 1338) aşağıdakı
dəyişikliklər edilsin:
1. 2.1-ci bənddə "və
9.1-ci” sözləri " , 9.1-ci və
19.4-cü” sözləri ilə
əvəz edilsin.
2.
2.4-cü bəndin sonunda
nöqtə işarəsi
nöqtəli vergül
işarəsi ilə əvəz olunsun və aşağıdakı
məzmunda 2.5-ci bənd
əlavə edilsin:
"2.5. həmin Qanunun
19.4-cü maddəsində "orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti
nəzərdə tutulur.”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 7 iyul
2020-ci il
Azərbaycan.-2020.-
8 iyul.- S.2.