Prezident İlham Əliyevin Nazirlər Kabineti
yanında Operativ Qərargaha göstərişinə
uyğun olaraq COVID-19
sahəsində çalışan bir qrup xarici mütəxəssis
Azərbaycana gəlib
Prezident İlham Əliyevin Nazirlər Kabineti yanında Operativ Qərargaha göstərişinə uyğun olaraq yeni növ koronavirus (COVID-19) sahəsində çalışan bir qrup xarici mütəxəssis Azərbaycana gəlib.
Nazirlər
Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki,
COVID-19 infeksiyasının geniş yayılmasının
qarşısının alınması istiqamətindəki tədbirlər
çərçivəsində Rusiya və Türkiyədən
gələn infeksion xəstəliklər üzrə mütəxəssislər,
reanimotoloq və pulmonoloqlar hazırda Operativ Qərargahın
tibbi heyəti ilə görüşlər keçirir,
COVID-19 pandemiyasına qarşı görülən tədbirlər
sahəsində təcrübə mübadiləsi
aparılır.
Türkiyə
Respublikasının Səhiyyə Nazirliyinin COVID-19 üzrə
elmi heyətinin üzvləri, eləcə də Rusiya və
Türkiyədən olan yüksəkixtisaslı həkimlər
xüsusi rejimli xəstəxanalarda olacaq, xəstəliyin
qarşısının alınması üçün yerli
mütəxəssislərlə birgə müalicə və
profilaktika sahəsində çalışacaqlar.
Azərbaycan.-2020.- 9
iyul.- S.7.