“Bələdiyyələrin fəaliyyətinə
inzibati nəzarət haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli
Məclisi Azərbaycan
Respublikası Konstitusiyasının
94-cü maddəsinin I hissəsinin
7-ci bəndini rəhbər
tutaraq qərara alır:
"Bələdiyyələrin fəaliyyətinə
inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununda
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2003, ¹ 6, maddə 268; 2006, ¹ 2, maddə 67; 2009, ¹ 4, maddə
213; 2011, ¹ 12, maddə 1078; 2019, ¹ 7, maddə 1194, ¹ 8, maddə
1365) aşağıdakı dəyişikliklər edilsin:
1. 1-ci maddəyə "hallarının” sözündən
sonra ", onları yaradan səbəb və şəraitin” sözləri əlavə
edilsin.
2. 5.0.2-ci maddəyə "dövlət orqanının”
sözlərindən sonra
"(qurumunun)” sözü
əlavə edilsin.
3.
6-cı maddə üzrə:
3.1.
6.0-cı, 6.0.2 - 6.0.8-ci maddələr müvafiq olaraq 6.1-ci, 6.1.2
- 6.1.8-ci maddələr hesab
edilsin;
3.2. 6.1-ci
maddədə "15 gündən”
sözləri "5 iş günündən”
sözləri ilə əvəz edilsin;
3.3.
6.1.4-cü maddədən "birdəfəlik” sözü
çıxarılsın, həmin
maddədə "rüsumların”
sözü "ödənişlərin”
sözü ilə əvəz edilsin;
3.4. aşağıdakı məzmunda 6.2-ci maddə əlavə edilsin:
"6.2. İnzibati nəzarəti həyata keçirən orqan ona göndərilmiş
bələdiyyə aktının
bu Qanunun 1-ci maddəsində nəzərdə
tutulmuş normativ hüquqi aktlara uyğunluğunu müəyyənləşdirmək
məqsədilə həmin
akta daxil olduğu tarixdən 15 iş günü müddətində baxılmasını
təmin edir.”.
4. 7.2-ci maddənin birinci (hər iki halda),
ikinci və dördüncü cümlələrində
"gün” sözü
"iş günü”
sözləri ilə,
üçüncü cümləsində
isə "gündən”
sözü "iş
günündən” sözləri
ilə əvəz edilsin.
5. 8-ci maddə üzrə:
5.1. 8.1-ci
maddədə "15 gün”
sözləri "5 iş günü” sözləri ilə əvəz edilsin;
5.2. aşağıdakı məzmunda 8.1-1-ci maddə
əlavə edilsin:
"8.1-1.
İnzibati nəzarət
icraatının həyata
keçirilməsi zamanı
inzibati nəzarəti
həyata keçirən
orqan dövlət orqanlarına (qurumlarına)
sorğular verə və məlumatlar ala bilər.”;
5.3. 8.2-ci
maddənin birinci cümləsi aşağıdakı
redaksiyada verilsin:
"8.2. İnzibati nəzarəti həyata keçirən orqan inzibati nəzarət icraatı zamanı işin düzgün həlli üçün əhəmiyyət
kəsb edən bütün faktiki halların hərtərəfli,
tam və obyektiv öyrənilməsi üçün
yerində araşdırma
aparmaq və bələdiyyələrin vəzifəli
şəxslərindən, bələdiyyə
qulluqçularından və
digər aidiyyəti şəxslərdən bununla
bağlı yazılı
şəkildə məlumatlar,
arayışlar almaq hüququna malikdir.”;
5.4. 8.5-ci və 8.6-cı maddələrdə "gün” sözü "iş günü” sözləri ilə əvəz edilsin.
6. 9-cu maddədə "sonunda” sözü "yekunu üzrə” sözləri ilə əvəz edilsin.
7. 10-cu maddə üzrə:
7.1. 10.1-ci maddəyə "ümumiləşdirmələr” sözündən əvvəl "təhlil və” sözləri əlavə edilsin;
7.2.
10.2-ci maddəyə "tövsiyələr” sözündən
sonra "alındığı gündən 5 iş
günü ərzində” sözləri əlavə edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 iyun
2020-ci il
Azərbaycan.-2020.- 12 iyul.- S.3.