Birinci vitse-prezident Mehriban
Əliyeva: Bizim torpağımız,Vətən
uğrunda mübarizəmiz müqəddəsdir
Bizim
işimiz haqq işidir və Allah bizimlədir! Düşmənə
layiqli cavab verildi və bu, hər zaman belə olacaqdır!
AZƏRTAC
xəbər verir ki, bu sözlər Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti Mehriban
Əliyevanın rəsmi "Instagram” səhifəsində
etdiyi paylaşımda yer alıb. Paylaşımda deyilir:
"Azərbaycan
xalqı işğalla heç vaxt barışmayacaq! Bizim
torpağımız, Vətən uğrunda mübarizəmiz
müqəddəsdir! Bizim işimiz haqq işidir və Allah
bizimlədir! Düşmənə layiqli cavab verildi və bu,
hər zaman belə olacaqdır! Biz daha da güclü
olmalıyıq və olacağıq, daha sıx birləşəcəyik!
Şəhid analarına və atalarına öz dərin kədərimi
və hörmətimi bildirirəm. Bu çətin günlərdə
Azərbaycan xalqı sizinlədir. Allah bütün şəhidlərimizə
rəhmət eləsin! Yaralı əsgərlərimizə
tezliklə şəfa versin! Allah Azərbaycanı və
xalqımızı qorusun!”.
Azərbaycan.-2020.- 14 iyul.- S.1.