“İnsanın
immunçatışmazlığı virusunun
törətdiyi xəstəliklə mübarizə
haqqında”, “Fövqəladə hallar
orqanlarında xidmətkeçmə haqqında”, “İcbari sığortalar haqqında”, “Hərbi
vəzifə və hərbi xidmət haqqında”, “Sosial xidmət haqqında”, “Dağınıq skleroz xəstəliyinə tutulmuş
şəxslərə dövlət
qayğısı haqqında”, “Həbs yerlərində
saxlanılan şəxslərin hüquq və
azadlıqlarının təmin edilməsi haqqında”, “Mədəniyyət
haqqında”, “Məktəbəqədər təhsil
haqqında”, “Peşə təhsili haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları
haqqında” və “Məşğulluq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik
edilməsi barədə” Azərbaycan Respublikasının
2020-ci il 19 may tarixli 113-VIQD nömrəli Qanununun
tətbiqi və “Hərbi vəzifə və hərbi xidmət
haqqında” Azərbaycan Respublikası Qanununun
tətbiqi və “Azərbaycan Respublikasının Səfərbərlik
və Hərbi Xidmətə Çağırış
üzrə Dövlət Xidməti haqqında Əsasnamə”nin
təsdiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 fevral tarixli 593 nömrəli
Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 19-cu və
32-ci bəndlərini rəhbər
tutaraq, "İnsanın
immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə
haqqında”, "Fövqəladə
hallar orqanlarında xidmətkeçmə haqqında”,
"İcbari sığortalar
haqqında”, "Hərbi
vəzifə və hərbi xidmət haqqında”, "Sosial xidmət haqqında”,
"Dağınıq skleroz
xəstəliyinə tutulmuş
şəxslərə dövlət
qayğısı haqqında”,
"Həbs yerlərində
saxlanılan şəxslərin
hüquq və azadlıqlarının təmin
edilməsi haqqında”,
"Mədəniyyət haqqında”,
"Məktəbəqədər təhsil haqqında”,
"Peşə təhsili
haqqında”, "Əlilliyi
olan şəxslərin
hüquqları haqqında”
və "Məşğulluq
haqqında” Azərbaycan
Respublikasının qanunlarında
dəyişiklik edilməsi
barədə” Azərbaycan
Respublikasının 2020-ci il
19 may tarixli 113-VIQD nömrəli
Qanununun qüvvəyə
minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara
alıram:
1. Müəyyən edilsin ki:
1.1. "Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası
Qanununun 8.6-cı maddəsində
(birinci halda) nəzərdə tutulmuş
müvafiq icra hakimiyyəti orqanının
səlahiyyətlərini Azərbaycan
Respublikasının Prezidenti
həyata keçirir;
1.2. həmin Qanunun
8.6-cı maddəsində "orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur.
2.
"Hərbi vəzifə və hərbi xidmət haqqında”
Azərbaycan Respublikası Qanununun tətbiqi və "Azərbaycan
Respublikasının Səfərbərlik və Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidməti
haqqında Əsasnamə”nin təsdiqi barədə” Azərbaycan
Respublikası Prezidentinin 2012-ci il 13 fevral tarixli 593 nömrəli
Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2012, ¹ 2, maddə 82; 2015, ¹ 2, maddə 138, ¹ 7, maddə
831, ¹ 11, maddə 1320; 2016, ¹ 6, maddə 1034, ¹ 10, maddə 1612;
2017, ¹ 12 (I kitab), maddələr 2282, 2294; 2018, ¹ 11, maddə
2258; 2019, ¹ 5, maddə 847) aşağıdakı dəyişikliklər
edilsin:
2.1.
5.1-ci bəndə "2.0.2-ci” sözlərindən sonra ",
8.6-cı (birinci halda)” sözləri əlavə edilsin;
2.2.
5.4-cü bəndə "8.6-cı” sözlərindən sonra
"(ikinci halda)” sözləri əlavə edilsin;
2.3.
5.12-ci bəndin sonunda nöqtə işarəsi nöqtəli
vergül işarəsi ilə əvəz olunsun və
aşağıdakı məzmunda 5.13-cü bənd əlavə
edilsin:
"5.13.
həmin Qanunun 8.6-cı maddəsində "orqan (qurum)” dedikdə,
Azərbaycan Respublikasının Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur.”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 10 iyul
2020-ci il
Azərbaycan.-2020.-
12 iyul.- S.3.