“Təhsil
haqqında” və “Dövlət rüsumu haqqında” Azərbaycan
Respublikasının qanunlarında dəyişiklik edilməsi
barədə” Azərbaycan Respublikasının 2020-ci il 19 may
tarixli 104-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan
Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Təhsil
Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2005-ci il 1 mart
tarixli 203 nömrəli, “Təhsil haqqında” Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi barədə” 2009-cu
il 5 sentyabr tarixli 156 nömrəli, “Azərbaycan Respublikası
Dövlət Gömrük Komitəsinin Akademiyasının
Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” 2013-cü il 8 iyul tarixli 939 nömrəli,
“Bakı Xoreoqrafiya Akademiyasının Nizamnaməsi”nin təsdiq
edilməsi haqqında” 2014-cü il 26 dekabr tarixli 432 nömrəli,
“Azərbaycan Turizm və Menecment Universitetinin Nizamnaməsi”nin
təsdiq edilməsi haqqında” 2015-ci il 21 dekabr tarixli 710
nömrəli, “Azərbaycan Respublikası Daxili
İşlər Nazirliyinin Polis Akademiyasının Nizamnaməsi”nin
təsdiq edilməsi haqqında” 2016-cı il 4 avqust tarixli 1007
nömrəli və “Ümumi təhsil haqqında” Azərbaycan
Respublikasının 2019-cu il 29 mart tarixli 1532-VQ nömrəli
Qanununun tətbiqi barədə” 2019-cu il 27 may tarixli 711
nömrəli fərmanlarında dəyişiklik edilməsi
haqqında
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və
32-ci bəndlərini rəhbər tutaraq, "Təhsil
haqqında” və "Dövlət rüsumu haqqında” Azərbaycan
Respublikasının qanunlarında dəyişiklik edilməsi
barədə” Azərbaycan Respublikasının 2020-ci il 19 may
tarixli 104-VIQD nömrəli Qanununun qüvvəyə minməsi
ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək
məqsədilə qərara alıram:
1. Azərbaycan
Respublikasının Nazirlər Kabineti:
1.1.
"Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun
17.4-cü maddəsinin ikinci cümləsinə uyğun olaraq,
peşə təhsili üzrə qeyri-formal və informal təhsil
formaları vasitəsilə əldə edilmiş bilik,
bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi
və tanınması xidmətləri ilə əlaqədar
digər xidmətlərin siyahısını və göstərilən
xidmətlərə görə ödəniləcək
haqların məbləğini Azərbaycan
Respublikasının Prezidenti ilə razılaşdırmaqla
üç ay müddətində təsdiq etsin;
1.2. həmin Qanunun 44.2-ci maddəsinin ikinci cümləsinə
uyğun olaraq, Azərbaycan Respublikasında xarici ölkələrin
ali təhsil sahəsində ixtisaslarının
tanınması və ekvivalentliyinin müəyyən edilməsi
(nostrifikasiyası), xarici ölkələrdə verilən təhsil
haqqında sənədlərin tanınması xidmətləri
ilə əlaqədar digər xidmətlərin
siyahısını və göstərilən xidmətlərə
görə ödəniləcək haqların məbləğini
Azərbaycan Respublikasının Prezidenti ilə
razılaşdırmaqla üç ay müddətində təsdiq
etsin;
1.3. həmin Qanunun 45.2-ci maddəsinin ikinci cümləsinə
uyğun olaraq, Azərbaycan Respublikası Təhsil Nazirliyi
işçilərinin sosial müdafiəsini gücləndirmək
məqsədilə həmin Nazirliyin hesabına
köçürülən vəsaitdən istifadə
qaydasını iki ay müddətində təsdiq etsin;
1.4. bu Fərmandan irəli gələn digər məsələləri
həll etsin.
2. Azərbaycan
Respublikası Prezidentinin 2005-ci il 1 mart tarixli 203 nömrəli
Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2005, ¹ 3, maddə 161, ¹ 12, maddə 1102; 2007, ¹ 10, maddə
947; 2008, ¹ 11, maddə 970; 2009, ¹ 12, maddə 983; 2010, ¹ 2, maddə
83; 2011, ¹ 2, maddə 85; 2012, ¹ 4, maddə 291, ¹ 6, maddə 531, ¹
9, maddə 854; 2016, ¹ 11, maddə 1805; 2017, ¹ 7, maddə 1355, ¹
12 (I kitab), maddə 2312; 2019, ¹ 3, maddə 403, ¹ 5, maddə 848,
¹ 11, maddə 1718) ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”də
aşağıdakı dəyişikliklər edilsin:
2.1. 8.8-ci
bənd aşağıdakı redaksiyada verilsin:
"8.8. təhsil müəssisələrinin
akkreditasiyasının həyata keçirilməsini təmin
edir;”;
2.2.
8.10-1-ci bəndə "təhsil proqramlarını” sözlərindən
sonra "(kurikulumları)” sözü əlavə edilsin;
2.3. 9.5-ci
bənd aşağıdakı redaksiyada verilsin:
"9.5. "Lisenziyalar və icazələr haqqında”
Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təhsil
fəaliyyəti üçün verilmiş lisenziyanın tələblərinə
və şərtlərinə riayət olunmasına nəzarət
etmək;”.
3. "Təhsil
haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi
barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5
sentyabr tarixli 156 nömrəli Fərmanında (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2009, ¹ 9, maddə 685;
2012, ¹ 3, maddə 197, ¹ 4, maddə 289, ¹ 6, maddə 532; 2016, ¹ 1,
maddə 76, ¹ 11, maddələr 1804, 1828, ¹ 12, maddə 2086;
2017, ¹ 7, maddə 1360, ¹ 10, maddə 1800, ¹ 12 (I kitab), maddə
2313; 2018, ¹ 2, maddə 216, ¹ 12 (I kitab), maddə 2545; 2019, ¹ 5,
maddə 848, ¹ 7, maddə 1229, ¹ 8, maddə 1398; Azərbaycan
Respublikası Prezidentinin 2020-ci il 15 may tarixli 1024 nömrəli
Fərmanı) aşağıdakı dəyişikliklər
edilsin:
3.1. 2.1-ci
bənd aşağıdakı redaksiyada verilsin:
"2.1.
"Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun
1.0.48-ci, 1.0.54-cü, 1.0.55-ci maddələrində, 7.2-ci maddəsinin
birinci cümləsində, 9.3-cü maddəsində, 14.8-1-ci
maddəsində, 14.11-ci maddəsinin birinci cümləsində,
14.20-ci maddəsinin ikinci cümləsində, 15.3-cü maddəsində,
16.4-cü maddəsinin birinci cümləsində, 17.4-cü
maddəsində (hər üç halda), 19.14-cü maddəsinin
üçüncü cümləsində, 20.2-ci maddəsində,
21.2-1-ci maddəsinin ikinci cümləsində, 22.5-ci, 22.5-1-ci,
22.11-ci, 22.12-ci maddələrində, 22.14-cü maddəsinin
ikinci cümləsində, 22.16-cı, 26.1-1-ci, 26.5-2-ci,
26.5-3-cü maddələrində, 30.2-ci maddəsinin birinci
cümləsində, 36-1.1-ci, 36-1.2.4-cü, 36-1.3-cü,
36-2.1-ci, 36-2.2-ci maddələrində, 44.1-1-ci maddəsində
(hər iki halda), 44.2-ci maddəsinin ikinci cümləsində
(hər iki halda), 45.2-ci maddəsində (hər üç
halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti
orqanının və 22.11-ci (elmi dərəcələrin
verilməsi qaydasının müəyyən edilməsi
üzrə), 22.12-ci maddələrində, 22.14-cü maddəsinin
ikinci cümləsində (elmi dərəcələrin verilməsi
qaydasının müəyyən edilməsi üzrə),
22.16-cı maddəsində, 30.2-ci maddəsinin birinci cümləsində
(dövlət ali təhsil müəssisələri rəhbərlərinin
vəzifəyə təyin və vəzifədən azad edilməsi
üzrə), 44.1-1-ci maddəsində (birinci halda) nəzərdə
tutulmuş orqanın (qurumun) səlahiyyətlərini, habelə
həmin Qanunun 29.0.1-ci (təhsil sahəsində vahid dövlət
siyasətinin müəyyənləşdirilməsi üzrə),
29.0.2-ci, 29.0.3-cü (təhsil sisteminin inkişafı
üçün müxtəlif istiqamətli dövlət
proqramlarının təsdiq edilməsi üzrə), 29.0.7-ci
(təhsil sahəsinin inkişafına ayrılan dövlət
büdcəsi vəsaitinin həcminin müəyyən edilməsi
üzrə), 29.0.13-cü (dövlət ali təhsil müəssisələri
rəhbərlərinin vəzifəyə təyin və vəzifədən
azad edilməsi üzrə), 29.0.16-cı (xüsusi təyinatlı
ali təhsil müəssisələri və ali təhsil əsasında
xüsusi təyinatlı əlavə təhsil müəssisələrinin
nizamnamələrinin təsdiq edilməsi üzrə),
29.0.34-cü, 29.0.35-ci (dövlət təhsil müəssisələri
işçilərinin əməyinin
stimullaşdırılmasının, o cümlədən
onların mükafatlandırılmasının həyata
keçirilməsi, xüsusi istedadı ilə fərqlənən
təhsilalanlar üçün adlı təqaüdlərin təsis
edilməsi üzrə) maddələrində nəzərdə
tutulmuş vəzifələri Azərbaycan
Respublikasının Prezidenti həyata keçirir;”;
3.2.
2.1-1-ci bənd ləğv edilsin;
3.3. 2.2-ci
və 2.3-cü bəndlər aşağıdakı redaksiyada
verilsin:
"2.2.
həmin Qanunun 6.3-cü, 10.4-cü maddələrində, 11.5-ci
maddəsinin birinci cümləsində, 12.2-ci, 14.14-cü,
14.16-cı maddələrində, 18.4-cü maddəsinin ikinci
cümləsində, 19.5-ci, 19.8-ci, 21.5-ci maddələrində,
22.3-cü maddəsinin beşinci cümləsində,
22.4-cü maddəsinin ikinci cümləsində, 22.6-cı
maddəsinin ikinci cümləsində, 24.3-cü maddəsində,
24.5-ci maddəsinin birinci cümləsində, 26.2-ci,
26.4-cü maddələrində, 26.5-1-ci maddəsinin ikinci
cümləsində, 26.6-cı, 27.3-cü, 27.4-cü, 28.1-ci,
28.3-cü maddələrində, 30.8-ci maddəsinin birinci
cümləsində, 32.3.13-cü (ümumi təhsil pilləsində
təhsilalanların yekun attestasiyası ilə bağlı
biliyin yenidən qiymətləndirilməsi üzrə),
36.3-cü, 36.5-ci, 41.1-ci maddələrində, 44.2-ci maddəsinin
birinci cümləsində nəzərdə tutulmuş
müvafiq icra hakimiyyəti orqanının və 14.20-ci maddəsinin
ikinci cümləsində, 17.4-cü maddəsində (hər
üç halda), 21.2-1-ci maddəsinin ikinci cümləsində,
22.11-ci (doktoranturaların yaradılması, doktoranturaya qəbul
qaydalarının müəyyən edilməsi üzrə)
maddəsində, 26.1-1-ci, 26.5-2-ci, 26.5-3-cü, 36-1.1-ci, 36-1.2.4-cü,
36-2.2-ci maddələrində, 44.2-ci maddəsinin ikinci cümləsində
(hər iki halda), 45.2-ci maddəsinin ikinci cümləsində
nəzərdə tutulmuş orqanın (qurumun) səlahiyyətlərini,
o cümlədən həmin Qanunun 29.0.1-ci (təhsil sahəsində
vahid dövlət siyasətinin həyata keçirilməsinin
təmin edilməsi üzrə), 29.0.4-cü, 29.0.7-ci (dövlət
təhsil qrantlarının məbləğinin müəyyən
edilməsi üzrə), 29.0.8-ci, 29.0.9-cu, 29.0.12-ci (təhsil
pillələri üzrə dövlət təhsil
standartlarının təsdiq edilməsi üzrə),
29.0.14-cü, 29.0.15-ci, 29.0.16-cı ("Publik hüquqi şəxslər
haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun
olaraq dövlət tərəfindən yaradılan ali təhsil
müəssisələrinin nizamnamələrinin, Azərbaycan
Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq
edilməsi, habelə xüsusi təyinatlı orta ixtisas təhsili,
ümumi təhsil müəssisələri, orta ixtisas təhsili
əsasında xüsusi təyinatlı əlavə təhsil
müəssisələrinin nizamnamələrinin təsdiq
edilməsi üzrə), 29.0.20-ci, 29.0.21-ci (xarici ölkələrin
ali təhsil sahəsində ixtisaslarının
tanınması və ekvivalentliyinin müəyyən edilməsi
(nostrifikasiyası) qaydalarının müəyyən
olunması üzrə), 29.0.22-ci, 29.0.23-cü, 29.0.25-ci,
29.0.28-ci (təhsil müəssisələrinin
akkreditasiyası qaydalarının müəyyən edilməsi
üzrə), 29.0.28-1-ci (xidmət haqlarının məbləğinin
müəyyən edilməsi üzrə), 29.0.29-cu (təhsil
müəssisələrində təhsilverənlərin
(dövlət ümumi təhsil və peşə təhsili
(tam orta təhsil üzrə təhsilverənlərə
münasibətdə) müəssisələrində təhsilverənlər
istisna olmaqla) attestasiyasının, ümumi təhsil pilləsində
təhsilalanların yekun attestasiyasının aparılması
qaydalarının müəyyən edilməsi üzrə),
29.0.32-ci və 29.0.43-cü (dövlət ümumi təhsil və
peşə təhsili (tam orta təhsil üzrə təhsilverənlərə
münasibətdə) müəssisələrinin təhsilverənlərinin
sertifikatlaşdırılması qaydasının müəyyən
edilməsi üzrə) maddələrində nəzərdə
tutulmuş vəzifələri Azərbaycan
Respublikasının Nazirlər Kabineti həyata keçirir;
2.3. həmin
Qanunun 7.3-cü, 13.3-cü, 18.6-cı, 22.3-1-ci maddələrində,
26.5-1-ci maddəsinin birinci cümləsində, 30.2-ci maddəsinin
üçüncü cümləsində (yerli icra hakimiyyəti
orqanlarının tabeliyindəki məktəbəqədər
təhsil müəssisələri istisna olmaqla, digər
dövlət təhsil müəssisələrinin elmi və
pedaqoji şuralarının yaradılması və fəaliyyəti
üzrə), 30.5-ci maddəsinin ikinci cümləsində,
32.3.13-cü (ümumi təhsil pilləsində təhsilalanların
yekun attestasiyası ilə bağlı biliyin yenidən qiymətləndirilməsi
istisna olmaqla), 38.5-ci və 42.1-ci maddələrində nəzərdə
tutulmuş müvafiq icra hakimiyyəti orqanının, habelə
7.2-ci maddəsinin birinci cümləsində, 9.3-cü maddəsində,
16.4-cü maddəsinin birinci cümləsində, 19.14-cü
maddəsinin üçüncü cümləsində, 30.2-ci
maddəsinin birinci cümləsində (dövlət ali təhsil
müəssisələri, peşə təhsili müəssisələri,
Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində
olmayan təhsil müəssisələri və yerli icra
hakimiyyəti orqanlarının tabeliyində olan məktəbəqədər
təhsil müəssisələri istisna olmaqla, digər
dövlət təhsil müəssisələrinin rəhbərlərinin
vəzifəyə təyin edilməsi üzrə),
36-1.3-cü, 36-2.1-ci maddələrində və 45.2-ci maddəsinin
birinci cümləsində (hər iki halda) nəzərdə
tutulmuş orqanın (qurumun) səlahiyyətlərini, o
cümlədən həmin Qanunun 29.0.1-ci (təhsil sahəsində
vahid dövlət siyasətinin həyata keçirilməsinin
təmin edilməsi üzrə), 29.0.3-cü (təhsil
sisteminin inkişafı üçün müxtəlif istiqamətli
dövlət proqramlarının icrasına nəzarətin həyata
keçirilməsi üzrə), 29.0.5-ci, 29.0.6-cı, 29.0.11-ci
("Təhsil Mərkəzləşdirilmiş İnformasiya
Sistemi” dövlət elektron məlumat sisteminin yaradılması
və ondan istifadənin təmin edilməsi üzrə),
29.0.12-ci (təhsilin müvafiq dövlət standartlarına
uyğun təşkilinə nəzarətin həyata
keçirilməsi üzrə), 29.0.13-cü (dövlət ali
təhsil müəssisələri, peşə təhsili
müəssisələri, Azərbaycan Respublikası Təhsil
Nazirliyinin tabeliyində olmayan təhsil müəssisələri
və yerli icra hakimiyyəti orqanlarının tabeliyindəki məktəbəqədər
təhsil müəssisələri istisna olmaqla, digər
dövlət təhsil müəssisələri rəhbərlərinin
vəzifəyə təyin və vəzifədən azad edilməsi
üzrə), 29.0.16-cı (Azərbaycan Respublikası
Prezidentinin başqa qayda müəyyən etdiyi hallar istisna
olmaqla, dövlət mülkiyyətində olan və ya
paylarının (səhmlərinin) nəzarət zərfi
dövlətə məxsus olan hüquqi şəxslərin
(dövlət adından yaradılan publik hüquqi şəxslər
istisna olmaqla) tabeliyində yaradılan təhsil müəssisələrinin
(ali təhsil müəssisələri istisna olmaqla) nizamnamələrinin
təsdiq edilməsi, bələdiyyə və özəl təhsil
müəssisələrinin nizamnamələrinə rəyin
verilməsi üzrə), 29.0.17-ci, 29.0.18-ci, 29.0.21-ci (xarici
ölkələrin ali təhsil sahəsində
ixtisaslarının tanınmasının və ekvivalentliyinin
müəyyən edilməsinin (nostrifikasiyasının) həyata
keçirilməsi üzrə), 29.0.26-cı, 29.0.27-ci,
29.0.28-ci (təhsil müəssisələrinin
akkreditasiyasının həyata keçirilməsi üzrə),
29.0.29-cu (ümumi təhsil pilləsində təhsilalanların
yekun attestasiyası istisna olmaqla, təhsilalanların
attestasiyasının aparılması qaydasının müəyyən
edilməsi üzrə), 29.0.30-cu, 29.0.32-ci, 29.0.33-cü,
29.0.36-cı (yerli icra hakimiyyəti orqanlarının tabeliyindəki
məktəbəqədər təhsil müəssisələri
istisna olmaqla, digər dövlət təhsil müəssisələrinin
texniki vasitələrlə təminatının həyata
keçirilməsi üzrə), 29.0.37-ci, 29.0.38-ci, 29.0.39-cu,
29.0.42-ci (ümumi təhsili həyata keçirən təhsil
müəssisələrində ümumtəhsil fənləri
üzrə təhsilalanların biliyinin yekun attestasiyası
istisna olmaqla) və 29.0.43-cü (sertifikatlaşdırmanın
həyata keçirilməsi üzrə) maddələrində
nəzərdə tutulmuş vəzifələri Azərbaycan
Respublikasının Təhsil Nazirliyi həyata keçirir;”;
3.4.
2.4-cü bənddə (hər iki halda) ismin müvafiq
hallarında "yekun qiymətləndirilməsi
(attestasiyası)” sözləri "yekun attestasiyası”
sözləri ilə əvəz edilsin;
3.5. aşağıdakı məzmunda 2.4-1-ci,
2.5-1-ci və 2.7-1-ci bəndlər əlavə edilsin:
"2.4-1.
həmin Qanunun 1.0.55-ci maddəsində "orqan (qurum)” dedikdə
Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan
Respublikasının Dövlət İmtahan Mərkəzi nəzərdə
tutulur;”;
"2.5-1.
həmin Qanunun 29.0.24-cü maddəsində nəzərdə
tutulmuş vəzifəni Azərbaycan Respublikasının
İqtisadiyyat Nazirliyi həyata keçirir;”;
"2.7-1.
həmin Qanunun 20.2-ci maddəsində "orqan (qurum)” dedikdə
Azərbaycan Respublikasının Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur;”;
3.6. 2.8-ci
bəndə hər iki halda "dövlət ali təhsil
müəssisələri” sözlərindən sonra ", Azərbaycan
Respublikası Prezidentinin başqa qayda müəyyən etdiyi
hallar istisna olmaqla, dövlət mülkiyyətində olan və
ya paylarının (səhmlərinin) nəzarət zərfi
dövlətə məxsus olan hüquqi şəxslərin
(dövlət adından yaradılan publik hüquqi şəxslər
istisna olmaqla) təklifi əsasında onların tabeliyində
yaradılan təhsil müəssisələri” sözləri əlavə
edilsin, həmin bənddən birinci halda "və vəzifədən
azad edilməsi” sözləri çıxarılsın,
"müvafiq icra hakimiyyəti orqanının” sözləri
"orqanın (qurumun)” sözləri ilə, "nizamnamələri
Azərbaycan Respublikasının Prezidenti və Azərbaycan
Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq
edilən dövlət təhsil müəssisələri
istisna olmaqla,” sözləri "xüsusi təyinatlı təhsil
müəssisələri və Azərbaycan Respublikası
Prezidentinin başqa qayda müəyyən etdiyi hallar istisna
olmaqla, ali təhsil müəssisələrindən başqa”
sözləri ilə, "və yerli icra hakimiyyəti
orqanları” sözləri ", yerli icra hakimiyyəti
orqanları və dövlət adından yaradılan publik
hüquqi şəxslər” sözləri ilə əvəz
edilsin;
3.7. aşağıdakı məzmunda 2.8-1-ci bənd
əlavə edilsin:
"2.8-1.
həmin Qanunun 30.2-ci maddəsinin birinci cümləsində
(dövlət ali təhsil müəssisələri, mərkəzi
və yerli icra hakimiyyəti orqanlarının tabeliyində
yaradılan təhsil müəssisələri istisna olmaqla,
digər dövlət təhsil müəssisələri rəhbərlərinin
vəzifəyə təyin edilməsi üzrə) nəzərdə
tutulmuş orqanın (qurumun) səlahiyyətlərini, habelə
29.0.7-ci (özünüidarəetmə prinsipi əsasında
fəaliyyət göstərən dövlət təhsil
müəssisələri istisna olmaqla, digər dövlət təhsil
müəssisələrinin maliyyələşdirilməsinin
həyata keçirilməsi üzrə), 29.0.13-cü (dövlət
ali təhsil müəssisələri, mərkəzi və
yerli icra hakimiyyəti orqanlarının tabeliyində
yaradılan təhsil müəssisələri istisna olmaqla,
digər dövlət təhsil müəssisələri rəhbərlərinin
vəzifəyə təyin və vəzifədən azad edilməsi
üzrə), 29.0.35-ci (xüsusi istedadı ilə fərqlənən
təhsilalanlar üçün məqsədli təqaüdlərin
təsis edilməsi üzrə) maddələrində nəzərdə
tutulmuş vəzifələri, Azərbaycan Respublikası
Prezidentinin başqa qayda müəyyən etdiyi hallar istisna
olmaqla, tabeliyindəki dövlət təhsil müəssisələrinə
münasibətdə dövlət mülkiyyətində olan və
ya paylarının (səhmlərinin) nəzarət zərfi
dövlətə məxsus olan hüquqi şəxslər
(dövlət adından yaradılan publik hüquqi şəxslər
istisna olmaqla) həyata keçirirlər;”;
3.8. 2.9-cu
bənddən ikinci halda "və vəzifədən azad
edilməsi” sözləri çıxarılsın, həmin bəndə
"və 30.2-ci maddəsinin” sözlərindən əvvəl
"nəzərdə tutulmuş orqanın (qurumun)” sözləri
əlavə edilsin;
3.9.
2.10-cu bənddə "müvafiq icra hakimiyyəti
orqanının” sözləri "orqanın (qurumun)” sözləri
ilə əvəz olunsun və həmin bəndə
"Peşə Təhsili üzrə Dövlət Agentliyi”
sözlərindən sonra "qismində Azərbaycan
Respublikasının Təhsil Nazirliyi” sözləri əlavə
edilsin;
3.10.
2.12.1-ci yarımbənd aşağıdakı redaksiyada
verilsin:
"2.12.1.
nizamnamə fondunun təsdiq edilməsi və dəyişdirilməsi,
habelə Azərbaycan Respublikası Prezidentinin başqa qayda
müəyyən etdiyi hallar istisna olmaqla, nizamnamənin təsdiq
edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətləri,
Azərbaycan Respublikasının Prezidenti ilə
razılaşdırmaqla, Azərbaycan Respublikasının
Nazirlər Kabineti;”;
3.11.
2.12.2-ci yarımbəndə "icra hakimiyyəti orqanları”
sözlərindən sonra "və dövlət adından
yaradılan publik hüquqi şəxslər” sözləri əlavə
edilsin.
4. Azərbaycan
Respublikası Prezidentinin 2013-cü il 8 iyul tarixli 939 nömrəli
Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2013, ¹ 7, maddə 804; 2016, ¹ 11, maddə 1803; 2017, ¹ 5,
maddələr 787, 802, ¹ 7, maddə 1363; 2018, ¹ 4, maddə 698;
2019, ¹ 3, maddə 401; 2020, ¹ 2, maddə 106; Azərbaycan
Respublikası Prezidentinin 2020-ci il 12 iyun tarixli 1056 nömrəli
Fərmanı) ilə təsdiq edilmiş "Azərbaycan
Respublikası Dövlət Gömrük Komitəsinin
Akademiyasının Nizamnaməsi”nin 8.13.7-ci yarımbəndindən
"Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən
etdiyi qaydada” sözləri çıxarılsın.
5. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 26 dekabr tarixli 432 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, ¹ 12, maddə 1585; 2016, ¹ 7, maddə 1250, ¹ 11, maddə 1803; 2017, ¹ 5, maddələr 789, 802, ¹ 7, maddə 1366; 2018, ¹ 4, maddə 697; 2019, ¹ 3, maddə 402, ¹ 5, maddə 856, ¹ 7, maddə 1230; 2020, ¹ 2, maddə 103; Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 iyun tarixli 1056 nömrəli Fərmanı) ilə təsdiq edilmiş "Bakı Xoreoqrafiya Akademiyasının Nizamnaməsi”nin 8.12.7-ci yarımbəndindən "Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada” sözləri çıxarılsın.
6. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 dekabr tarixli 710 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, ¹ 12, maddə 1464; 2016, ¹ 11, maddə 1803; 2017, ¹ 5, maddələr 791, 802, ¹ 7, maddə 1369; 2018, ¹ 4, maddə 699; 2019, ¹ 3, maddə 402, ¹ 5, maddə 856; 2020, ¹ 2, maddə 103; Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 iyun tarixli 1056 nömrəli Fərmanı) ilə təsdiq edilmiş "Azərbaycan Turizm və Menecment Universitetinin Nizamnaməsi”nin 7.7.7-ci yarımbəndindən "Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada” sözləri çıxarılsın.
7. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 4 avqust tarixli 1007 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, ¹ 8, maddə 1368; 2017, ¹ 7, maddə 1372; 2020, ¹ 2, maddə 107) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının Nizamnaməsi”nin 9.11.5-ci yarımbəndindən "Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada” sözləri çıxarılsın.
8. "Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1532-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 may tarixli 711 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, ¹ 5, maddə 863; Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 iyun tarixli 1057 nömrəli Fərmanı ) aşağıdakı dəyişikliklər edilsin:
8.1. 2.2-ci bəndə "19.2-ci,” sözlərindən sonra "22.2.4-cü (təhsilalanların yekun attestasiyası ilə bağlı biliyin yenidən qiymətləndirilməsi üzrə),” sözləri əlavə edilsin;
8.2.
2.4-cü bəndə "22.2.4-cü” sözlərindən
sonra "(təhsilalanların yekun attestasiyası ilə
bağlı biliyin yenidən qiymətləndirilməsi istisna
olmaqla)” sözləri əlavə edilsin.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
7 iyul 2020-ci il
Azərbaycan.-2020.- 9 iyul.- S.2.