“Azərbaycan
Respublikasının Cinayət Prosessual Məcəlləsində
dəyişiklik edilməsi haqqında” Azərbaycan
Respublikasının 2020-ci il 25 iyun tarixli 140-VIQD nömrəli
Qanununun tətbiqi və “Azərbaycan
Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq
edilməsi, qüvvəyə minməsi və bununla
bağlı hüquqi tənzimləmə
məsələləri haqqında” Azərbaycan Respublikası
Qanununun və həmin Qanunla
təsdiq edilmiş Azərbaycan
Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq
edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli
Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 19-cu və
32-ci bəndlərini rəhbər
tutaraq, "Azərbaycan
Respublikasının Cinayət
Prosessual Məcəlləsində
dəyişiklik edilməsi
haqqında” Azərbaycan
Respublikasının 2020-ci il
25 iyun tarixli 140-VIQD nömrəli Qanununun
2020-ci il iyulun 15-dən
tətbiqini təmin etmək məqsədilə
qərara alıram:
1. "Azərbaycan Respublikası
Cinayət-Prosessual Məcəlləsinin
təsdiq edilməsi, qüvvəyə minməsi
və bununla bağlı hüquqi tənzimləmə məsələləri
haqqında” Azərbaycan
Respublikası Qanununun
və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual
Məcəlləsinin tətbiq
edilməsi barədə”
Azərbaycan Respublikası
Prezidentinin 2000-ci il 25
avqust tarixli 387 nömrəli Fərmanının
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2000, ¹ 8 (III kitab), maddə
610; 2001, ¹ 10, maddə 646; 2002, ¹ 5, maddələr 273, 279, ¹ 7, maddə
413, ¹ 8, maddə 478, ¹ 9, maddə
563; 2003, ¹ 8, maddə 434; 2004, ¹ 1, maddə 19, ¹ 5, maddə
345; 2005, ¹ 1, maddə 18, ¹ 4, maddə 299, ¹ 9, maddə
799, ¹ 12, maddə 1101; 2006, ¹8, maddə 676, ¹ 11, maddə
935; 2007, ¹ 1, maddə 10, ¹ 3, maddə 223, ¹ 9, maddə
865, ¹ 12, maddə 1247; 2008, ¹ 1, maddələr 7, 10; 2009, ¹ 7, maddələr
531, 534; 2010, ¹ 7, maddə 615; 2011, ¹ 11, maddə 999; 2013, ¹ 5, maddə
509, ¹ 6, maddə 649, ¹ 8, maddə
900; 2014, ¹ 4, maddə 348, ¹ 6, maddə 625; 2015, ¹ 12, maddələr
1450, 1461; 2016, ¹ 4, maddələr 667, 669, ¹
10, maddə 1644; 2017, ¹ 3, maddə
353, ¹ 5, maddə 814, ¹ 7, maddə
1321; 2018, ¹ 3, maddə 444, ¹ 4, maddə 680, ¹ 6, maddə 1219,
¹ 9, maddələr 1824, 1832, ¹ 10, maddə 2004, ¹ 11, maddə
2271; 2019, ¹ 4, maddə 648, ¹ 7, maddə 1241) 2-ci hissəsinin
altıncı - on dördüncü
abzasları müvafiq
olaraq yeddinci - on beşinci abzaslar hesab edilsin və
aşağıdakı məzmunda
altıncı abzas əlavə edilsin:
"həmin Məcəllənin
51-1.2-ci maddəsində, 522.2-ci maddəsinin birinci və ikinci cümlələrində nəzərdə
tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini
Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyi;”.
2. Azərbaycan Respublikasının
Nazirlər Kabineti
"Azərbaycan Respublikasının
Cinayət Prosessual Məcəlləsində dəyişiklik
edilməsi haqqında”
Azərbaycan Respublikasının
2020-ci il 25 iyun tarixli 140-VIQD nömrəli
Qanunundan irəli gələn məsələləri
həll etsin.
3. Bu Fərman 2020-ci il
iyulun 15-dən qüvvəyə
minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 10 iyul
2020-ci il
Azərbaycan.-2020.-
12 iyul.- S.3.