“Hərbi
qulluqçuların statusu haqqında”, “Dini etiqad
azadlığı haqqında”, “Şəhid adının əbədiləşdirilməsi
və şəhid ailələrinə edilən güzəştlər
haqqında”, “Çernobıl qəzasının ləğvində
iştirak etmiş və
həmin qəza nəticəsində zərər çəkmiş
vətəndaşların statusu
və sosial müdafiəsi haqqında”, “Daxili qoşunların statusu
haqqında”, “Veteranlar haqqında”,
“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında”, “Azərbaycan
Respublikası Milli Məclisi
deputatının statusu haqqında”, “Torpaq islahatı haqqında”, “Sosial
sığorta haqqında”, “Hərbi qulluqçuların
dövlət icbari şəxsi sığortası haqqında”, “Məhkəmələr
və hakimlər haqqında”, “Əhalinin
sağlamlığının qorunması haqqında” və
“Xidməti və mülki silah
haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik
edilməsi barədə” Azərbaycan Respublikasının
2020-ci il 19 may tarixli 108-VIQD nömrəli Qanununun tətbiqi və “Əhalinin
sağlamlığının qorunması haqqında” Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi
barədə” Azərbaycan Respublikası Prezidentinin
1997-ci il 25 iyul tarixli 622 nömrəli Fərmanında dəyişiklik
edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 19-cu və
32-ci bəndlərini rəhbər
tutaraq, "Hərbi qulluqçuların statusu
haqqında”, "Dini etiqad azadlığı haqqında”, "Şəhid
adının əbədiləşdirilməsi
və şəhid ailələrinə edilən
güzəştlər haqqında”,
"Çernobıl qəzasının
ləğvində iştirak
etmiş və həmin qəza nəticəsində zərər
çəkmiş vətəndaşların
statusu və sosial müdafiəsi haqqında”, "Daxili qoşunların statusu haqqında”, "Veteranlar haqqında”, "Yaşayış
yeri və olduğu yer üzrə qeydiyyat haqqında”, "Azərbaycan
Respublikası Milli Məclisi deputatının
statusu haqqında”,
"Torpaq islahatı haqqında”, "Sosial sığorta haqqında”,
"Hərbi qulluqçuların
dövlət icbari şəxsi sığortası
haqqında”, "Məhkəmələr
və hakimlər haqqında”, "Əhalinin
sağlamlığının qorunması haqqında” və "Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikasının
qanunlarında dəyişiklik
edilməsi barədə”
Azərbaycan Respublikasının
2020-ci il 19 may tarixli
108-VIQD nömrəli Qanununun
qüvvəyə minməsi
ilə əlaqədar
həmin Qanunun tətbiqini təmin etmək məqsədilə
qərara alıram:
"Əhalinin sağlamlığının
qorunması haqqında”
Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası
Prezidentinin 1997-ci il 25
iyul tarixli 622 nömrəli Fərmanının
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
1997, ¹ 6, maddə 498; 2007, ¹ 11, maddə 1114; 2009, ¹ 12, maddə
977; 2011, ¹ 2, maddə 84; 2014, ¹ 3, maddə 242; 2017, ¹ 6, maddə
1116, ¹ 7, maddə 1317; Azərbaycan
Respublikası Prezidentinin
2020-ci il 2 iyun tarixli 1048 nömrəli Fərmanı) 2-ci hissəsinin
səkkizinci abzası
ləğv edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 10 iyul
2020-ci il
Azərbaycan.-2020.-
12 iyul.- S.4.