Azərbaycan
Respublikasının “İstehsalat və məişət
tullantıları haqqında”, “Heyvanlar aləmi
haqqında”, “Ekoloji təhlükəsizlik
haqqında”, “Bələdiyyələrin su
təsərrüfatı haqqında” və “Ətraf mühitə
dair informasiya almaq haqqında” qanunlarında dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli
Məclisi Azərbaycan
Respublikası Konstitusiyasının
94-cü maddəsinin I hissəsinin
20-ci bəndini rəhbər
tutaraq qərara alır:
Maddə 1. "İstehsalat
və məişət
tullantıları haqqında”
Azərbaycan Respublikası
Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 1998, ¹ 10, maddə
606; 2002, ¹ 4 (I kitab), maddə
165; 2007, ¹ 7, maddə 709, ¹ 10, maddə 938; 2008, ¹ 6, maddə
460; 2012, ¹ 7, maddə 648; 2017, ¹ 6, maddə 1017; 2018, ¹ 2, maddə
144; 2019, ¹ 1, maddələr 20, 43, ¹ 11, maddə 1689) 7-ci maddəsinə
aşağıdakı məzmunda
üçüncü-altıncı hissələr əlavə
edilsin:
"Təhlükəli və təhlükəsiz
tullantıların zərərsizləşdirilməsi,
emalı müəssisələrinin,
habelə bu məqsədlə qurğuların,
poliqonların layihələrinə
dair "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında”
Azərbaycan Respublikasının
Qanununda nəzərdə
tutulmuş qaydada ətraf mühitə təsirin qiymətləndirilməsi
(ƏMTQ) sənədi hazırlanmalı,
həmin sənədin
dövlət ekoloji ekspertizası keçirilməlidir.
Bu maddənin üçüncü
hissəsində nəzərdə
tutulan mövcud obyektlər ətraf mühitə təsir göstəricilərinə dair
ekoloji tələblərə
uyğun olduqda, həmin obyektlərin yenidən qurulması və ya həmin
obyektlərdə mövcud
qurğu və avadanlıqların dəyişdirilməsi
üçün ətraf
mühitə təsirin
qiymətləndirilməsi (ƏMTQ) sənədinin hazırlanması
tələb olunmur, lakin həmin obyektlərə dair müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi
orqan (qurum) tərəfindən verilən
sənədlərdə (atıla
bilən tullantı həddi (ABTH), buraxıla bilən axıntı həddi (BBAH), ekoloji pasport) ətraf mühitin mühafizəsi
sahəsində normativ-hüquqi
aktların və texniki normativ-hüquqi aktların tələbləri
nəzərə alınmaqla
müvafiq dəyişikliklər
edilir.
Bu maddənin üçüncü
hissəsində nəzərdə
tutulan mövcud obyektlərin fəaliyyəti
zamanı təbiətdən
istifadə şərtləri
ətraf mühitə
təsir göstəricilərinə
dair ekoloji tələblərə uyğun
olmadıqda və ya ilkin layihədə
nəzərdə tutulandan
fərqli texnologiyalar və texnoloji üsullar tətbiq edildikdə, həmin fəaliyyətə dair yenidən ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) aparılmalıdır.
Bu maddənin üçüncü
hissəsində nəzərdə
tutulan obyektlərə
dair ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) həyata keçirilərkən
onların transsərhəd
təsiri müəyyən
edildikdə, həmin obyektlərlə bağlı
transsərhəd təsirlərin
qiymətləndirilməsi məsələləri
Azərbaycan Respublikasının
tərəfdar çıxdığı
beynəlxalq müqavilələrə
uyğun olaraq həll olunur.”.
Maddə 2. "Heyvanlar
aləmi haqqında” Azərbaycan Respublikasının
Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 1999, ¹ 8, maddə
470; 2004, ¹ 2, maddə 57, ¹ 7, maddə 505, ¹ 11, maddə
902; 2007, ¹ 10, maddə 938; 2008, ¹ 6, maddə 460; 2012, ¹ 11, maddə
1045; 2015, ¹ 4, maddə 363; 2017, ¹ 12 (I kitab), maddə 2195; 2018, ¹
1, maddə 14) aşağıdakı
dəyişikliklər edilsin:
2.1. 7-ci maddənin birinci hissəsinin onuncu abzasından "zərərli”
sözü çıxarılsın;
2.2. 9-cu maddənin birinci hissəsinin doqquzuncu abzası aşağıdakı
redaksiyada verilsin:
"heyvanlar aləminin
və onların yaşayış mühitinin
vəziyyətinə təsir
edə bilən müəssisələrin, qurğuların,
digər obyektlərin
tikintisi, quraşdırılması
və yenidən qurulması layihələrinin
"Ətraf mühitə
təsirin qiymətləndirilməsi
haqqında” Azərbaycan
Respublikasının Qanununda
nəzərdə tutulmuş
qaydada hazırlanmış
ətraf mühitə
təsirin qiymətləndirilməsi
(ƏMTQ) sənədinin, habelə
ətraf mühitə
təsirin qiymətləndirilməsinin
aparılması tələb
olunmayan, lakin dövlət ekoloji ekspertizasının obyekti
olan layihələrin dövlət ekoloji ekspertizasını keçirmək;”;
2.3. 31-ci maddə aşağıdakı
redaksiyada verilsin:
"Maddə 31. Heyvanlar
aləminin vəziyyətinə
təsir edə bilən obyektlərin dövlət ekoloji ekspertizası
Heyvanlar aləminin vəziyyətinə
təsir edə bilən müəssisələrin,
qurğuların və
digər obyektlərin
tikintisi və yenidən qurulması layihələrinin müvafiq
normativlərə, texniki
şərtlərə və
tələblərə uyğunluğunu
müəyyən etmək
məqsədilə "Ətraf
mühitə təsirin
qiymətləndirilməsi haqqında”
Azərbaycan Respublikasının
Qanununda nəzərdə
tutulmuş qaydada ətraf mühitə təsirin qiymətləndirilməsi
(ƏMTQ) sənədi hazırlanır
və həmin sənədin dövlət
ekoloji ekspertizası həyata keçirilir.
Heyvanlar
aləminin vəziyyətinə
təsir edən mövcud müəssisələr,
qurğular və digər obyektlər ətraf mühitə təsir göstəricilərinə
dair ekoloji tələblərə uyğun
olduqda, həmin obyektlərin yenidən qurulması və ya həmin obyektlərdə
mövcud qurğu və avadanlıqların dəyişdirilməsi üçün
ətraf mühitə
təsirin qiymətləndirilməsi
(ƏMTQ) sənədinin hazırlanması
tələb olunmur, lakin həmin obyektlərə dair müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi
orqan (qurum) tərəfindən verilən
sənədlərdə (atıla
bilən tullantı həddi (ABTH), buraxıla bilən axıntı həddi (BBAH), ekoloji pasport) ətraf mühitin mühafizəsi
sahəsində normativ-hüquqi
aktların və texniki normativ-hüquqi aktların tələbləri
nəzərə alınmaqla
müvafiq dəyişikliklər
edilir.
Heyvanlar aləminin vəziyyətinə
təsir edən mövcud müəssisələr,
qurğular və digər obyektlər ətraf mühitə təsir göstəricilərinə
dair ekoloji tələblərə uyğun
olmadıqda və ya ilkin layihədə
nəzərdə tutulandan
fərqli texnologiyalar və texnoloji üsullar tətbiq edildikdə, həmin fəaliyyətə dair yenidən ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) aparılmalıdır.
Heyvanlar
aləminin vəziyyətinə
təsir edən müəssisələr, qurğular
və digər obyektlərə dair ətraf mühitə təsirin qiymətləndirilməsi
(ƏMTQ) həyata keçirilərkən
onların transsərhəd
təsiri müəyyən
edildikdə, həmin obyektlərlə bağlı
transsərhəd təsirlərin
qiymətləndirilməsi məsələləri
Azərbaycan Respublikasının
tərəfdar çıxdığı
beynəlxalq müqavilələrə
uyğun olaraq həll olunur.”.
Maddə 3. "Ekoloji təhlükəsizlik haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, ¹ 8, maddə 471; 2004, ¹ 2, maddə 57; 2006, ¹ 12, maddə 1005; 2007, ¹ 12, maddə 1211; 2013, ¹ 3, maddə 208; 2019, ¹ 1, maddə 20, ¹ 6, maddə 989) 8-ci maddəsinin 2-ci hissəsində "və təhlükəli ekoloji təsirlərə” sözləri ", təhlükəli ekoloji təsirlərə və ətraf mühitə təsirin qiymətləndirilməsinə” sözləri ilə əvəz edilsin.
Maddə 4. "Bələdiyyələrin su təsərrüfatı haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, ¹ 8, maddə 519; 2005, ¹ 4, maddə 271; 2007, ¹ 10, maddə 938; 2008, ¹ 6, maddə 460; 2016, ¹ 1, maddə 23; 2018, ¹ 2, maddə 166) 20.1.3-cü maddəsi aşağıdakı redaksiyada verilsin:
"20.1.3. "Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tullantı sularını təmizləyərək təkrar dövriyyəyə yönəltmək, bu mümkün olmadıqda zərərsizləşdirərək istehsal sahələrindən, şəhər və qəsəbələrdən kənara axıdılmasını təşkil etmək;”.
Maddə 5. "Ətraf mühitə dair informasiya almaq haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, ¹ 4, maddə 171; 2006, ¹ 12, maddə 1005; 2016, ¹ 6, maddə 1009, ¹ 12, maddə 2012; 2019, ¹ 6, maddə 989) 10.1-ci maddəsinin ikinci abzasında "və təhlükəli ekoloji təsirlərə” sözləri ", təhlükəli ekoloji təsirlərə və ətraf mühitə təsirin qiymətləndirilməsinə” sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 may 2020-ci il
Azərbaycan.-2020.- 9 iyul.- S.3.