Türkiyənin Ədalət və İnkişaf Partiyası: Hər zaman və hər vəziyyətdə Azərbaycanın yanındayıq

 

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çelik Ermənistanın Tovuz rayonu istiqamətində təxribatına münasibət bildirib.

AZƏRTAC xəbər verir ki, AKP rəsmisi sosial media hesabından etdiyi paylaşımda bildirib ki, Ermənistan təcavüzkarlığının cavabsız qalmayacağına əmin olsun. Ömər Çelikin yazır: “Ermənistanın Azərbaycanımıza hücumunu qətiyyətlə pisləyirik. Şəhidlərimizə rəhmət diləyirik. Hər zaman və hər vəziyyətdə Azərbaycanın yanındayıq”.

 

 

Azərbaycan.-2020.- 14 iyul.- S.1.