“İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında”, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında”, “İcbari sığortalar haqqında”, “Hərbi vəzifə və hərbi xidmət haqqında”, “Sosial xidmət haqqında”, “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında”, “Mədəniyyət haqqında”, “Məktəbəqədər təhsil haqqında”, “Peşə təhsili haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” və “Məşğulluq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

 

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq, "Əlilliyi olan şəxslərin hüquqları haqqındaAzərbaycan Respublikasının 2018-ci il 31 may tarixli 1153-VQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara alır:

Maddə 1. "İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqındaAzərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, ¹ 6, maddə 481; 2014, ¹ 11, maddə 1350; 2016, ¹ 4, maddə 651; 2018, ¹ 5, maddə 892) 27.3-cü maddəsi aşağıdakı redaksiyada verilsin:

"27.3. İİV- yaşayan şəxslərin əlilliyi "Əlilliyi olan şəxslərin hüquqları haqqındaAzərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir.”.

Maddə 2. "Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqındaAzərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, ¹ 8, maddə 714; 2015, ¹ 2, maddə 103, ¹ 10, maddə 1088; 2016, ¹ 2 (I kitab), maddə 191, ¹ 6, maddə 986; 2017, ¹ 7, maddə 1254; 2018, ¹ 3, maddə 390, ¹ 12 (I kitab), maddə 2473) 23.13-cü maddəsində "əlil olmasısözləri "əlilliyinin müəyyən edilməsisözləri ilə əvəz edilsin.

Maddə 3. "İcbari sığortalar haqqındaAzərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, ¹ 9, maddə 788; 2013, ¹ 7, maddə 776; 2014, ¹ 7, maddə 778, ¹ 12, maddə 1523; 2016, ¹ 2 (I kitab), maddə 185, ¹ 3, maddə 414; 2017, ¹ 2, maddə 149, ¹ 7, maddə 1287; 2019, ¹ 1, maddələr 27,48) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 14-cü maddə üzrə:

3.1.1. 14.2.3-cü maddədə "ona əlillik qrupu təyin yasözləri "onun əlilliyinin, o cümlədənsözləri ilə əvəz edilsin;

3.1.2. 14.2.3.1-ci, 14.2.3.2-ci 14.2.3.3-cü maddələrdə "qrupsözü "dərəcəsözü ilə əvəz edilsin;

3.1.3. 14.2.4-cü maddədən "qrupu təyinsözləri çıxarılsın;

3.2. 17.1.6-cı maddədə "əlilliyin qrupunu, səbəbini təyin edilməsi tarixini əks etdirən tibbi-sosial ekspert komissiyasının arayışınınsözləri "Əlilliyi olan şəxslərin hüquqları haqqındaAzərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə uyğun olaraq qəbul edilmiş qərarınsözləri ilə əvəz edilsin.

Maddə 4. "Hərbi vəzifə hərbi xidmət haqqındaAzərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, ¹ 2, maddə 56; 2015, ¹ 2, maddə 92, ¹ 5, maddə 496, ¹ 7, maddə 821; 2016, ¹ 6, maddələr 999, 1007; 2017, ¹ 10, maddə 1769; 2018, ¹ 7 (I kitab), maddə 1425, ¹ 11, maddələr 2204, 2205; 2019, ¹ 2, maddə 187, ¹ 4, maddə 579, ¹ 5, maddə 797, ¹ 6, maddə 986) aşağıdakı dəyişikliklər edilsin:

4.1. 8.6-cı maddədə "Tibbi-sosial ekspert komissiyaları sağlamlıq imkanları məhdud olmuş ya əlil sayılmışsözləri "Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) əlilliyi müəyyən edilmişsözləri ilə "verməlidirlərsözü "verməlidirsözü ilə əvəz edilsin;

4.2. 19.1.1-ci, 19.1.3-cü 19.1.5-ci maddələrdə " I qrup əlilsözləri " I dərəcə əlilliyi olansözləri ilə əvəz edilsin.

Maddə 5. "Sosial xidmət haqqındaAzərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, ¹ 3, maddə 191; 2019, ¹ 11, maddə 1685) aşağıdakı dəyişikliklər edilsin:

5.1. 17.1-ci maddədə "əlillər sağlamlıq imkanları məhdud olansözləri "əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadəksözləri ilə əvəz edilsin;

5.2. 19-cu maddə üzrə:

5.2.1. 19.1-ci maddədə "əlillərə sağlamlıq imkanları məhdudsözləri "əlilliyi olan şəxslərə, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadəksözləri ilə əvəz edilsin;

5.2.2. 19.2.6-cı maddədə "əlillərə 18 yaşadək sağlamlıq imkanları məhdudsözləri "əlilliyi olan şəxslərə, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadəksözləri ilə əvəz edilsin;

5.3. 20-ci maddədə "əlillərəsözü "əlilliyi olan şəxslərəsözləri ilə əvəz edilsin.

 

Maddə 6. "Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqındaAzərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, ¹ 4, maddə 272; 2019, ¹ 11, maddə 1685) aşağıdakı dəyişikliklər edilsin:

 

6.1. 4.1-ci maddədə " yasözləri ", o cümlədənsözləri ilə əvəz edilsin;

 

6.2. 9-cu maddə üzrə:

 

6.2.1. 9.2-ci maddənin birinci cümləsi aşağıdakı redaksiyada verilsin:

 

"9.2. Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin əlilliyi, o cümlədən sağlamlıq imkanlarının məhdudluğu "Əlilliyi olan şəxslərin hüquqları haqqındaAzərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir.”;

 

6.2.2. 9.2-ci maddənin ikinci cümləsində "şəxslərə əlillik müddətsiz təyinsözləri "şəxslərin əlilliyi müddətsiz müəyyənsözləri ilə əvəz edilsin.

 

6.2.3. 9.3-cü maddədə " yasözləri ", o cümlədənsözləri ilə, "təyin olunmuşsözləri "müəyyən edilmişsözləri ilə əvəz edilsin.

 

Maddə 7. "Həbs yerlərində saxlanılan şəxslərin hüquq azadlıqlarının təmin edilməsi haqqındaAzərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, ¹ 7, maddə 641; 2014, ¹ 4, maddə 347, ¹ 7, maddə 767; 2016, ¹ 6, maddə 987; 2018, ¹ 10, maddə 1979, ¹ 11, maddə 2226; 2019, ¹ 4, maddə 579, ¹ 11, maddə 1685) 25.1-ci maddəsinin dördüncü cümləsində "II qrup əlillərsözləri "II dərəcə əlilliyi olan şəxslərsözləri ilə əvəz edilsin.

 

Maddə 8. "Mədəniyyət haqqındaAzərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, ¹ 2, maddə 78; 2015, ¹ 11, maddə 1282; 2016, ¹ 11, maddə 1751; 2017, ¹ 11, maddə 1967; 2018, ¹ 6, maddə 1175, ¹ 11, maddə 2193; 2019, ¹ 7, maddə 1183) 14.2.4-cü maddəsində "əlillərin sözləri "əlilliyi olan şəxslərin, o cümlədənsözləri ilə əvəz edilsin.

 

Maddə 9. "Məktəbəqədər təhsil haqqındaAzərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, ¹ 6, maddə 1012; 2019, ¹ 6, maddə 986; Azərbaycan Respublikasının 2019-cu il 19 noyabr tarixli 1691-VQD nömrəli Qanunu) 8.9-cu maddəsində "əlillərininsözü "bununla əlaqədar əlilliyi olan şəxslərinsözləri ilə "II qrup əlillərinsözləri "II dərəcə əlilliyi olan şəxslərinsözləri ilə əvəz edilsin.

 

Maddə 10. "Peşə təhsili haqqındaAzərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, ¹ 6, maddə 1152; 2019, ¹ 5, maddə 799, ¹ 6, maddə 986, ¹ 11, maddə 1685) aşağıdakı dəyişikliklər edilsin:

 

10.1. 4.0.23-cü maddədə "sağlamlıq imkanları məhdud olan uşaqların əlillərinsözləri "əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlarınsözləri ilə əvəz edilsin;

 

10.2. 8.6-cı maddədə "sosial adaptasiyasınısözləri "sosial bacarıqlarının inkişafınısözləri ilə əvəz edilsin;

 

10.3. 20-ci maddə üzrə:

 

10.3.1. 20.7-ci maddədə "Sağlamlıqsözü "Əlilliyi olan, o cümlədən sağlamlıqsözləri ilə əvəz edilsin;

 

10.3.2. 20.8.2-ci maddədə "III qrup əlillərsözləri "III dərəcə əlilliyi olan şəxslərsözləri ilə əvəz edilsin;

 

10.3.3. 20.8.4-cü maddədə "I qrup əlilsözləri "I dərəcə əlilliyi müəyyən edilmişsözləri ilə əvəz edilsin.

 

Maddə 11. "Əlilliyi olan şəxslərin hüquqları haqqındaAzərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, ¹ 7 (I kitab), maddə 1386; 2019, ¹ 3, maddə 381, ¹ 5, maddə 797, ¹ 8, maddə 1382) aşağıdakı dəyişikliklər edilsin:

 

11.1. 9.1-ci maddədə "qüsurlarınısözü "pozuntularınısözü ilə əvəz edilsin;

 

11.2. 11.5-ci maddədə "müəssisələri, idarələri təşkilatlarısözləri "orqanları dövlətə məxsus hüquqi şəxslərsözləri ilə əvəz edilsin;

 

11.3. 13.4-cü maddənin ikinci cümləsində "əlil avtomobilisözləri "əlilliyi olan şəxstanınmasözləri ilə əvəz edilsin;

11.4. 16.3-cü maddədən "və güzəştli şərtlərlə” sözləri çıxarılsın;

11.5. 20.2-ci maddədə "təhsil planı” sözləri "tədris planı” sözləri ilə əvəz edilsin;

11.6. 24.5-ci maddədə "qrupsözü "dərəcə” sözü ilə əvəz edilsin.

Maddə 12. "Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, ¹ 8, maddə 1669; 2019, ¹ 1, maddə 35, ¹ 3, maddə 381; Azərbaycan Respublikasının 2019-cu il 29 noyabr tarixli 1702-VQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

12.1. 1.1.22-ci, 24.9-cu və 25.5-ci maddələrdə ismin müvafiq hallarında "əlillər və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar” sözləri ismin müvafiq hallarında "əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar” sözləri ilə əvəz edilsin;

12.2. 5.7-ci maddədə "peşəsi” sözündən sonra "əlilliyi, o cümlədən” sözləri əlavə edilsin;

12.3. 8.0.4-cü maddədə "cinsindən” sözündən sonra "əlilliyi, o cümlədən” sözləri əlavə edilsin;

12.4. aşağıdakı məzmunda 18.9-cu maddə əlavə edilsin:

"18.9. "Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə uyğun olaraq işəgötürənlər həmin istehsalatda bədbəxt hadisələr nəticəsində əmək qabiliyyətini itirmişya peşə xəstəliyinə tutulmuşbunun nəticəsində əlilliyi olan işçilərin işə düzəlməsi üçün yerləri ayırmağa və ya yenilərini təşkil etməyə borcludurlar.”.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 may 2020-ci il

Azərbaycan.-2020.- 12 iyul.- S.4.