Azərbaycan
Respublikasının Cinayət-Prosessual Məcəlləsində
dəyişiklik edilməsi haqqında
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan
Respublikasının Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
6-cı bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 8,
(II kitab), maddə 585; 2001, ¹ 7, maddə 455; 2002, ¹ 1, maddə 9,
¹ 5, maddə 233, ¹ 8, maddə 463; 2003, ¹ 6, maddə 276; 2004, ¹ 5,
maddə 321, ¹ 7, maddə 505, ¹ 8, maddə 598, ¹ 10, maddə 761,
¹ 11, maddə 890; 2005, ¹ 1, maddə 4, ¹ 4, maddə 278, ¹ 6, maddə
462, ¹ 8, maddə 686, ¹ 10, maddə 874, ¹ 12, maddə 1079; 2006, ¹
1, maddə 3, ¹ 2, maddə 64, ¹ 5, maddə 390, ¹ 10, maddə 847,
¹ 11, maddə 929, ¹ 12, maddə 1032; 2007, ¹ 2, maddələr 65,
68, ¹ 6, maddə 560, ¹ 7, maddə 712, ¹ 8, maddə 756, ¹ 11, maddə
1049, ¹ 12, maddə 1221; 2008, ¹ 6, maddə 462, ¹ 7, maddələr
606, 607, ¹ 12, maddələr 1045, 1049; 2009, ¹ 5, maddə 315, ¹ 7,
maddə 517, ¹ 12, maddə 966; 2010, ¹ 3, maddələr 171, 173,
178, ¹ 7, maddə 593, ¹ 12, maddə 1058; 2011, ¹ 6, maddə 480, ¹
7, maddələr 589, 599; 2012, ¹ 7, maddə 674, ¹ 11, maddə
1062, ¹ 12, maddə 1215; 2013, ¹ 2, maddə 77, ¹ 6, maddələr
616, 626, ¹ 7, maddə 786, ¹ 11, maddə 1265, ¹ 12, maddə 1493;
2014, ¹ 2, maddələr 90, 102, ¹ 4, maddələr 328, 344, ¹ 6,
maddə 600, ¹ 11, maddələr 1354, 1362; 2015, ¹ 4, maddə 342,
¹ 5, maddə 511, ¹ 11, maddələr 1270, 1288; 2016, ¹ 2, (II
kitab), maddə 218, ¹ 10, maddə 1607, ¹ 12, maddələr 2020,
2031, 2034, 2039; 2017, ¹ 5, maddə 751, ¹ 12 (I kitab), maddələr
2232, 2267; 2018, ¹ 5, maddələr 877, 882, ¹ 7 (I kitab), maddə
1421, ¹ 11, maddə 2235, ¹ 12,
(I kitab)
maddə 2515; 2019, ¹ 7, maddələr 1198, 1200, ¹ 12, maddə 1898;
Azərbaycan Respublikasının 2020-ci il
19 may tarixli 99-VIQD nömrəli Qanunu) aşağıdakı
dəyişikliklər edilsin:
1.1.
7.0.11-ci maddəyə "protestlərə” sözündən
sonra ", habelə xarici dövlətlərin məhkəmələrinin
hökmlərinin və ya digər yekun qərarlarının
tanınması üzrə icraat qaydasında verilmiş
müraciətlərə” sözləri əlavə edilsin;
1.2.
7.0.47-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli
vergül işarəsi ilə əvəz edilsin və
aşağıdakı məzmunda 7.0.48-ci maddə əlavə
edilsin:
"7.0.48.
prosessual sənədlər - ərizə, şikayət,
protest, vəsatət, etiraz, bildiriş,
çağırış vərəqəsi, rəy, ekspert rəyi,
qərar, hökm və bu Məcəllə ilə müəyyən
edilmiş hallarda və qaydada məhkəmə və ya cinayət
prosesinin iştirakçıları tərəfindən tərtib
edilən digər sənədlər.”;
1.3. aşağıdakı məzmunda 40.5-ci maddə
əlavə edilsin:
"40.5.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72 -
73-2-ci maddələrində nəzərdə tutulmuş cinayət
əməlləri iştirakçılıqla törədildiyi
hallarda həmin Məcəllənin 72-ci maddəsinin "Qeyd”
hissəsinin 2-ci bəndinə əsasən zərərçəkmiş
şəxsə dəymiş ziyan və dövlət büdcəsinə
ödənişin iştirakçıların hər biri tərəfindən
müəyyən pay üzrə ödənilməsi məhkəməyədək
icraat zamanı təhqiqatçının və ya müstəntiqin
prokurorla razılaşdırılmış qərarı, məhkəmə
icraatı zamanı isə məhkəmənin qərarı ilə
həll olunur.”;
1.4. 41-ci
maddə üzrə:
1.4.1.
41.3-cü maddənin birinci cümləsinə "istisna edən”
sözlərindən sonra "və bu Məcəllənin
40.3-cü və 40.4-cü maddələrində göstərilən
cinayət təqibinin həyata keçirilməməsinə
imkan verən” sözləri əlavə edilsin;
1.4.2.
41.3-cü maddənin ikinci cümləsi
üçüncü cümlə hesab edilsin və
aşağıdakı məzmunda ikinci cümlə əlavə
edilsin:
"Dövlət
ittihamçısı bəraətverici əsaslar olmadıqda
təqsirləndirilən şəxs barəsində ittihamdan
müdafiə tərəfinin razılığı ilə
imtina edir.”;
1.4.3.
41.4-cü maddəyə "istisna edən” sözlərindən
sonra "və cinayət təqibinin həyata keçirilməməsinə
imkan verən” sözləri əlavə edilsin;
1.4.4.
41.5-ci maddəyə "çatdırır və” sözlərindən
sonra "dövlət ittihamçısı və xüsusi
ittihamçı cinayət təqibindən imtina etmədiyi
hallarda” sözləri əlavə edilsin;
1.4.5.
41.6-cı maddədə "40-cı” sözləri
"40.2-ci” sözləri ilə əvəz edilsin;
1.5. 51-ci
maddə üzrə:
1.5.1.
aşağıdakı məzmunda 51.6-1-ci maddə əlavə
edilsin:
"51.6-1.
Məhkəmə iclasında sədrlik edən iclasların
fasiləsiz audioyazısının aparılmasını təmin
edir, cinayət prosesinin tərəflərini və cinayət
prosesində iştirak edən digər şəxsləri
audioyazının aparılması barədə xəbərdar
edir. Məhkəmə iclasının protokolu məhkəmə
iclasının audioyazısına uyğun tərtib edilir və
audioyazı barədə məlumat məhkəmə
iclasının protokolunda göstərilməklə elektron və
ya digər məlumat daşıyıcılarında ona əlavə
olunur. Məhkəmə iclasının protokolu və
audioyazısı arasında ziddiyyət olduğu halda, məhkəmə
iclasının audioyazısına üstünlük verilir.”;
1.5.2.
51.7-ci maddənin ikinci cümləsinə "protokolla”
sözündən sonra "və ona əlavə edilmiş
audioyazı ilə” sözləri əlavə edilsin;
1.6.
aşağıdakı məzmunda 51-1-ci və 51-2-ci maddələr
əlavə edilsin:
"Maddə
51-1. Cinayət mühakimə icraatının elektron qaydada
aparılması
51-1.1.
Elektron qaydada cinayət mühakimə icraatı bu Məcəllə
ilə müəyyən edilmiş prosessual qaydalara uyğun
olaraq "Elektron məhkəmə” informasiya sistemi vasitəsi
ilə aparılır.
51-1.2. Məhkəmə,
cinayət prosesinin iştirakçıları və cinayət
prosesində iştirak edən digər şəxslər tərəfindən
prosessual sənədlərin elektron formada tərtib edilməsi,
göndərilməsi, qəbulu, sənədlərin elektron
qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra
hakimiyyəti orqanının Azərbaycan Respublikasının
Ali Məhkəməsi və Azərbaycan Respublikasının
Baş Prokurorluğu ilə razılaşdırmaqla müəyyən
etdiyi cinayət mühakimə icraatında "Elektron məhkəmə”
informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata
keçirilir.
51-1.3.
"Elektron məhkəmə” informasiya sistemində cinayət
prosesinin iştirakçılarının və cinayət
prosesində iştirak edən digər şəxslərin
iştirak etdiyi iş üzrə prosesin gedişi,
çıxarılan qərarlar, onların icra vəziyyəti,
onlardan verilən şikayət və ya protestlər barədə
məlumat almaq, prosessual sənədləri göndərmək
və qəbul etmək imkanlarını təmin edən
elektron kabinet yaradılır.
51-1.4.
"Elektron məhkəmə” informasiya sistemində elektron sənəd
dövriyyəsi üçün gücləndirilmiş
elektron imzadan və sertifikatlaşdırılmış
elektron imza vasitələrindən istifadə edilir.
51-1.5.
"Elektron imza və elektron sənəd haqqında” Azərbaycan
Respublikasının Qanununda nəzərdə tutulmuş
qaydada elektron sənəd formasında tərtib edilmiş
prosessual sənədlər kağız
daşıyıcıda olan sənədlərlə eyni
hüquqi qüvvəyə malikdir.
51-1.6.
"Elektron məhkəmə” informasiya sisteminin tətbiq
olunduğu məhkəmələrdə cinayət prosesinin
iştirakçıları və cinayət prosesində
iştirak edən digər şəxslər "Elektron məhkəmə”
informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə
bu Məcəlləyə əsasən həmin şəxslərə
verilməsi nəzərdə tutulmuş prosessual sənədləri
və digər məlumatları onların elektron kabinetlərində
yerləşdirir. Bu barədə həmin şəxslərə
"Elektron məhkəmə” informasiya sistemi vasitəsilə
elektron qaydada (elektron poçt və SMS vasitəsilə) məlumat
verilir.
51-1.7. Bu
Məcəllənin 51-1.6-cı maddəsində nəzərdə
tutulmuş şəxslər bu Məcəlləyə əsasən
məhkəməyə təqdim etmək hüququna malik
olduqları prosessual sənədləri "Elektron məhkəmə”
informasiya sistemi vasitəsilə göndərə bilərlər.
51-1.8.
"Elektron məhkəmə” informasiya sisteminin tətbiq
olunduğu məhkəmələrdə hakim bu Məcəlləyə
müvafiq olaraq dövlət ittihamçısına verilməsi
nəzərdə tutulmuş prosessual sənədləri və
digər məlumatları onun həmin sistemdə
yaradılmış elektron kabinetində yerləşdirir və
bu barədə ona həmin sistem vasitəsilə elektron qaydada
məlumat verir.
51-1.9.
"Elektron məhkəmə” informasiya sisteminin tətbiq
olunduğu məhkəmələrdə dövlət
ittihamçısı bu Məcəllənin 84.6-cı maddəsində
nəzərdə tutulmuş prosessual hərəkətlər
üzrə elektron sənəd formasında tərtib
edilmiş prosessual sənədləri "Elektron məhkəmə”
informasiya sistemi vasitəsilə məhkəməyə təqdim
edə bilər.
51-1.10. Bu
Məcəllənin 51-1.7 - 51-1.9-cu maddələrində nəzərdə
tutulmuş qaydada "Elektron məhkəmə” informasiya
sistemi vasitəsilə təqdim edilmiş sənədlərin
digər qaydada verilməsi məhkəmə tərəfindən
tələb oluna bilməz.
51-1.11.
"Elektron məhkəmə” informasiya sisteminin tətbiq
olunduğu məhkəmələrdə, məhkəmə, bu
Məcəlləyə müvafiq olaraq qəbul etdiyi hökm,
qərar və digər prosessual sənədləri elektron sənəd
formasında tərtib edərək bu Məcəllədə həmin
prosessual sənədlər üçün müəyyən
edilmiş müddətlərdə "Elektron məhkəmə”
informasiya sistemində yerləşdirir.
51-1.12.
"Elektron məhkəmə” informasiya sisteminin tətbiq
olunduğu məhkəmələrdə məhkəmənin
yekun qərarının nəticəvi hissəsi barədə
məlumat həmin qərarın elan edildiyi gün hakimin
elektron imzası ilə təsdiq edilməklə "Elektron məhkəmə”
informasiya sistemində yerləşdirilir.
Maddə
51-2. Cinayət mühakimə icraatının videokonfrans əlaqə
sistemindən istifadə
edilməklə
həyata keçirilməsi
51-2.1.
Cinayət mühakimə icraatında prosessual hərəkətlər
aşağıdakı hallarda şübhəli və ya təqsirləndirilən
şəxs, mülki iddiaçı, mülki cavabdeh, zərər
çəkmiş şəxs, zərər çəkmiş
şəxsin və təqsirləndirilən şəxsin
hüquqi varisi, xüsusi ittihamçı, onların qanuni
nümayəndələri və nümayəndələri,
barəsində cinayət-hüquqi tədbirlərin tətbiq
edilməsi üzrə icraat aparılan hüquqi şəxsin
nümayəndəsi, şahid, ekspert, mütəxəssis, tərcüməçi,
yaxud məhkumun bilavasitə iştirakı olmadan videokonfrans əlaqə
sistemindən istifadə edilməklə həyata keçirilə
bilər:
51-2.1.1.
bu Məcəllənin 51-2.1-ci maddəsində göstərilən
şəxslərin həyatı və
sağlamlığı üçün real təhdidlər
olduqda onların təhlükəsizliyinin təmin edilməsi,
habelə onlara kənar təsirlərin
qarşısının alınması zərurəti
yarandıqda;
51-2.1.2. səhhətinin
vəziyyəti, yaxud şübhəli, təqsirləndirilən
şəxs və ya məhkum istisna olmaqla bu Məcəllənin
51-2.1-ci maddəsində göstərilən başqa şəxslərlə
bağlı digər üzrlü səbəblər onların
müvafiq icraatda bilavasitə iştirakını
qeyri-mümkün etdikdə;
51-2.1.3.
yetkinlik yaşına çatmayan şəxsin mənafeyinin
qorunması zərurəti yarandıqda;
51-2.1.4. təbii
və ya texnogen qəzalar, epidemiya, fövqəladə vəziyyət
və ya qarşısıalınmaz qüvvənin təsiri nəticəsində
bu Məcəllənin 51-2.1-ci maddəsində göstərilən
şəxslər müvafiq icraatda bilavasitə iştirak edə
bilmədikdə.
51-2.2.
Videokonfrans əlaqə sistemindən istifadə edilməklə
prosessual hərəkətlər bu Məcəllənin 51-2-ci
maddəsində nəzərdə tutulmuş xüsusiyyətlər
nəzərə alınmaqla bu Məcəllədə nəzərdə
tutulmuş qaydada həyata keçirilməlidir.
51-2.3. Məhkəmə
icraatı zamanı prosessual hərəkətlər cinayət
prosesi tərəflərinin vəsatəti və ya bu Məcəllənin
51-2.1-ci maddəsində göstərilən digər şəxslərin
müraciəti, yaxud məhkəmənin öz təşəbbüsü
ilə və yalnız məhkəmənin əsaslandırılmış
qərarı əsasında videokonfrans əlaqə sistemindən
istifadə edilməklə həyata keçirilir. Məhkəmə
bir və ya bir neçə prosessual hərəkətin, habelə
icraatın tamamilə və ya qismən videokonfrans əlaqə
sistemindən istifadə edilməklə həyata keçirilməsi
barədə qərar qəbul edir.
51-2.4.
İbtidai araşdırma zamanı bu Məcəllənin
51-2.1-ci maddəsində göstərilən şəxslərin
videokonfrans əlaqə sistemindən istifadə edilməklə
dindirilməsi müstəntiqin və ya ibtidai
araşdırmaya prosessual rəhbərliyi həyata keçirən
prokurorun əsaslandırılmış qərarı ilə həyata
keçirilir. Bu Məcəllənin 51-2.1-ci maddəsində
göstərilən şəxslər dindirmənin videokonfrans
əlaqə sistemindən istifadə edilməklə
keçirilməsi barədə vəsatət verə bilər.
Videokonfrans əlaqə sistemindən istifadə edilməklə
dindirilmiş şəxs cinayət prosesi tərəflərinin
vəsatəti ilə təkrarən bilavasitə dindirilə
bilər.
51-2.5.
Şübhəli və ya təqsirləndirilən şəxsin,
yaxud məhkumun iştirakı ilə prosessual hərəkətlər
həmin şəxsin razılığı olduqda videokonfrans əlaqə
sistemindən istifadə edilməklə həyata
keçirilir. Bu Məcəllənin 51-2.1.2-ci maddəsində
nəzərdə tutulmuş halda şəxsin səhhətinin
vəziyyəti ilə əlaqədar onun prosessual hərəkətin
həyata keçirilməsində bilavasitə
iştirakının məqsədəuyğun hesab edilməməsinə
dair tibbi rəy olduqda, habelə bu Məcəllənin
51-2.1.4-cü maddəsində nəzərdə tutulmuş
hallarda məhkəmənin əsaslandırılmış qərarı
ilə prosessual hərəkətlər şübhəli və
ya təqsirləndirilən şəxsin, yaxud məhkumun
razılığı alınmadan videokonfrans əlaqə
sistemindən istifadə edilməklə həyata keçirilə
bilər.
51-2.6.
Videokonfrans əlaqə sistemindən istifadə edilməklə
həyata keçirilən prosessual hərəkətlərdə
iştirak edən şəxslərə bu Məcəllə
ilə nəzərdə tutulmuş hüquqlardan istifadə
etmək və vəzifələri yerinə yetirmək
üçün müvafiq şərait
yaradılmalıdır.
51-2.7.
Prosessual hərəkətlər videokonfrans əlaqə
sistemindən istifadə edilməklə həyata
keçirildikdə tətbiq edilən texniki vasitələr səsin
və görüntünün keyfiyyətini və real vaxt
rejimində ötürülməsini, cinayət mühakimə
icraatının aşkarlığı və digər əsas
prinsip və şərtlərinə riayət edilməsini,
habelə informasiya təhlükəsizliyini təmin etməlidir.
51-2.8.
Videokonfrans əlaqə sistemindən istifadə edilməklə
həyata keçirilən prosessual hərəkətlərin
videoyazısı aparılmalı, prosessual hərəkətlərin
nəticəsinə dair videoyazıya uyğun olaraq protokol tərtib
edilməli və videoyazı elektron daşıyıcıda
cinayət işinə əlavə edilməlidir.
51-2.9.
Prosessual hərəkətlər bu Məcəllənin 51-2-ci
maddəsində nəzərdə tutulmuş qaydada həyata
keçirildikdə müdafiəçi və ya nümayəndənin
videokonfrans əlaqənin yaradılması zamanı
olacağı yer təmsil olunan şəxsin seçiminə əsasən
müəyyən edilir.
51-2.10. Məhkəmə
prosessual hərəkətin videokonfrans əlaqə sistemindən
istifadə edilməklə həyata keçirilməsi barədə
qərarın icrasının təşkil edilməsini bu Məcəllənin
51-2.1-ci maddəsində göstərilən şəxsin
olduğu yer üzrə müvafiq məhkəmə sədrinin
vasitəsi ilə həmin məhkəmənin aparatına,
azadlıqdan məhrum etmə və ya həbs yerlərində
saxlanılan şəxs barəsində həbs və ya cəzaçəkmə
yerinin müdiriyyətinə, hərbi qulluqçu barəsində
isə komandanlığa həvalə edir.
51-2.11. Bu
Məcəllənin 51-2.4-cü maddəsində nəzərdə
tutulmuş qərarı qəbul etmiş müstəntiq və
ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata
keçirən prokuror dindirmənin videokonfrans əlaqə
sistemindən istifadə edilməklə həyata keçirilməsi
barədə qərarın icrasının təşkil edilməsini
bu Məcəllənin 51-2.1-ci maddəsində göstərilən
şəxsin olduğu yer üzrə müstəntiqə və
ya təhqiqat orqanının əməkdaşına,
azadlıqdan məhrum etmə və ya həbs yerlərində
saxlanılan şəxs barəsində həbs və ya cəzaçəkmə
yerinin müdiriyyətinə, hərbi qulluqçu barəsində
isə komandanlığa həvalə edir.
51-2.12.
Prosessual hərəkətin videokonfrans əlaqə sistemindən
istifadə edilməklə icrasının təşkili həvalə
edildiyi şəxs bu Məcəllənin 51-2.1-ci maddəsində
göstərilən şəxsi bu Məcəllə ilə
müəyyən edilmiş qaydada yanına
çağırır və ya onun olduğu yerə gəlir.
Daha sonra bu Məcəllənin 51-2.1-ci maddəsində
göstərilən şəxsin şəxsiyyətini müəyyən
edir, videokonfrans əlaqə sistemini yaradan texniki vasitənin
işini təmin edir, bu hərəkətləri
protokollaşdırır.
51-2.13.
Cinayət prosesi iştirakçısının Azərbaycan
Respublikasının hüdudlarından kənarda olması səbəbindən
onun videokonfrans əlaqə sistemi vasitəsilə dindirilməsi
zərurəti yarandıqda, bu haqda müvafiq olaraq müstəntiqin,
ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata
keçirən prokurorun və ya məhkəmənin qəbul
etdiyi qərar icra olunması üçün hüquqi
yardımın göstərilməsi qaydasında xarici dövlətin
müvafiq dövlət qurumuna göndərilir.”;
1.7.
74.9-cu maddəyə "511.1” rəqəmlərindən sonra
", 511-1.1” rəqəmləri əlavə edilsin;
1.8.
78.4-cü maddədə "cinayət işlərinə və
cinayət təqibi ilə bağlı digər materiallara
apellyasiya şikayəti və ya protesti üzrə” sözləri
"birinci instansiya məhkəməsinin qanuni qüvvəyə
minməmiş hökmündən və ya digər qərarından
verilmiş şikayət və ya protestlərə, habelə
xarici dövlətlərin məhkəmələrinin hökmlərinin
və ya digər yekun qərarlarının tanınması
üzrə icraat qaydasında verilmiş müraciətlərə”
sözləri ilə əvəz edilsin;
1.9.
84-cü maddə üzrə:
1.9.1.
aşağıdakı məzmunda 84.6.9-1-ci maddə əlavə
edilsin:
"84.6.9-1.
şəxsə qarşı irəli sürülmüş
ittihamla müqayisədə onun əməlinin daha
yüngül məsuliyyət nəzərdə tutan cinayət
qanununun norması ilə tövsif edilməsini və ya şəxsə
qarşı irəli sürülmüş ittihamdan
ayrı-ayrı bəndlərin
çıxarılmasını təklif etmək;”;
1.9.2.
84.8-ci maddənin dördüncü cümləsində
"Prokurorun” sözü "Yuxarı prokurorun” sözləri
ilə əvəz edilsin;
1.10.
86.4.2-ci maddədə "müayinə (şəxsi
müayinə)” sözləri ", şəxsi
axtarış, şəxsi müayinə, ifadələrin
yerində yoxlanılması, tədqiqat üçün
nümunələrin götürülməsi,” sözləri
ilə əvəz edilsin;
1.11. 87.6.9-cu,
89.4.7-ci, 91.5.32-ci, 93.4.7-ci və 104.2.5-ci maddələrdə
"ilə tanış olmaq və ona” sözləri "və
ona əlavə edilmiş audioyazı ilə tanış olmaq,
protokola” sözləri ilə əvəz edilsin;
1.12. 92-ci
maddə üzrə:
1.12.1.
92.3.15-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli
vergül işarəsi ilə əvəz edilsin və
aşağıdakı məzmunda 92.3.16-cı maddə əlavə
edilsin:
"92.3.16.
məhkəmə baxışı bu Məcəllədə nəzərdə
tutulmuş hallarda təqsirləndirilən şəxsin
iştirakı olmadan keçirildikdə.”;
1.12.2.
92.4.7-ci maddədə "maddəsində” sözü "və
92.3.16-cı maddələrində” sözləri ilə əvəz
edilsin;
1.12.3.
92.9.8-ci maddədə ", habelə məhkəmə
iclasının protokolları” sözləri
"protokolları, habelə məhkəmə iclasının
protokolu və ona əlavə edilmiş audioyazı” sözləri
ilə əvəz edilsin;
1.12.4.
92.12-ci maddədə "92.3.13-cü” sözləri
"92.3.13 və 92.3.16-cı” sözləri ilə əvəz
edilsin, üçüncü cümlə dördüncü
cümlə hesab edilsin və aşağıdakı məzmunda
üçüncü cümlə əlavə edilsin:
"İşə
məhkəmədə baxılarkən şübhəli və
ya təqsirləndirilən şəxs müdafiəçidən
imtina etdikdə bu barədə məlumat məhkəmə
iclasında elan olunur.”;
1.13.
95.6.8-ci, 96.6.4-cü və 97.6.6-cı maddələrə
"protokolunun” sözündən sonra "və ona əlavə
edilmiş audioyazının” sözləri əlavə edilsin;
1.14.
98.2.2-ci maddəyə "halları” sözündən sonra
"məhkəmə iclasının audioyazısına
uyğun olaraq” sözləri əlavə edilsin;
1.15.
99.6.2-ci maddəyə "protokolunun” sözündən sonra
"və ona əlavə edilmiş audioyazının”
sözləri əlavə edilsin;
1.16.
101.5.9-cu maddədə ", habelə məhkəmə
iclasının protokolu” sözləri "protokolları, habelə
məhkəmə iclasının protokolu və ona əlavə
edilmiş audioyazı” sözləri ilə əvəz edilsin;
1.17.
102.6.7-ci maddədə ", habelə məhkəmə
iclasının protokolları” sözləri
"protokolları, habelə məhkəmə iclasının
protokolu və ona əlavə edilmiş audioyazı” sözləri
ilə əvəz edilsin;
1.18.
130.3-cü maddəyə aşağıdakı məzmunda
üçüncü cümlə əlavə edilsin:
"Həmin
əşyalara baxış hakim tərəfindən
keçirildikdə onun nəticələri məhkəmə
iclasında elan olunur.”;
1.19.
183.1-ci maddədə "istintaqı” sözü
"baxışında cinayət prosesi tərəflərinin
çıxışı” sözləri ilə əvəz
edilsin;
1.20.
204.2-ci maddənin ikinci, üçüncü və
dördüncü cümlələri müvafiq olaraq
üçüncü, dördüncü və beşinci
cümlələr hesab olunsun və aşağıdakı məzmunda
ikinci cümlə əlavə edilsin:
"Belə
məlumat məhkəmə baxışı zamanı verildikdə,
həmçinin məhkəmə iclasında elan olunur.”;
1.21.
214-cü maddə üzrə:
1.21.1.
214.3-cü maddədə "234, 236, 238 - 247, 264” rəqəmləri
"234 - 236, 238 - 247, 260 - 264” rəqəmləri ilə əvəz
edilsin;
1.21.2.
214.3.2-ci maddədə "tutmaq, onun, zərər çəkmiş
şəxsin, şahidin, mülki iddiaçının,
mülki cavabdehin, şahidlərin dindirilməsi,
axtarış, müayinə (şəxsi müayinə) və
götürmə kimi” sözləri "tutur və bu Məcəllənin
86.4.2-ci maddəsində göstərilən təxirəsalınmaz”
sözləri ilə əvəz edilsin;
1.22.
215-ci maddə üzrə:
1.22.1.
215.3.1-ci maddədən "318-2,” rəqəmləri
çıxarılsın;
1.22.2.
215.3.2-ci maddəyə "miqrasiya” sözündən sonra
", fövqəladə hallar” sözləri əlavə
edilsin;
1.23.
226.1-ci maddənin ikinci cümləsi aşağıdakı
redaksiyada verilsin:
"Onlar,
həmçinin çağırışın məzmununun
yazılı ötürülməsini təmin edən rabitə
vasitələrindən istifadə edilməklə, o cümlədən
elektron qaydada çağırıla bilərlər.”;
1.24.
235.3-cü maddəyə "Şahidlər” sözündən
sonra "və zərərçəkmiş şəxslər”
sözləri əlavə edilsin;
1.25.
282-ci maddə üzrə:
1.25.1.
282.1-ci maddəyə "prokurora” sözündən sonra
", yuxarı prokurora” sözləri əlavə edilsin;
1.25.2.
282.2-ci maddəyə "imtina etməsindən” sözlərindən
sonra "yuxarı prokurora və” sözləri əlavə
edilsin;
1.26.
292.1-ci maddəyə "göndərir” sözündən
sonra "və gücləndirilmiş elektron imza ilə təsdiq
edilmiş ittiham aktını "Elektron məhkəmə”
informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə
həmin sistemə yerləşdirir” sözləri əlavə
edilsin;
1.27.
297.0.2-ci maddəyə "göndərmək” sözündən
sonra "və gücləndirilmiş elektron imza ilə təsdiq
edilmiş yekun protokolu "Elektron məhkəmə” informasiya
sisteminin tətbiq olunduğu məhkəmələrdə həmin
sistemə yerləşdirmək” sözləri əlavə
edilsin;
1.28.
305.1-ci maddədə "maddəsində” sözü ",
habelə 40.3-cü və 40.4-cü maddələrində”
sözləri ilə əvəz edilsin;
1.29.
311.4-cü maddədə "311.2-ci maddəsində” sözləri
"51-2-ci və 311.2-ci maddələrində” sözləri
ilə əvəz edilsin;
1.30.
326-cı maddə üzrə:
1.30.1.
326.8.3-cü maddədə "göstərilməlidir”
sözü "göstərilməli və məhkəmə
iclasında elan olunmalıdır” sözləri ilə əvəz
edilsin;
1.30.2.
326.9.1-ci maddəyə "oxunur” sözündən sonra
", audio, video və digər yazan texniki vasitələrdən
istifadə edilməklə qeydə alınmış ifadələr
isə səsləndirilir və nümayiş etdirilir” sözləri
əlavə edilsin;
1.31.
328.3-cü maddəyə "izahları” sözündən
sonra ", bu Məcəllənin 51-2-ci maddəsində nəzərdə
tutulmuş hallar istisna olmaqla,” sözləri əlavə
edilsin;
1.32.
330-cu maddə üzrə:
1.32.1.
maddənin adına "dindirilməsi” sözündən sonra
"və ifadələrinin elan edilməsi” sözləri əlavə
edilsin;
1.32.2.
330.1-ci maddədə "dindirilir” sözü "dindirilir,
habelə onun ifadələrinin elan edilməsinə bu Məcəllənin
329-cu maddəsində göstərilən qaydada yol verilir”
sözləri ilə əvəz edilsin;
1.32.3.
330.5-ci maddə ləğv edilsin;
1.33.
347-ci maddə üzrə:
1.33.1.
347.1-ci maddəyə "məsələlər”
sözündən sonra "və onların hüququn tətbiqi
üzrə vahid məhkəmə təcrübəsinə
uyğunluğu” sözləri əlavə edilsin;
1.33.2.
347.7-ci maddəyə aşağıdakı məzmunda
üçüncü cümlə əlavə edilsin:
"Müşavirə
protokolu və hakimin xüsusi rəyi elektron formada
kodlaşdırılmaqla "Elektron məhkəmə”
informasiya sistemində yerləşdirilir.”;
1.34.
356.1-ci maddədə "həmin qərarı” sözləri
"həmin qərarın giriş və nəticəvi hissəsini”
sözləri ilə əvəz edilsin;
1.35.
358.1.1-ci maddədə "və onun nümayəndəsinə”
sözləri ", mülki iddiaçıya, mülki cavabdehə
və onların nümayəndələrinə” sözləri
ilə əvəz edilsin;
1.36.
384-cü maddə üzrə:
1.36.1.
384.1-ci maddədə "olduğu andan” sözləri
"olunduğu, bu Məcəllənin 384.2-ci maddəsində
nəzərdə tutulmuş halda isə həmin şəxsə
verildiyi andan” sözləri ilə əvəz edilsin;
1.36.2.
384.1.11-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli
vergül işarəsi ilə əvəz edilsin və
aşağıdakı məzmunda 384.1.12-ci maddə əlavə
edilsin:
"384.1.12.
apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi
müddətinin bərpa olunmasına dair vəsatətin rədd
edilməsi barədə qərar çıxarıldıqda.”;
1.37.
391.6.4-cü maddəyə "protokolu” sözündən
sonra "və məhkəmə iclasının audioyazısı”
sözləri əlavə edilsin;
1.38.
407-ci maddə üzrə:
1.38.1.
407.1-ci maddədə "qərarı” sözü "qərarının
giriş və nəticəvi hissəsi elan edilir. Həmin qərar”
sözləri ilə əvəz edilsin;
1.38.2.
407.1.1-ci maddədə "onun nümayəndəsinə”
sözləri "mülki iddiaçı, mülki cavabdeh və
onların nümayəndələrinə” sözləri ilə
əvəz edilsin;
1.39.
408.3-cü maddədə "408.2.7” rəqəmləri
"408.2.5” rəqəmləri ilə əvəz edilsin;
1.40.
410-cu maddə üzrə:
1.40.1.
410.1-ci maddəyə "protesti” sözündən sonra
"onu vermək hüququna malik olan şəxslər tərəfindən”
sözləri əlavə edilsin;
1.40.2.
410.1.1-ci maddədə "və 520.7-ci” sözləri ",
411.5, 520.7 və 524.8-ci” sözləri ilə, "vaxtdan”
sözü ", bu Məcəllənin 410.1-1-ci maddəsində
nəzərdə tutulmuş halda isə həmin şəxsə
verildiyi gündən” sözləri ilə əvəz edilsin;
1.40.3.
410.1.2-ci maddədə "6 (altı)” sözləri "3
(üç)” sözləri ilə əvəz edilsin;
1.40.4.
410.1.3-cü maddədə "12 (on iki)” sözləri "6
(altı)” sözləri ilə əvəz edilsin;
1.40.5.
410.1.4-cü maddədə "gündən 18 (on səkkiz)” sözləri
", bu Məcəllənin 410.1-1-ci maddəsində nəzərdə
tutulmuş halda isə həmin şəxsə verildiyi
gündən 12 (on iki)” sözləri ilə əvəz
edilsin;
1.40.6.
aşağıdakı məzmunda 410.1-1-ci maddə əlavə
edilsin:
"410.1-1.
Azadlıqdan məhrum etmə növündə cəza çəkən
məhkumun apellyasiya instansiyası məhkəməsinin
hökmündən (qərarından) kassasiya şikayətinin
verilməsi üçün bu Məcəllənin 410.1-ci maddəsində
nəzərə tutulmuş müddətlər hökmün və
ya müvafiq qərarın ona verildiyi tarixdən
hesablanır.”;
1.41.
411-ci maddə üzrə:
1.41.1.
411.1-ci maddədə "kassasiya instansiyası” sözləri
"apellyasiya instansiyası” sözləri ilə əvəz
edilsin;
1.41.2.
411.2-ci maddədə "Kassasiya” sözü "Apellyasiya”
sözü ilə əvəz edilsin;
1.41.3.
411.2.2-ci maddəyə "hadisə” sözündən sonra
"və ya həmin şəxsin iradəsindən
asılı olmayan digər hal” sözləri əlavə
edilsin;
1.41.4.
411.3-cü və 411.4-cü maddələr
aşağıdakı redaksiyada verilsin:
"411.3.
Kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi
üçün buraxılmış müddətin bərpa
edilməsi məsələsi apellyasiya instansiyası məhkəməsinin
yekun qərar çıxarmış məhkəmə tərkibi
(bu mümkün olmadıqda, digər hakimlərdən ibarət
məhkəmə tərkibi) tərəfindən həll
edilir. Belə vəsatətin baxılma vaxtı və yeri barədə
vəsatəti qaldırmış şəxslərə
lazımi qaydada məlumat verilir. Həmin şəxslərin məhkəmə
iclasına gəlməməsi vəsatətə
baxılmasına mane olmur. Vəsatətlə əlaqədar qəbul
edilmiş qərarın surəti apellyasiya instansiyası məhkəməsi
tərəfindən bu Məcəllənin 409-cu maddəsində
göstərilən şəxslərə göndərilir.
411.4. Apellyasiya
instansiyası məhkəməsi kassasiya şikayətinin və
ya kassasiya protestinin verilməsi müddətinin bərpa
olunması haqqında vəsatəti təmin etdikdə, bu Məcəllənin
417.1-ci maddəsində nəzərdə tutulmuş tələblər
yerinə yetirildikdən sonra kassasiya şikayətini və ya
kassasiya protestini cinayət işi, məhkəməyədək
sadələşdirilmiş icraatın materialları və ya
xüsusi ittiham qaydasında şikayət üzrə
icraatın materialları ilə birlikdə kassasiya
instansiyası məhkəməsinə göndərir.”;
1.41.5.
aşağıdakı məzmunda 411.5-ci və 411.6-cı maddələr
əlavə edilsin:
"411.5.
Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin
və ya kassasiya protestinin verilməsi müddətinin bərpa
olunması haqqında vəsatəti rədd etdikdə, bu qərardan
apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə
kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
411.6. Bu Məcəllənin
411.5-ci maddəsində nəzərdə tutulmuş qərardan
şikayət və ya protest verildiyi halda apellyasiya
instansiyası məhkəməsi onu cinayət işi, məhkəməyədək
sadələşdirilmiş icraatın materialları və ya
xüsusi ittiham qaydasında şikayət üzrə
icraatın materialları ilə birlikdə kassasiya
instansiyası məhkəməsinə göndərir. Kassasiya
instansiyası məhkəməsinin hakimi kassasiya şikayəti
və ya kassasiya protesti verilməsi müddətini bərpa etdikdə
bu Məcəllənin 418.2-ci maddəsində nəzərdə
tutulmuş hərəkətləri yerinə yetirir. Kassasiya
instansiyası məhkəməsinin kassasiya şikayətinin və
ya kassasiya protestinin verilməsi üçün
buraxılmış müddətin bərpa edilməməsi
barədə qərarı qətidir və ondan şikayət
və ya protest verilə bilməz. Vəsatətlə əlaqədar
qəbul edilmiş qərarın surəti hər bir halda
kassasiya instansiyası məhkəməsi tərəfindən
bu Məcəllənin 409-cu maddəsində göstərilən
şəxslərə göndərilir.”;
1.42.
412-ci maddə üzrə:
1.42.1.
412.1-ci maddə aşağıdakı redaksiyada verilsin:
"412.1.
Kassasiya şikayəti və ya kassasiya protesti apellyasiya
instansiyası məhkəməsi vasitəsilə verilir.
Kassasiya şikayəti və ya kassasiya protesti birinci instansiya məhkəməsinə
verildikdə şikayət və ya protest cinayət işi, məhkəməyədək
sadələşdirilmiş icraatın materialları və ya
xüsusi ittiham qaydasında şikayət üzrə
icraatın materialları ilə birlikdə apellyasiya
instansiyası məhkəməsinə göndərilir.
Kassasiya şikayəti və ya kassasiya protesti kassasiya
instansiyası məhkəməsinə verildikdə şikayət
və ya protest apellyasiya instansiyası məhkəməsinə
göndərilir. Bu maddədə göstərilən hər
üç halda apellyasiya instansiyası məhkəməsi tərəfindən
bu Məcəllənin 417.1-ci maddəsində nəzərdə
tutulmuş tələblər yerinə yetirildikdən sonra
kassasiya şikayəti və ya kassasiya protestinin apellyasiya
instansiyası məhkəməsinə daxil olduğu vaxtdan 23
(iyirmi üç) gündən gec olmayaraq kassasiya şikayəti
və ya kassasiya protesti cinayət işi, məhkəməyədək
sadələşdirilmiş icraatın materialları və ya
xüsusi ittiham qaydasında şikayət üzrə
icraatın materialları ilə birlikdə kassasiya
instansiyası məhkəməsinə göndərilir.”;
1.42.2.
412.3-cü maddənin birinci cümləsi ləğv edilsin,
ikinci cümlədən "həmçinin” sözü
çıxarılsın;
1.42.3.
412.6-cı maddədə "şikayətindən və ya
kassasiya protestindən imtina haqqında apellyasiya instansiyası
məhkəməsinə verilmiş ərizə” sözləri
"şikayətinin və ya kassasiya protestinin geri
götürülməsi haqqında müraciət” sözləri
ilə əvəz edilsin;
1.43.
413.1.4-cü maddəyə "qərarın” sözündən
sonra "tarixi,” sözü əlavə edilsin;
1.44.
414.2-ci maddədən "və ya xüsusi ittiham
qaydasında şikayət” sözləri
çıxarılsın;
1.45.
415-ci maddə üzrə:
1.45.1.
415.0-cı maddə 415.1-ci maddə hesab edilsin və həmin
maddədə "Kassasiya instansiyası” sözləri
"Apellyasiya instansiyası” sözləri ilə əvəz
edilsin;
1.45.2.
415.0.1 - 415.0.4-cü maddələr müvafiq olaraq 415.1.1 -
415.1.4-cü maddələr hesab edilsin;
1.45.3.
415.1.3-cü maddə aşağıdakı redaksiyada verilsin:
"415.1.3.
kassasiya şikayətinin və ya kassasiya protestinin məzmununa
dair bu Məcəllənin 413-cü maddəsinin tələblərinə
riayət edilmədikdə;”;
1.45.4.
aşağıdakı məzmunda 415.2-ci maddə əlavə
edilsin:
"415.2.
Bu Məcəllənin 415.1-ci maddəsinin tələbləri
yerinə yetirilmədikdə apellyasiya instansiyası məhkəməsi
ilkin olaraq kassasiya şikayətinin və ya kassasiya protestinin hərəkətsiz
saxlanılması barədə qərar çıxarır və
öz qərarı ilə həmin tələblərin yerinə
yetirilməsi üçün 10 (on) gündən 20 (iyirmi)
günədək müddət təyin edir. Təyin
edilmiş müddət ərzində həmin tələblər
yerinə yetirilmədikdə, kassasiya şikayəti və ya
kassasiya protesti verilməmiş hesab edilir və
baxılmamış saxlanılır. Bu halda şəxs bu Məcəllənin
410-cu maddəsində göstərilən müddətlərdə
yenidən kassasiya şikayəti və ya kassasiya protesti verə
bilər.”;
1.46.
417-ci maddə üzrə:
1.46.1.
417.1-ci və 417.2-ci maddələrdə "kassasiya
instansiyası” sözləri "apellyasiya instansiyası”
sözləri ilə əvəz edilsin;
1.46.2.
417.3-cü maddə aşağıdakı redaksiyada verilsin:
"417.3.
Kassasiya şikayətinə və ya kassasiya protestinə dair
etirazlar apellyasiya məhkəməsi tərəfindən
işə əlavə olunur, bu etirazlar iş kassasiya
instansiyası məhkəməsinə göndərildikdən
sonra daxil olduqda bilavasitə kassasiya instansiyası məhkəməsinə
göndərilir.”;
1.47.
418-ci maddə üzrə:
1.47.1.
418.2.2-ci maddədə "yetirilməsini təmin edir”
sözləri "yetirilib-yetirilmədiyini müəyyən
edir” sözləri ilə əvəz edilsin;
1.47.2.
418.2.3-cü və 418.4-cü maddələr ləğv
edilsin;
1.47.3.
418.3-cü maddə aşağıdakı redaksiyada verilsin:
"418.3.
Kassasiya şikayətini və ya kassasiya protestini ilkin öyrənən
hakim apellyasiya instansiyası məhkəməsi tərəfindən
bu Məcəllənin 415.1-ci maddəsinin tələbləri,
habelə kassasiya baxışının keçirilməsinə
mane olduğu halda bu Məcəllənin 417.1-ci maddəsinin tələblərinin
yerinə yetirilmədiyini müəyyən etdikdə cinayət
işini, məhkəməyədək sadələşdirilmiş
icraatın materiallarını və ya xüsusi ittiham
qaydasında şikayət üzrə icraatın
materiallarını apellyasiya instansiyası məhkəməsinə
qaytarır.”;
1.48.
421.1.1-ci maddədən "418.2.3,” və "418.4,” rəqəmləri
çıxarılsın;
1.49.
432.6-cı maddəyə "icraata” sözündən sonra
"bəraətverici əsaslar olmadan” sözləri əlavə
edilsin;
1.50.
434.1-ci maddədə "şübhəli və təqsirləndirilən
şəxs barəsində həbsə alma qətimkan tədbirinin
tətbiq edilməsinə yalnız ona az ağır zorakı
cinayətin, habelə ağır və ya xüsusilə
ağır cinayətin” sözləri "təqsirləndirilən
şəxs barəsində həbs qətimkan tədbirinin tətbiq
edilməsinə yalnız ona ağır və ya xüsusilə
ağır cinayətin, 16 yaşına çatmış təqsirləndirilən
şəxslərə isə həmçinin az ağır
cinayətin zorakı üsulla və ya iki dəfədən
çox” sözləri ilə əvəz edilsin;
1.51.
438.2-ci maddəyə "ağır” sözündən sonra
"və xüsusilə ağır” sözləri əlavə
edilsin;
1.52.
aşağıdakı məzmunda 449.3.4-1 - 449.3.4-3-cü maddələr
əlavə edilsin:
"449.3.4-1.
şəxsin cinayət prosesinin iştirakçısı
qismində tanınmasının rədd edilməsi;
449.3.4-2.
şəxsin müdafiəsi üçün təhlükəsizlik
tədbirlərinin görülməsi barədə vəsatətin
və ya xahişin rədd edilməsi;
449.3.4-3. ibtidai
araşdırma orqanı tərəfindən qətimkan tədbirinin
seçilməsi və ya dəyişdirilməsi;”;
1.53.
473-cü maddədə "ilə tanış olmaq və ona”
sözləri "və ona əlavə edilmiş audioyazı
ilə tanış olmaq, protokola” sözləri ilə əvəz
edilsin;
1.54.
476.0.1-ci maddəyə "göndərir” sözündən
sonra ", gücləndirilmiş elektron imza ilə təsdiq
edilmiş həmin qərarı "Elektron məhkəmə”
informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə
həmin sistemə yerləşdirir” sözləri əlavə
edilsin;
1.55.
480.5.1-ci maddəyə "təsdiq edir” sözlərindən
sonra ", gücləndirilmiş elektron imza ilə təsdiq
edilmiş həmin qərarı "Elektron məhkəmə”
informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə
həmin sistemə yerləşdirir” sözləri əlavə
edilsin;
1.56.
487-4.0.5-ci maddədə "99-5.3” rəqəmləri
"99-5.4” rəqəmləri ilə əvəz edilsin;
1.57.
aşağıdakı məzmunda 511-1-ci maddə əlavə
edilsin:
"Maddə
511-1. Zərərçəkmiş şəxslə
barışmaqla, cinayət nəticəsində vurulmuş
ziyanı və ya əldə edilmiş gəliri tamamilə
ödəməklə bağlı cəza çəkməkdən
azad etmə
511-1.1. Məhkumun
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin
80-1-ci maddəsinə müvafiq olaraq zərərçəkmiş
şəxslə barışmaqla, cinayət nəticəsində
vurulmuş ziyanı və ya əldə edilmiş gəliri
tamamilə ödəməklə bağlı cəza çəkməkdən
azad edilməsi haqqında məsələyə məhkumun,
onun müdafiəçisinin və ya qanuni nümayəndəsinin
ərizəsi, yaxud cəzanı icra edən müəssisə
və ya orqanın təqdimatı əsasında cəzanın
çəkildiyi yer üzrə birinci instansiya məhkəməsi
tərəfindən baxılır.
511-1.2. Bu
Məcəllənin 511-1.1-ci maddəsində göstərilən
qaydada cəza çəkməkdən azad etmə zərərçəkmiş
şəxsin və mülki iddiaçının notariat
qaydasında təsdiq edilmiş ərizəsi və Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 73-1.2 və
73-2.2-ci maddələri ilə müəyyən edilmiş məbləğin
dövlət büdcəsinə ödənilməsini təsdiq
edən müvafiq sənəd nəzərə alınmaqla tətbiq
edilir. Zərərçəkmiş şəxs və
mülki iddiaçının notariat qaydasında təsdiq
edilmiş ərizəsi olmadığı hallarda həmin
şəxslərin və ya onların qanuni nümayəndələrinin
məhkəmə iclasında iştirakı məcburidir.”;
1.58.
521-ci maddə aşağıdakı redaksiyada verilsin:
"Maddə
521. Əmlakın müsadirəsi barədə Azərbaycan
Respublikasında çıxarılmış hökm və ya
digər yekun qərarların xarici ölkədə icrası
521.1.
Xarici ölkədə yerləşən əmlakın
müsadirəsi barədə Azərbaycan Respublikasında
çıxarılmış hökm və ya digər yekun qərar
qanuni qüvvəyə mindiyi tarixdən 5 gün müddətində
həmin hökm və ya digər yekun qərarı
çıxarmış məhkəmə tərəfindən
müsadirə olunmalı əmlakın hüquqi yardım
çərçivəsində xarici ölkədə
müsadirə edilməsi və həmin əmlakın, yaxud onun
dəyərinin ölkəyə qaytarılmasının təmin
edilməsi məqsədilə cinayət işi üzrə
bütün materiallarla birlikdə Azərbaycan
Respublikasının Baş Prokurorluğuna göndərilir.
521.2. Azərbaycan
Respublikasının Baş Prokurorluğu xarici ölkədə
yerləşən əmlakın müsadirə edilməsi və
həmin əmlakın, yaxud onun dəyərinin ölkəyə
qaytarılması məqsədilə Azərbaycan
Respublikasının qanunvericiliyinə və tərəfdar
çıxdığı beynəlxalq müqavilələrə,
o cümlədən əmlakın yerləşdiyi sorğu
edilən ölkənin qanunvericiliyinə əsasən tələb
olunan zəruri tədbirləri görməlidir.”;
1.59.
aşağıdakı məzmunda LIX fəsil əlavə
edilsin:
"LIX fəsil
Xarici
dövlətlərin məhkəmələrinin hökmlərinin
və ya digər yekun qərarlarının tanınması
üzrə icraat
Maddə
522. Xarici dövlətlərin məhkəmələrinin
hökmlərinin və ya digər yekun qərarlarının
tanınması qaydası
522.1.
Xarici dövlətlərin müvafiq səlahiyyətli
orqanının sorğusu əsasında xarici dövlətlərin
məhkəmələrinin hökmlərinin və ya digər
yekun qərarlarının tanınması bununla bağlı
Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilə
mövcud olduğu halda həyata keçirilir. Belə beynəlxalq
müqavilə olmadıqda xarici dövlətlərin məhkəmələrinin
hökmləri və ya digər yekun qərarları
qarşılıqlılıq prinsipinə riayət ediləcəyinə
dair həmin dövlətin müvafiq səlahiyyətli
orqanı tərəfindən təminat verildiyi halda tanına
bilər.
522.2.
Xarici dövlətlərin məhkəmələrinin hökmlərinin
və ya digər yekun qərarlarının tanınması
üçün xarici dövlətin müvafiq səlahiyyətli
orqanı Azərbaycan Respublikasının Baş
Prokurorluğuna və ya Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələrdə
nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti
orqanına sorğu ilə rəsmi müraciət edir. Xarici
dövlətlərin məhkəmələrinin hökmlərinin
və ya digər yekun qərarlarının tanınması ilə
bağlı sorğunun daxil olduğu müvafiq icra hakimiyyəti
orqanı və ya digər dövlət orqanları daxil
olmuş belə sorğunu xarici dövlətlərin məhkəmələrinin
hökmlərinin və ya digər yekun qərarlarının
bu Məcəllənin 522 - 525-ci maddələri ilə müəyyən
edilmiş qaydada tanınması üzrə icraatın təmin
edilməsi üçün Azərbaycan Respublikasının
Baş Prokurorluğuna göndərir.
522.3. Azərbaycan
Respublikasının Baş Prokurorluğu xarici dövlətin
müvafiq səlahiyyətli orqanının rəsmi müraciətinin
bu Məcəllənin 523-cü maddəsində nəzərdə
tutulmuş tələblərə cavab verib-verməməsini
araşdırır və tələblərə riayət
edilmədikdə əlavə məlumatların təqdim edilməsinə
dair müraciət edir.
522.4. Azərbaycan
Respublikasının Baş Prokurorluğu
aşağıdakı hallardan hər hansı biri mövcud
olduqda xarici dövlətlərin məhkəmələrinin
hökmlərinin və ya digər yekun qərarlarının
tanınması barədə bu Məcəllənin 522.6-cı
maddəsində nəzərdə tutulmuş qaydada təqdimat
verir:
522.4.1.
barəsində hökm və ya digər yekun qərar
çıxarılmış şəxs son 12 ayın əksər
hissəsini Azərbaycan Respublikasında
yaşamışdırsa;
522.4.2.
barəsində xarici dövlətlərin məhkəmələrinin
hökmünün və ya digər yekun qərarının
çıxarıldığı şəxsin mənşə
ölkəsi Azərbaycan Respublikasıdır və Azərbaycan
Respublikası qeyd edilən hökmün və ya qərarın
icrası niyyətindədirsə;
522.4.3.
xarici dövlətlərin məhkəmələrinin hökmlərinin
və ya digər yekun qərarlarının Azərbaycan
Respublikasında icrası məhkum edilmiş şəxsin
sosial reabilitasiya imkanlarını gücləndirirsə;
522.4.4.
barəsində xarici dövlətlərin məhkəmələrinin
azadlıqdan məhrum etmə ilə bağlı hökm və
ya digər yekun qərarının
çıxarıldığı şəxs Azərbaycan
Respublikasında azadlıqdan məhrum etmə ilə
bağlı cəza çəkirsə.
522.5. Azərbaycan
Respublikasının Baş Prokurorluğu bu Məcəllənin
522.4-cü maddəsində nəzərdə tutulmuş
hallardan ən azı biri mövcud olmadıqda rəsmi
müraciəti baxılmamış saxlayır və bu barədə
sorğu verən xarici dövlətə məlumatın verilməsini
təmin edir.
522.6. Azərbaycan
Respublikasının Baş prokuroru və ya onun müavini
xarici dövlətlərin məhkəmələrinin hökmlərinin
və ya digər yekun qərarlarının tanınması barədə
təqdimatı, barəsində hökmün və ya digər
yekun qərarın çıxarıldığı şəxsin
sonuncu yaşayış yeri üzrə, bu məlum
olmadıqda isə hökmün və qərarın
tanınmasının hüquq və mənafelərinə təsir
göstərə biləcəyi digər maraqlı şəxslərin
sonuncu yaşayış yeri üzrə, hökmün və ya
digər yekun qərarın icrası əmlakla bağlı
olduqda isə həmin əmlakın yerləşdiyi yer üzrə
apellyasiya instansiyası məhkəməsinə verir.
Maddə
523. Xarici dövlətlərin məhkəmələrinin
hökmlərinin və ya digər yekun qərarlarının
tanınmasına dair rəsmi müraciətin məzmunu
523.1.
Xarici dövlətlərin məhkəmələrinin hökmlərinin
və ya digər yekun qərarlarının tanınmasına
dair rəsmi müraciətdə aşağıdakılar
göstərilməlidir:
523.1.1. Azərbaycan
Respublikasının sorğu edilən səlahiyyətli
orqanının adı;
523.1.2.
xarici dövlətin sorğu edən səlahiyyətli
orqanının adı;
523.1.3.
tanınması xahiş edilən hökmün və ya digər
yekun qərarın xarici dövlətin məhkəməsi tərəfindən
təsdiq edilmiş surəti;
523.1.4.
tanınması xahiş edilən hökmün və ya digər
yekun qərarın qanuni qüvvəyə minməsini təsdiq
edən sənəd;
523.1.5.
barəsində hökm və ya digər yekun qərar
çıxarılmış şəxsin adı,
atasının adı, soyadı və yaşayış yeri
haqqında məlumatlar;
523.1.6.
barəsində cinayət-hüquqi tədbirlər tətbiq
edilmiş hüquqi şəxsin adı, təşkilati-hüquqi
forması, hüquqi ünvanı, qeydiyyat nömrəsi, təsisçiləri
və qanuni təmsilçiləri barədə məlumatlar;
523.1.7.
cinayət tərkibinin əlamətləri, faktların təsviri
və əməlin tövsifi, məhkum olmuş şəxsin əleyhinə
olan sübutlar;
523.1.8.
xarici dövlətin müvafiq cinayət qanununun mətni;
523.1.9.
müsadirə edilməli olan əmlak mövcud olduqda onun barəsində
ətraflı məlumat və onun müfəssəl təsviri,
yerləşdiyi yer, əmlakı saxlayan, sahiblik edən, ondan
istifadə edən şəxslər haqqında və əmlakın
məhkum olunmuş şəxsə aidiyyəti barəsində
ətraflı məlumat;
523.1.10.
cinayət nəticəsində vurulmuş ziyanın məbləği;
523.1.11.
sorğu olunan iş üzrə əmlak üzərinə həbs
qoyulması da daxil olmaqla əvvəllər hüquqi yardım
göstərilmişdirsə, Azərbaycan Respublikasının
hüquqi yardım göstərmiş orqanı və göstərilmiş
hüquqi yardım haqqında ətraflı məlumat;
523.1.12.
Azərbaycan Respublikasının ərazisindən kənarda
şəxsə məxsus olduğu məlum olan bütün
başqa əmlak barəsində qısa məlumat.
523.2. Əmlakın
müsadirə edilməsi xahişi ilə rəsmi müraciətə
məhkumun və qərarın tanınmasının hüquq
və mənafelərinə təsir göstərə biləcəyi
digər maraqlı şəxslərin Azərbaycan
Respublikasında aparılan icraat və çıxarılacaq
qərar barəsində məlumatlandırılacağına
dair öhdəlik məktubu əlavə edilməlidir.
Maddə
524. Xarici dövlətlərin məhkəmələrinin
hökmlərinin və ya digər yekun qərarlarının
tanınmasına dair təqdimata baxılması qaydası
524.1.
Xarici dövlətlərin məhkəmələrinin hökmlərinin
və ya digər yekun qərarlarının tanınmasına
dair təqdimata, bu Məcəllədə nəzərdə
tutulmuş hallar istisna olmaqla açıq məhkəmə
iclasında baxılır.
524.2. Məhkəmə
iclasının vaxtı və yeri barədə Azərbaycan
Respublikasının Baş Prokurorluğuna, habelə barəsində
hökmün və ya digər yekun qərarın
çıxarıldığı şəxslərə və
ya hökmün və qərarın tanınmasının
hüquq və mənafelərinə təsir göstərə
biləcəyi digər maraqlı şəxslərə (onlar
məlum olduqda) məlumat verilməlidir.
524.3.
Bildiriş vərəqəsinin maraqlı şəxslərə
verilməsi barədə məhkəmədə məlumat olarsa,
həmin şəxsin üzrlü səbəblər olmadan məhkəməyə
gəlməməsi təqdimata baxılmasına mane olmur. Əgər
şəxs təqdimata baxılmasının başqa vaxta
keçirilməsi barədə xahişlə məhkəməyə
müraciət edərsə və həmin xahiş məhkəmə
tərəfindən üzrlü hesab edilərsə, məhkəmə
işə baxılmasını başqa vaxta keçirir və
müraciət etmiş şəxsi yeni məhkəmə
baxışının vaxtı barədə xəbərdar
edir.
524.4.
Xarici dövlətlərin məhkəmələrinin hökmlərinin
və ya digər yekun qərarlarının tanınması barədə
təqdimata baxılmasının yeri və vaxtı haqqında,
barəsində hökmün və ya digər yekun qərarın
çıxarıldığı şəxslər, habelə
həmin hökmün və ya qərarın
tanınmasının hüquq və mənafelərinə təsir
göstərə biləcəyi digər maraqlı şəxslər
bilavasitə və ya sorğu edən dövlət vasitəsilə
məlumatlandırılır.
524.5.
Xarici dövlətlərin məhkəmələrinin hökmlərinin
və ya digər yekun qərarlarının Azərbaycan
Respublikası ərazisində tanınmasından
aşağıdakı hallarda imtina edilir:
524.5.1.
xarici dövlətlərin məhkəmələrinin hökmlərinin
və ya digər yekun qərarlarının tanınması Azərbaycan
Respublikasının Konstitusiyası, qanunları, beynəlxalq
hüququn hamılıqla qəbul edilmiş normalarına və
prinsiplərinə, Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələrə
zidd olduqda;
524.5.2.
xarici dövlətlərin məhkəmələrinin hökmlərinin
və ya digər yekun qərarlarının qəbul edilməsi
zamanı şəxsin minimal hüquqi müdafiə vasitələrindən
istifadə etmək hüququ təmin edilmədikdə;
524.5.3.
xarici dövlətlərin məhkəmələrinin hökmləri
və ya digər yekun qərarları sorğu edən ölkənin
qanunvericiliyinə əsasən qüvvəyə minmədikdə
və ya onun mübahisələndirilməsi vasitələri
tükənmədikdə;
524.5.4.
"Cinayət işlərinə dair hüquqi yardım
haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsi
ilə nəzərdə tutulmuş hallar mövcud olduqda;
524.5.5. sorğu
edilən şəxs barəsində eyni əməl üzrə
Azərbaycan Respublikasının cinayət təqibi
orqanının cinayət işinin xitam olunması və ya
cinayət işinin başlanmasının rədd edilməsi
haqqında ləğv edilməmiş qərarı, Azərbaycan
Respublikası məhkəmələrinin qanuni qüvvəyə
minmiş hökm və ya yekun qərarı olduqda və ya həmin
şəxs barəsində həmin əməl üzrə
cinayət təqibi aparıldıqda;
524.5.6. əmlakın
müsadirə edilməsi ilə bağlı xarici dövlətin
səlahiyyətli orqanının sorğusunda və ona əlavə
edilən xarici dövlətlərin məhkəmələrinin
hökmlərində və ya digər yekun qərarlarında əmlakın
cinayət yolu ilə əldə edilməsinə və ya Azərbaycan
Respublikasının Cinayət Məcəlləsinə əsasən
xüsusi müsadirə edilməli olan digər əmlak
olmasına dair sübutlar olmadıqda;
524.5.7.
cinayət sorğu edən dövlətin hüdudlarından kənarda
törədildikdə;
524.5.8.
xarici dövlətlərin məhkəmələrinin hökmlərinin
və ya digər yekun qərarlarının Azərbaycan
Respublikasında icrası qeyri-mümkün olduqda;
524.5.9.
xarici dövlətlərin məhkəmələrinin hökmlərinin
və ya digər yekun qərarlarının sorğu edən
dövlətin müvafiq səlahiyyətli orqanları tərəfindən
icra edilməsi mümkün olduqda;
524.5.10.
xarici dövlətlərin məhkəmələrinin hökmlərinin
və ya digər yekun qərarlarının tanınması ilə
bağlı sorğu edən xarici dövlət tərəfindən
qarşılıqlılıq prinsipinə riayət
olunmadıqda;
524.5.11.
Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələrdə
nəzərdə tutulan digər hallarda.
524.6. Məhkəmə
iclasda iştirak edən şəxsləri dinlədikdən
sonra xarici dövlətlərin məhkəmələrinin hökmlərinin
və ya digər yekun qərarlarının tam və ya qismən
tanınması, yaxud bundan imtina edilməsi barədə əsaslandırılmış
qərar qəbul edir. Həmin qərar dərhal qüvvəyə
minir. Xarici dövlətlərin məhkəmələrinin
hökmlərinin və ya digər yekun qərarlarının
tanınması və icrasına dair qərar Azərbaycan
Respublikasının Cəzaların İcrası Məcəlləsi
ilə müəyyən edilmiş qaydada icra edilir.
524.7. Qərarın
surəti onun çıxarıldığı gündən 3
gün müddətində Azərbaycan Respublikasının
Baş Prokurorluğuna, habelə barəsində qərarın
çıxarıldığı şəxsə və ya
onun nümayəndəsinə, hökmün və ya digər
yekun qərarın tanınmasının hüquq və mənafelərinə
təsir göstərə biləcəyi digər maraqlı
şəxslərə (məlum olduqda) bilavasitə və ya
sorğu edən xarici dövlət vasitəsilə göndərilir.
524.8.
Xarici dövlətlərin məhkəmələrinin hökmlərinin
və ya digər yekun qərarlarının tanınması və
ya bundan imtina edilməsi barədə apellyasiya instansiyası məhkəməsinin
qərarından Azərbaycan Respublikasının Baş
prokuroru və ya onun müavini, barəsində hökmün və
ya digər yekun qərarın
çıxarıldığı şəxs, habelə qərarın
tanınmasının hüquq və mənafelərinə təsir
göstərə biləcəyi digər maraqlı şəxslər
həmin qərarı aldığı vaxtdan 1 (bir) ay müddətində
Azərbaycan Respublikasının Ali Məhkəməsinə
şikayət və ya protest verə bilərlər.
Maddə
525. Əmlakın müsadirəsi barədə rəsmi
müraciətə baxılmasının xüsusiyyətləri
525.1. Əmlakın
müsadirəsi barədə xarici dövlətlərin məhkəməsi
tərəfindən çıxarılmış qərar
yalnız həmin qərarda nəzərdə tutulmuş əmlak
Azərbaycan Respublikası ərazisində yerləşdikdə
tanınır.
525.2. Azərbaycan
Respublikasının milli, tarixi və mədəni irsini təşkil
edən əşyalara münasibətdə əmlakın
müsadirəsi barədə xarici dövlətlərin məhkəməsi
tərəfindən çıxarılmış qərarlar
tanına bilməz.
525.3. Əmlakın
müsadirəsi barədə qərarın icrasına dair
sorğu bu Məcəllənin 523.1.9-cu maddəsinin tələblərinə
cavab vermirsə və Azərbaycan Respublikasında həyata
keçirilən cinayət mühakimə icraatına xələl
yetirə bilərsə, sorğu edən tərəfə məlumat
verilməklə müsadirə qərarının icrası təxirə
salına bilər. Bu barədə xarici dövlətin
müvafiq səlahiyyətli orqanına məlumat verilir.
525.4. Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələrdə başqa qayda nəzərdə
tutulmamışdırsa, müsadirə edilmiş əmlakın
və ya onun dəyərinin məhkəmə və əmlakın
saxlama məsrəfləri çıxıldıqdan sonra əlli
faizi sorğu edən dövlətə qaytarılır, qalan
hissəsi isə dövlət nəfinə keçirilir.”.
Maddə
2. Keçid müddəaları
2.1. Bu
Qanun 2020-ci il iyul ayının 15-dən
qüvvəyə minir.
2.2.
Bu Qanunun 1.40.3 - 1.40.5-ci maddələri apellyasiya instansiyası
məhkəməsinin bu Qanun qüvvəyə mindikdən
sonra çıxarılmış yekun qərarlarına
münasibətdə tətbiq olunur.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 25 iyun
2020-ci il
Azərbaycan.-2020.- 12 iyul.- S.2-3.