Ölkəmiz ən kritik vəziyyətə də hazırdır

 

Ölkədə 5 mindən çox xəstəni yerləşdirməyə imkan var

 

 

COVID-19 infeksiyası yayılmağa başladığı ilk günlərdən Azərbaycanda bütün istiqamətlər üzrə qabaqlayıcı tədbirlər həyata keçirildi. Ölkə səhiyyəsi koronavirusla səmərəli mübarizə üçün tələb olunan standartlara uyğunlaşdırıldı.

Hökumətin intensiv və düzgün fəaliyyəti sayəsində qısa zamanda səhiyyə infrastrukturu pandemiya ilə mübarizəyə istiqamətləndirildi, aidiyyəti dövlət qurumlarının fəaliyyəti bacarıqla əlaqələndirildi. Koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi üçün yeni, ən müasir standartlara cavab verən əlavə tibbi laboratoriyalar alındı. Bütün tibb müəssisələrinin texniki təminatı, xüsusi avadanlıqların, dərman preparatlarının, testlərin, diaqnostik alətlər və tibbi ləvazimatların ölkəyə gətirilməsi təmin edildi. Qoruyucudezinfeksiya vasitələrinin istehsalı təşkil olundu. Qısa müddətdə 20-dən artıq xəstəxana, o cümlədən ən müasir standartlara cavab verən "Yeni klinikakoronavirus xəstələrinin ixtiyarına verildi. Dövlət başçısı İlham Əliyevin tapşırığına əsasən bölgələri də əhatə etməklə ölkədə 10 modul tipli xəstəxananın quraşdırılmasına başlandı. Onlardan beşi - ikisi Bakıda, biri Sumqayıtda, biri Gəncədə, biri Abşeron rayonunda artıq fəaliyyətdədir.

 

Əlavə 10 modul tipli xəstəxananın da tikintisi nəzərdə tutulur

 

İyulun 6-da Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Bakının Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalının açılışı oldu. 10 korpusdan ibarət hospitalda 800 xəstəni qəbul etmək üçün hər cür imkan var.

Azərbaycan dövlətinin koronavirus pandemiyasının yayıldığı ilk günlərdən onunla mübarizə istiqamətində atdığı çox mühüm addımlar sırasında modul tipli xəstəxanaların yaradılması böyük əhəmiyyət daşıyır. Ölkədə COVID xəstələrinin sayının artmasını nəzərə alsaq, əlavə çarpayılara ehtiyac yaranır. Modul tipli xəstəxana kompleksləri ölkənin səhiyyə sisteminə əlavə 2000 çarpayılıq ehtiyat yaradır. Bir ay-ay yarım ərzində istifadəyə veriləcək daha bir modul tipli xəstəxana 1300 yerlik olacaq.

Bundan başqa, əlavə 10 modul tipli xəstəxananın da tikintisi nəzərdə tutulur. Bunu Azərbaycan Prezidenti İlham Əliyev televiziya kanallarına müsahibəsində ölkədə hazırkı vəziyyət, koronavirusla mübarizə sahəsində görülən işlər barədə danışarkən bildirib. Dövlət başçısı deyib ki, əlavə xəstəxanalara ehtiyac olacağı üçün bu yaxınlarda əlavə 10 modul tipli xəstəxananın tikintisi üçün yerlərin müəyyən edilməsi barədə göstəriş verib. Çünki Azərbaycan ən kritik vəziyyətə də hazır olmalıdır.

Hazırda ölkəmizin 45 xəstəxanasında koronavirus xəstələri müalicə alırlar. O xəstəxanalardan 36-sı son müddət ərzində inşa edilib. Martda istifadəyə verilmiş "Yeni klinikada 350 xəstə müalicə alır. Qısa müddət ərzində orada çarpayıların sayının 700-750-yə çatdırılması nəzərdə tutulur. Beləliklə, ehtiyac yaranacağı təqdirdə 5 mindən çox xəstənin yerləşdirilməsi üçün potensial mövcuddur.

 

 

Vəziyyət nəzarət altındadır

 

Dünyada, o cümlədən Azərbaycanda koronavirus pandemiyası ilə bağlı vəziyyəti qiymətləndirərkən dövlət başçısı bildirib ki, bəzi ölkələr yumşalma tədbirlərindən sonra xəstəliyin yayılma tempinin artdığını gördükdə yenidən məhdudlaşdırıcı tədbirlərə qayıdırlar. Bu da hazırda ən düzgün qərardır. Çünki bu xəstəliyin tam müalicəsi üçün peyvənd mövcud deyil. Belə olan halda yoluxanların sayı bundan sonra da arta bilər. Ölkəmizdə bir aya yaxındır yoluxmanın tempi yüksəkdir, gündəlik 500-dən çox yeni xəstə qeydə alınır. Ancaq vəziyyət nəzarət altındadır. Çünki pandemiyanın ilk günlərindən ölkədə koronavirusla mübarizə sahəsində çox önəmli addımlar atıldı. Vaxtında həyata keçirilən qabaqlayıcı tədbirlər nəticəsində vəziyyət nəzarətdə saxlanıldı. Məhdudlaşdırıcı tədbirlərin görülməsi ilə bağlı addımlar da vəziyyətə uyğun şəkildə atılır. Qərarlar qəbul olunarkən mövcud vəziyyət dərindən təhlil olunur, mütəxəssislərlə məsləhətləşmələr aparılır. Karantin rejiminin qüvvədə qalması isə hazırkı şəraitdə ən düzgün addımdır. Əsas məqsəd insanları, onların sağlamlığını, həyatını bu xəstəlikdən qorumaqdır. Pandemiya dövründə dövlətin bütün imkanları bu vəziyyətdən az itkilərlə çıxa bilmək üçün səfərbər olunub.

"Biz pandemiya dövründə adətən karantin rejimini bir, ya iki həftə ərzində elan edirdik. Vəziyyəti təhlil edərkən, nəzarət mexanizmlərini gücləndirərkən baxırdıq ki, bu sərtləşdirilmiş tədbirlər nəyə gətirib çıxarır. Deyə bilərəm ki, bir müddət bundan əvvəl yoluxanların sürətlə artan sayı indi sabitləşib. Son bir neçə gün ərzində, dediyim kimi, artıq 500 ətrafında yeni yoluxan insan var. Ancaq biz hələ müsbət dinamikaya çıxmamışıq. Bugünə qədər xəstələnənlərin sayı sağalanların sayından çoxdur bu mənfi dinamika, qeyd etdiyim kimi, bizim səhiyyə sistemimizə əlavə yükdür. Ona görə indiki rejim qədər davam edəcək bu rejim daha da sərtləşəcək, yoxsa yumşalacaq, yaxın gələcəkdə biz bunu görəcəyik, - deyə Prezident əlavə edib.

 

 

Mövcud qanunlar karantin qaydaları hər kəs üçün əsas olmalıdır

 

 

Pandemiyanın ilk günlərindən hazırkı dövrə qədər dövlət tərəfindən bütün lazımi addımlar atılıb. COVID-19 infeksiyasının geniş yayılmasının qarşısının alınması ilə əlaqədar görülən bütün işlər vətəndaşların təhlükəsizliyinin təmin edilməsi, Azərbaycanın hər bir sakininin sağlamlığının qorunması məqsədini daşıyıb. Bu gün Azərbaycan dövləti üçün ən prioritet məsələ vətəndaşların koronavirus infeksiyasından qorunmasıdır. Ölkəmiz qlobal təhlükənin öz əhalisinə təsirini mümkün qədər minimuma endirmək üçün ən səmərəli tədbirlər həyata keçirir. Lakin bəzi vətəndaşlar özünütəcridin xəstəliyin qarşısının alınması üçün ən vacib amil olduğuna önəm vermir, karantin rejimini, qaydaları pozur. Xəstəliyin yayılmasının başlıca səbəbi də məhz belə insanların məsuliyyətsizliyidir. Elə ona görə bəzi hallarda karantin rejimini pozanlara qarşı sərt addımlar atmaq məcburiyyəti yaranır. Bütün qaydalar insanların, o cümlədən karantin rejimini pozanların sağlamlığının qorunmasına hesablanıb. Mövcud qanunlarkarantin rejimi ilə bağlı tətbiq edilən qaydalar hər kəs üçün əsas olmalıdır. Qaydaları pozan insanlar daha məsuliyyətli davranıb nizam-intizama riayət etsələr, pandemiyanı nəzarətdə saxlamaq mümkün olacaq. İndiki məqamda bu zillətdən ən yaxşı qorunma yolu karantin və izolyasiyadır. Vətəndaşlar özlərini, yaxınlarını düşünərək maksimal dərəcədə anlayışlı olmalı, qoyulan tələblərə, verilən tövsiyələrə etinasız yanaşmamalı, bəsit gigiyenik qaydalara riayət etməli, maska taxmalı, sosial məsafəni saxlamalı, ehtiyac olmadıqda evdən çıxmamalıdır. Yalnız bu zaman yoluxma zəncirini qırmağa kömək edə, virusa birgə qalib gələ bilərik.

 

 

Xəyalə MURADLI

Azərbaycan $g 2020.- 8 iyul.- S.5.