UNESKO-nun
irsi - İçərişəhər
- Bakının incisi
Hər bir dövləti, xalqı tanıdan xüsusi meyarlar var ki,
bunlardan yan keçmək mümkün
deyil. Bu gün
mədəni, tarixi irsi qoruyub saxlamadan
cəmiyyətin, dövlətin
gələcək inkişafından
bəhs etmək olmaz. Cəmiyyətin gələcək inkişafı isə keçmişdən miras qalan milli-mədəni, tarixi irsi bu
gün qoruyub saxlamaqla gələcək
nəsillərə ötürməkdən
keçir. Bu baxımdan hər bir Azərbaycan vətəndaşı özünü
xoşbəxt saya bilər ki, ölkəmizin milli-mədəni
irsinin təbliğində,
onun qorunmasında düşünülmüş ardıcıl siyasət aparılır. Azərbaycan bu
sahədə öz uğurlu modelini yarada bilib və
milli-mədəni, tarixi
irsinin qorunması işini nəticəyönümlü
nailiyyətlərlə yerinə
yetirir.
Cari ildə Azərbaycan Ulu Öndər Heydər Əliyevin hələ sovet illərində diqqəti və qayğısı nəticəsində Dövlət
Tarix-Memarlıq Qoruğu
elan edilmiş İçərişəhərin, Şirvanşahlar sarayı
kompleksi və Qız qalası daxil olmaqla, UNESKO-nun Ümumdünya İrs siyahısına daxil edilməsinin 20 illiyini qeyd edir. Belə bir
nüfuzlu, beynəlxalq
əhəmiyyətli təşkilata
milli-mədəni, tarixi
mirasımızın, nümunələrimizin
qeydə alınması
Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən yürüdülən
siyasətin bariz nümunəsidir. Məhz bu
uğurlu fəaliyyətin
nəticəsidir ki, Azərbaycan UNESKO ilə aktiv və səmərəli
əməkdaşlıq edir.
28 ildir UNESKO-nun üzvü olan dövlət kimi ötən illər ərzində bir sıra tarixi qoruqlarımız, ərazilərimiz
bu təşkilatın
Ümumdünya İrs
Siyahısına daxil edilib.
Azərbaycanın bu təşkilat ilə əlaqələrinin
möhkəmlənməsi Heydər
Əliyev Fondunun və onun rəhbəri,
UNESKO və ICESCO-nun xoşməramlı
səfiri Mehriban xanım Əliyevanın böyük xidmətlərinin
nəticəsidir. Yarandığı vaxtdan Heydər
Əliyev Fondu milli-mənəvi dəyərlərimizin
tanıdılmasına, qorunmasına
xüsusi önəm verib və bu
fəaliyyətin əməli
nəticəsi kimi milli-mənəvi dəyərlərimizin
vacib nümunələri
UNESKO-nun Ümumdünya İrsi
Siyahısına salınıb.
Ölkə və dünya
əhəmiyyətli tarixi
abidələrin bərpası,
Azərbaycan musiqisinin
xaricdə tanıdılması,
təbliği istiqamətində
mühüm tədbirlər
həyata keçirilib.
Klassik və müasir Azərbaycan ədəbiyyatının nümunələrinin
xarici dillərə, dünya ədəbiyyatının
incilərinin Azərbaycan
dilinə tərcümə
edilərək nəşr
olunmasına, ölkəmizin
tarixi həqiqətlərini,
milli mədəniyyətimizi
və incəsənətimizi
əks etdirən çoxsaylı çap məhsullarının hazırlanmasına
fond tərəfindən xüsusi
dəstək verilib. Heydər Əliyev Fondu ötən illər ərzində mədəniyyətimizə
mühüm töhfələr
verib, bu gün də milli-mənəvi dəyərlərimizin
təbliğində və
qorunmasında öz xidmətlərini uğurla
davam etdirməkdədir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci ildə Azərbaycan xalqının milli sərvəti İçərişəhərin Şirvanşahlar sarayı kompleksi və Qız qalası ilə birlikdə UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsinin 20 illiyi münasibətilə dövlət tədbirlərinin keçirilməsinə dair imzaladığı sərəncam milli-mənəvi dəyərlərə dövlətimiz tərəfindən verilən önəmin bariz nümunəsidir. Sərəncamdan irəli gələrək bir sıra tədbirlər həyata keçirilir, dünyada milli-mədəni irsimiz təbliğ olunur. Böyük qürur hissi ilə deyə bilərəm ki, Bakının incisi - İçərişəhər yalnız Azərbaycanın, xalqımızın deyil, həm də bütün dünyadan olan turistlərin sevərək ziyarət etdiyi, dərin tarixi köklərə dayanan Azərbaycan milli mədəniyyətinin nümunələrindəndir.
Çox təəssüf ki, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti nəticəsində ölkəmiz bütün milli-mədəni və tarixi abidələrinə, qoruqlarına sahib çıxa bilmir. Azərbaycanın işğal olunmuş ərazilərində yerləşən tarixi abidələr, məscidlər, məzarlıqlar Ermənistan tərəfindən dağıdılır, muzeylər və maddi-mənəvi sərvətlərimiz talan edilir. Ermənistan məqsədli surətdə işğal olunmuş ərazilərimizdə Azərbaycan izini itirməyə çalışaraq bütün toponimlərimizi erməniləşdirir. Ancaq hər bir azərbaycanlı inanır ki, Azərbaycanın tarixi torpaqları işğaldan azad olunacaq, "əsir abidələr”imiz yenidən dünyada tanıdılacaq, onların bir çoxu UNESKO-nun Ümumdünya İrs Siyahısına Azərbaycan Respublikasına aid məkanlar olaraq daxil ediləcəkdir. Çünki Azərbaycan dövləti və xalqı "əsir torpaqlarına və abidələri”nə sahib çıxmağa gedən yolu işıqlı sonluqla nəticələndirməyi bacaracaq gücə, əqidəyə, sözə sahibdir. Ən əsası, haqq davasında qalib olacaq tərəf də Azərbaycandır və hər bir azərbaycanlı kimi mən də buna inanıram! Bakının incisi - İçərişəhərimizdən əzəli torpağımız olan Şuşadakı qalamıza qədər gedəcək yolumuz açıq olsun, əziz Azərbaycan!
Gültəkin
HƏBİBLİ,
Azərbaycanın
İndoneziyadakı səfirliyinin müşaviri
Azərbaycan.-2020.- 8 iyul.- S.3.