Monteneqronun Prezidenti Zati-aliləri cənab Milo Cukanoviçə
Hörmətli cənab Prezident,
Ölkənizin milli bayramı münasibətilə Sizə
və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi
yetirirəm.
Azərbaycan–Monteneqro dostluq və əməkdaşlıq münasibətləri
hərtərəfli və
yüksələn xətlə
inkişaf etməkdədir. İnanıram ki, əlaqələrimizin
ikitərəfli və
çoxtərəfli müstəvidə
möhkəmlənməsi yolunda
atdığımız addımlar
bundan sonra da xalqlarımızın və ölkələrimizin
mənafelərinə xidmət
edəcəkdir.
Bəşəriyyətin COVID-19 pandemiyası
ilə mübarizə
apardığı bir
dövrdə Azərbaycan
xalqının dost Monteneqro
xalqı ilə həmrəy olduğunu vurğulamaq istəyirəm.
Bu xoş gündə
Sizə möhkəm cansağlığı, işlərinizdə
uğurlar, ölkənizə
daim rifah və əmin-amanlıq arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 10 iyul
2020-ci il.
Azərbaycan.-2020.-
12 iyul.- S.1.