Lider qətiyyəti

 

 

İlham Əliyev son illərdə əldə edilən böyük iqtisadi-maliyyə potensialı ilə Azərbaycanın istənilən böhranla bacara biləcəyini bəyan etdi

 

 

Dünyanı çətin sınaq qarşısında qoyan qlobal pandemiya getdikcə böyük dövlətlərin də iqtisadiyyatına ciddi təsirini göstərməkdədir. Koronavirus bəlası yalnız can almaqla kifayətlənmir, sosial-iqtisadi problemləri də dərinləşdirir. Dünyanın aparıcı maliyyə qurumları müxtəlif proqnozlar verirlər. İqtisadçılar hesab edirlər ki, bu il dünya iqtisadiyyatı 4 faiz azalacaq. Yəni dünya iqtisadiyyatı tənəzzülə doğru gedir.

Təbii ki, bu arzuolunmaz vəziyyət dünya iqtisadiyyatının bir parçası olan Azərbaycandan da yan keçməyib. Ancaq hökumət bu durumdan az itkilərlə çıxmaq üçün bütün mümkün vasitələrdən yararlanmaqdadır.

 

 

Beş ayda azalan iqtisadi fəallıq

 

 

 

Ötən ilin sonunda dünyanın əksər iqtisadi təşkilatlarının hazırladıqları hesabatlarda 2020-2021-ci illərdə Azərbaycan iqtisadiyyatının yüksəlişi qeyd edilirdi. Əgər qlobal böhran yaşanmasaydı, bu il Azərbaycan iqtisadiyyatının 3 faiz artacağı proqnozlaşdırılırdı. Amma ilin əvvəlindən dünyanı bürüyən qlobal böhran bütün proqnozları alt-üst etdi. Elə bu ilin 5 ayında ölkənin iqtisadi fəallığının azalması da bunu təsdiqləyən reallıqdır.

Əlbəttə ki, bunun səbəbləri hər kəsə aydındır. Hökumət qlobal böhran dövründə iqtisadiyyatı deyil, insan sağlamlığını ön planda tutaraq mühüm qərarlar qəbul etdipandemiya şəraitində ola-ola bu il üçün nəzərdə tutulan sosial layihələrin heç biri təxirə salınmadı.

İyulun 6-da Prezident İlham Əliyev Bakının Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalının açılışından sonra televiziya kanallarına verdiyi müsahibəsində həm ölkə iqtisadiyyatının mövcud durumu, həmbu il reallaşdırılan sosial layihələrlə bağlı geniş məlumat verdi.

İlin ilk aylarında iqtisadi göstəricilərimizin kifayət qədər yüksək olduğunu deyən dövlət başçısı pandemiyanın bütün planlara müdaxilə etdiyini və hökumətin şüurlu şəkildə müxtəlif sahələr üzrə çox sərt məhdudlaşdırıcı addımlar atdığını diqqətə çatdırdı: "Təxmin edirdik ki, iqtisadiyyatımız tənəzzülə uğrayacaq. Azərbaycan iqtisadiyyatı beş ayın yekunlarına görə 1,7 faiz tənəzzülə uğradı. Altı ayın yekunları yəqin ki, bir neçə gündən sonra məlum olacaq. Amma bilirsiniz, bu, bərpa ediləcək. Ona görə mən bir daha demək istəyirəm ki, seçim qarşısında olanda bizim seçimimiz birmənalı, tərəddüdsüz idi, insanların sağlamlığı ön plandadır, iqtisadiyyat ikinci plandadır. Amma buna baxmayaraq, biz heç bir sosial layihəni təxirə salmadıq, ixtisar etmədik. Əksinə, bu il büdcə xətti ilə reallaşan sosial layihələr keçən ilə nisbətdə daha təsirlidir”.

 

 

Müstəqillik dövrünün ən böyük dəstək proqramları

 

 

Dövlət başçısı pandemiya dövründə icra olunan sosial layihələri dəyərləndirərək ilin sonunadək reallaşacaq layihələr barədə də məlumat verdi.

Həyata keçirdiyi məqsədyönlü, uzaqgörən siyasəti ilə Azərbaycanı bütün çətin sınaqlardan üzüağ çıxaran cənab İlham Əliyev bu ağır dövrdə də ölkədə makroiqtisadi sabitliyin qorunması və əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində ciddi addımlar atır. Prezidentin pandemiya ilə mübarizə dövründə yeni iqtisadisosial paketi çərçivəsində hazırlanan dövlət dəstəyi proqramları da prosesin tərkib hissəsidir.

Maliyyə həcmi 3 milyard manat olan bu sənədləri müstəqillik tariximizin ən böyük iqtisadi dəstək proqramı adlandırırlar. Təqdim edilən yeni təkliflər genişmiqyaslı olmaqla pandemiyadan zərər çəkmiş sahələrdə işləyən vətəndaşların maraqlarını nəzərə alır.

Bir qrup şəxsin əməkhaqlarının əhəmiyyətli hissəsi dövlət tərəfindən ödənilir, sahibkarlıq subyektlərinə böyük güzəştlər edilir, işləməyənlərə sosial yardımlar, həssas təbəqəyə aid olan insanlara isə mənzillərin verilmə prosesi davam etdirilir. Bununla yanaşı, ünvanlı sosial yardım alanların sayı da artırılaraq 85 min ailəyə, yaxudda 300 mindən çox insana çatdırılır.

Pandemiya ilə mübarizə çərçivəsində səhiyyə, sosial, iqtisadi və digər sahələrdə müxtəlif istiqamətlərdə işlər görülüb. Dövlət koronavirusun Azərbaycanda geniş vüsət almasına imkan verməmək, infeksiyaya yoluxmanın sürətini azaltmaq, vətəndaşının sağlamlığını qorumaq üçün lazımi işləri həyata keçirib. Qısa müddətdə 20-dən artıq xəstəxana, o cümlədən ən müasir standartlara cavab verən "Yeni klinikakoronavirus xəstələrinin ixtiyarına verilib. Bölgələri də əhatə etməklə ölkədə 2000 çarpayılıq 10 modul tipli xəstəxananın quraşdırılmasına başlanılıb və onlardan 5-i artıq istifadəyə verilib. Tibbi maska və digər avadanlıqlar istehsal edən 2 zavod fəaliyyətə başlayıb.

Təbii ki, pandemiya daha çox sahibkarlıq subyektlərinə mənfi təsir göstərib. Buna görə sərt karantin rejiminin tələblərinə əsasən faəliyyəti dayandırılan iqtisadi-ticari sahələrə dövlət dəstəyini əsirgəmir. Hətta qanunvericilikdə dəyişikliklər edilərək sahibkarlara mümkün olduğu qədər güzəştlər tətbiq olunur. Bu dəyişikliklərə əsasən, sahibkarlıq subyektlərinə vergi güzəştləri və tətillərinin verilməsi, sosial sığorta yükünün azaldılması, kredit faizlərinin subsidiyalaşdırılması və zəmanət alətlərinin təkmilləşdirilməsi prosesi həyata keçirilir. Hazırda sahibkarlara dövlət dəstəyi davam etdirilir. İş adamlarının güzəştli kredit almaq imkanları genişləndirilir. Aktiv vergiödəyicilərinin əksəriyyəti dövlətdən dəstək alıb və indiyədək 160 milyon manata yaxın maliyyə vəsaiti sahibkarların bank hesablarına köçürülüb.

Bundan başqa, sahibkarların dövlət zəmanətli krediti asan əldə etməsi üçün Elektron Kredit Platforması yaradılıb. Belə ki, biznes krediti almaq istəyən sahibkar onlayn rejimdə bu platforma üzərindən müraciət edə biləcək. Müvəkkil kredit təşkilatlarının iştirakı ilə elektron platforma üzərindən dövlət dəstəyinin həyata keçirilməsi mexanizmi MDB-də ilk dəfə Azərbaycanda tətbiq olunur. Elektron Kredit Platforması sahibkara şəffaf, çevik, məmur müdaxiləsindən kənar, sağlam rəqabət mühitində kredit almaq imkanı yaradır. Eyni zamanda kredit üçün müraciət sistemi sahibkar tərəfindən izlənə bilən rəqəmsal həllə söykənir.

Bütün bunlarla yanaşı, Azərbaycan pandemiyadan əziyyət çəkən ölkələrə də yardımını əsirgəməyib. Bu günə qədər 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı göstərilib. Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar ianə verib.

Bu humanitar və maliyyə yardımı bir daha onu təsdiqləyir ki, Azərbaycan həm dünya miqyasında çox önəmli rol oynayan, həm də ayaqda möhkəm duran ölkədir və çətin dövrdə özünə qapanmır. Əlbəttə ki, cənab İlham Əliyevin bu addımları Azərbaycan Prezidentinin humanist, insansevər, yardımsevər siyasətinin bariz təcəssümüdür. Dövlət başçısı bu ağır karantin dövründə də həm öz xalqının maddi, sosial durumunu düşünür, həm də digər ölkələrin vətəndaşlarına dəstəyini əsirgəmir.

 

 

Pandemiya şəraitində aqrar sektor və qeyri-neft sənayesindəki artım

 

 

İqtisadiyyatın tənəzzülə uğramasına baxmayaraq, bəzi sahələrdə artım da müşahidə olunmaqdadır. Bunların sırasında kənd təsərrüfatı və qeyri-neft sənayesini göstərmək olar. Beş ayın yekunlarına görə kənd təsərrüfatında 3 faizdən çox artım olub. Yəni dövlət başçısının söylədiyi kimi, aqrar sahədə aparılan islahatlar və şəffaflıq bu gün çox yaxşı nəticələrə gətirib çıxarır.

Qeyri-neft sənayesi sahəsində artım beş ay ərzində 16 faiz olub. Prezident bunu son illər ərzində sənayeləşmə prosesinin təzahürü adlandırıb. Dünya bazarlarında neftin qiymətinin kəskin düşməsinə baxmayaraq, altı ay ərzində ölkənin valyuta ehtiyatları cəmi 98 milyon dollar azalıb.

Bütün bunlara rəğmən aparılan islahatlar nəticəsində altı ay ərzində vergigömrük orqanları büdcəyə proqnozdan əlavə 423 milyon manat cəlb edə biliblər. Bunun 98 milyon manatını gömrük, qalan böyük hissəsini vergi orqanları təmin edib. Bu da təsdiq edir ki, Prezident İlham Əliyev ən böhranlı məqamda da islahatlarını reallaşdırır və müsbət nəticələr əldə edir.

Əlbəttə ki, ölkə iqtisadiyyatına təsir göstərən digər bir amil neftin qiymətinin aşağı düşməsidir. Dövlət büdcəsində neftin qiyməti 55 dollar hesablanıb. Lakin son altı ay ərzində neftin orta qiyməti 38 dollar olub. Əlbəttə ki, bu, ölkəmiz üçün böyük itki hesab olunur. Prezidentindediyi kimi, neftin qiymətinin düşməsi, ilk növbədə, insanların sosial məsələlərinin həllində özünü göstərir. Belə olan halda isə dövlət məcburiyyət qarşısında investisiya xərclərini ixtisar etmək məcburiyyətində qala bilər: "Əgər neftin qiyməti uzun müddət aşağı səviyyədə olarsa, biz istər-istəməz investisiya xərclərimizi azaltmalı olacağıq. Belə olan halda işsizlik artacaq. Biz məcbur olub sosial xərcləri ixtisar edəcəyik və insanlar bundan əziyyət çəkəcəklər. Hesab edirəm ki, bu gün neftin qiymətinin düşməsinə sevinən bir Ermənistandır, birözünü müxalifət adlandıran antimilli şura. Çünki hər ikisi Azərbaycan dövlətçiliyinə düşmənçilik hissləri ilə yaşayır. Bunu Azərbaycan xalqı bilməlidir. Amma mən demişəm, neftin qiyməti hətta 14 dollar da olsa, biz ayaqda duracağıq. Çünki biz son illər ərzində o qədər böyük iqtisadi-maliyyə potensialı yaratmışıq ki, istənilən böhranla bacara biləcəyik”.

 

Bütün bunların fonunda dövlət başçısı hesab edir ki, hökumət bütövlükdə bu ili də lazımi səviyyədə başa vuracaq.

 

 

Qlobal böhran dövründə reallaşacaq sosial layihələr

 

 

Qlobal pandemiya ilə mübarizənin davam etdiyi bu dönəmdə dövlət sosial layihələrin icrasını təmin etməkdədir. Bu il reallaşacaq layihələr barədə məlumat verən Prezident vurğuladı ki, aztəminatlı ailələrə göstərilən yardımlar davam edəcək həssas təbəqəyə aid vətəndaşların mənzillərlə təmini prosesi reallaşacaq. Yəni qlobal böhrana baxmayaraq, ən həssas təbəqəyə aid olan layihələr bu il daha böyük həcmdə icra edilir. Bu il şəhid ailələri məcburi köçkünlər üçün rekord sayda binalar tikiləcək. Prezident bildirdi ki, bu il 7 mindən çox məcburi köçkün ailəsi yeni mənzillərlə təmin ediləcək, şəhid ailələri üçün 1500 20 il orduda qüsursuz xidmət etmiş hərbçilərə 400-dən çox mənzil veriləcək.

Xatırlatma edək ki, bu ilin may iyun aylarında şəhid ailələri müharibə əlillərinə 300 mənzil verilib. Xüsusi karantin dövrü bitəndən sonra daha 200 mənzil şəhid ailələri Qarabağ müharibəsi əlillərinə veriləcək. Qeyd edək ki, ötən il bu təbəqəyə aid vətəndaşlara 934 mənzil fərdi ev təqdim edilib.

Həmçinin bu il müharibə əlilləri onlara bərabər tutulanlara 100 avtomobil verilib. Cari ildə 400 avtomobilin həmin kateqoriyadan olan vətəndaşlara verilməsi nəzərdə tutulub.

Göründüyü kimi, dövlət qlobal pandemiya dövründə üzərinə düşən vəzifələri layiqincə həyata keçirir, heç bir sosial layihəni təxirə salmır. Bütün bunları Azərbaycan hökuməti öz hesabına, heç bir təşkilatdan borc almadan həyata keçirir. Əlbəttə ki, Azərbaycanın pandemiya ilə mübarizə planlarını, sosial layihələrini öz hesabına reallaşdırması cənab İlham Əliyevin siyasi müdrikliyinin, qətiyyətli, cəsarətli qərarlarının göstəricisidir.

 

 

Rəşad BAXŞƏLİYEV

Azərbaycan.-2020.- 9 iyul.- S.1;4.