İndoneziyada keçirilən “İçərişəhər - Bakının incisiinşa yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb

 

 

Azərbaycan Prezidenti İlham Əliyevin 27 fevral 2020-ci il tarixli sərəncamına əsasən İçərişəhərin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsinin 20 illiyinin qeyd olunması çərçivəsində Azərbaycanın İndoneziyadakı səfirliyinin elan etdiyi "İçərişəhər - Bakının incisiinşa müsabiqəsinin qaliblərinə mükafatların təqdim olunması mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, iyulun 9-da keçirilən tədbirdə qalibləri salamlayan səfir Cəlal Mirzəyev cari ildə İçərişəhərin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsinin 20 ilinin tamam olması ilə əlaqədar dövlət başçısının sərəncamına uyğun olaraq, səfirlik tərəfindən inşa yazı müsabiqəsinin elan edildiyini bildirib. Səfir İçərişəhərin Azərbaycanın zəngin tarixinin və mədəniyyətinin yaşandığı məkan olduğunu, əcnəbi turistlərin də buranı sevərək ziyarət etdiyini vurğulayıb. Səfir indoneziyalı gənclərin müsabiqədə iştirakının sevindirici hal olduğunu, müsabiqəyə qatılmaqla onların Azərbaycanı yenidən və daha dərindən öyrəndiklərinə əminliyini ifadə edib.

İndoneziyanın müxtəlif ali məktəblərindən 20-dən çox gəncin iştirak etdiyi müsabiqədə birinci yeri Padjajaran Universitetinin tələbəsi Alvis Rahman Bhasuki, ikinci yeri ASEAN Gənclər Təşkilatının üzvü Aulia Asriüçüncü yeri İndra İravan tutub. Qaliblər müsabiqədə iştiraklarının Azərbaycanı daha yaxından tanımaq üçün gözəl bir fürsət olduğunu qeyd edərək minnətdarlıqlarını bildiriblər və müsabiqənin qalibləri olduqları üçün özlərini xoşbəxt hiss etdiklərini söyləyiblər. Daha sonra qaliblərə səfirliyin xüsusi sertifikatları və pul mükafatları təqdim edilib.

Qeyd edək ki, İçərişəhərin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsinin 20 illiyinin qeyd olunması çərçivəsində Azərbaycan səfirliyi tərəfindən İndoneziyada İçərişəhərin təsviri olan poçt markası buraxılıb. Azərbaycan Turizm Bürosu ilə birgə İndoneziya turizm şirkətlərinin iştirakı ilə "Azərbaycan: Bir daha bax və Bakının UNESKO siyahısına daxil edilmiş İçərişəhəri” adlı vebinar keçirilibİndoneziya mətbuatında "UNESKO-nun irsi - İçərişəhər - Bakının incisi” məqaləsi yayımlanıb.

 

Azərbaycan.-2020.- 10 iyul.- S.3.