BMT-nin daha bir
indeksinə görə
Azərbaycan regionda liderdir
Pandemiyanın bütün planeti
cənginə aldığı
bir vaxtda ən az
eşidilən xəbərlər
iqtisadiyyatın inkişafı,
hansısa dövlətlərin
yeni uğurlara imza atması ilə bağlıdır.
Reallıq elədir ki,
biz nailiyyətlərdən daha çox itkilər haqqında məlumatlar alırıq.
Belə bir zamanda BMT kimi mötəbər beynəlxalq qurumun "Davamlı inkişaf hesabatı - 2020” sənədində
dünyanın 166 ölkəsi
arasında "Davamlı
inkişaf məqsədləri
indeksi” üzrə Azərbaycanın 54-cü pillədə
qərarlaşmasını bəyan etməsi, sözün əsl mənasında, ürəkaçan
xəbərdir.
Eyni zamanda o
da qürur doğuran bir məqamdır ki, "Davamlı inkişaf məqsədləri indeksi”nə
görə Azərbaycan
regional liderə çevrilmişdir. Ölkəmiz 54-cü yerdə qərarlaşmaqla
yanaşı, bütün
qonşularından xeyli
irəli sıçrayaraq
onları geridə qoya bilmişdir. Hesabatda Azərbaycandan sonra gələn ölkələr
də diqqət çəkir. Belə ki,
Rusiya 57-ci, Gürcüstan
58-ci, İran 59-cu, Qazaxıstan
65-ci, Türkiyə 70-ci yerdədir.
Azərbaycanın ərazilərini zəbt edən işğalçı Ermənistan
isə 75-ci pillədə
ilişmişdir.
Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili
və Kommunikasiya Mərkəzinin icraçı
direktoru Vüsal Qasımlı mətbuata açıqlamasında Azərbaycanın
"Davamlı inkişaf
məqsədləri indeksi”nə
görə dünyada
hər üç ölkədən ikisini qabaqladığını diqqətə
çatdırıb.
Sənəddə Azərbaycanın bir neçə sahədə
əldə etdiyi uğurlar qeyd olunur. Belə ki, ölkəmiz səhiyyə,
rifah, yoxsulluq, qidalanma, təmiz su, təmiz enerji, davamlı şəhərlər və
icmalar, sülh, ədalət və güclü institutlar kimi BMT-nin Davamlı
İnkişaf Məqsədləri
üzrə irəliləyişlərə
nail olmuşdur. Məxsusi
olaraq qeyd etmək vacibdir ki, Azərbaycan "Davamlı inkişaf məqsədləri indeksi”nin
mümkün 100 balından
72,6 bal toplamış,
Şərqi Avropa və Mərkəzi Asiya regionunda sözü gedən indeks üzrə orta göstəricini 70,9 bala çatdırmışdır.
İnsanların sosial rifahının
yüksəlməsini təsdiq
edən maraqlı bir fakt da
ondan ibarətdir ki, hesabat Azərbaycanda
gündəlik gəliri
3,2 dollardan az olan yoxsulun
qeydə alınmadığını
təsdiqləyir.
Təbii ki, qazanılan bütün uğurların
qayəsini Azərbaycan
Prezidenti İlham Əliyevin inamla davam etdirdiyi islahatlar təşkil edir.
Dövlət başçısı müasir iqtisadi və sosial infrastrukturun formalaşdırılmasını mərhələli islahatlarla həyata keçirir, ölkə iqtisadiyyatının dayanıqlı inkişafını təmin etmək üçün zəruri olan bütün addımları atır.
Artıq hər bir Azərbaycan vətəndaşı əmindir ki, ölkədə həyata keçirilən sosial siyasət mahiyyət etibarı ilə hər bir kəsin rifahının yüksəlməsinə xidmət edir. Bu baxımdan 2019-cu ildə reallaşdırılan sosial paketlərin ölkə əhalisinin rifahının yüksəlməsinə necə müsbət təsir etməsini xatırlatmaq yerinə düşər. Yoxsulluğun aradan qaldırılması, səhiyyə sisteminin müasir standartlara uyğun yenidən qurulması, əhalinin kommunal problemlərinin səmərəli həlli dünyanın aparıcı reytinq agentliklərinin diqqət mərkəzindədir. Ümumiyyətlə, ölkənin enerji təhlikəsizliyinin təminatı, mövcud olan ictimai-siyasi sabitlik, milli həmrəylik mühiti və Azərbaycanın inkişaf strategiyasının uğurla reallaşdırılması beynəlxalq səviyyədə dünyanın aparıcı siyasi, iqtisadi, maliyyə və digər qurumları tərəfindən həmişə yüksək qimətləndirilir. Azərbaycan, sözün həqiqi mənasında, istənilən çətinlikləri aşmaq və inamla inkişaf etmək gücünü bütün dünyaya nümayiş etdirə bilən ölkəyə çevrilmişdir.
Politoloqlar belə hesab edirlər ki, Azərbaycanın davamlı inkişaf məqsədləri üzrə regional liderə çevrilməsi İlham Əliyevin BMT-nin xüsusi sessiyasının keçirilməsi təşəbbüsü ilə üst-üstə düşür və bir daha onu təsdiq edir ki, dövlət başçısının rəhbərliyi ilə ölkəmiz qlobal gündəliyin formalaşması və həyata keçirilməsində əhəmiyyətli rola malikdir.
Bahadur İMANQULİYEV
Azərbaycan.-2020.- 12 iyul.- S.1;8.