Mövlud Çavuşoğlu: Türkiyə və türk milləti olaraq bütün imkanlarımızla qardaş Azərbaycanın yanındayıq

 

Ermənistanın törətdikləri qəbuledilməzdir. Ermənistan ağlını başına yığmalıdır. Azərbaycan yalnız deyil. Biz Türkiyə Respublikası və türk milləti olaraq bütün imkanlarımızla Azərbaycanın yanındayıq.

AZƏRTAC xəbər verir ki, Türkiyə Xarici İşlər Naziri Mövlud Çavuşoğlu bu fikirləri “TRT HABER” televiziya kanalında bildirib. Azərbaycanın ərazi bütövlüyünün qorunmasına bütün dəstəyin veriləcəyini vurğulayan nazir deyib: “Azərbaycan işğal olunmuş ərazilərinin azad edilməsi məsələsində hansı həll yolunu seçsə, Azərbaycanı dəstəkləyəcəyik. Bütün imkanlarımızla qardaş Azərbaycanın yanındayıq”.

 

Azərbaycan.-2020.- 14 iyul.- S.2.