Baş Nazir Əli Əsədov Konstitusiya
Məhkəməsinə sorğu göndərib
Əmanətlərin Sığortalanması Fondunun "Atabank” ASC, "NBCBank” ASC və "AGBank” ASC-də sığorta hadisəsinin baş verməsi ilə əlaqədar həmin banklarda olan müvafiq əmanətlərin qorunan əmanət hesab edilib-edilməməsi məsələsinə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən şərh verilməsi üçün Nazirlər Kabinetinə göndərdiyi müraciət öyrənilib və Konstitusiya Məhkəməsinə sorğu göndərilməsi qərara alınıb.
Bu
barədə AZƏRTAC-a Nazirlər Kabinetinin mətbuat xidmətindən
məlumat verilib.
Nazirlər
Kabinetinin Konstitusiya Məhkəməsinə
ünvanladığı sorğuda həmin banklarda əmanətçilərin
mənafelərinin qorunması məqsədilə "Əmanətlərin
sığortalanması haqqında” Azərbaycan
Respublikasının Qanununun 2.1.2.6-cı maddəsinə şərh
verilməsinin zəruriliyi əsaslandırılır.
Azərbaycan.-2020.- 12 iyul.- S.5.