Prezident İlham Əliyevin Təhlükəsizlik
Şurasının iclasındakı
çıxışı Türkiyə KİV-ləri tərəfindən
geniş işıqlandırılıb
İyulun
13-də Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin Təhlükəsizlik Şurasının
iclasındakı çıxışının əsas
müddəaları Türkiyə KİV-ləri tərəfindən
geniş işıqlandırılıb.
AZƏRTAC
xəbər verir ki, Anadolu Agentliyi, “CNN TÜRK” televiziya
kanalı və digər mətbuat orqanları Ermənistan
silahlı qüvvələrinin Azərbaycan-Ermənistan
dövlət sərhədinin Tovuz rayonu istiqamətində
mövqelərimizi ələ keçirmək məqsədilə
hücum cəhdi səbəbindən Təhlükəsizlik
Şurasının iclasının
çağırılmasına diqqət çəkiblər.
“Azərbaycan
Prezidenti: Ermənistanın bütün cəhdləri iflasa
uğradı” sərlövhəli xəbərdə əvvəlcə
türkdilli oxuculara sözügedən münaqişənin
tarixi və nəticələri barədə məlumat verilir.
Yazının “Ermənistan əsgərləri bir santimetr belə
Azərbaycan torpağına keçə bilməyiblər” və
“Əsgərlərimizin intiqamı alındı və bundan
sonra da alınacaq” altbaşlıqları ilə təqdim
olunan hissələrində isə Prezident İlham Əliyevin
Təhlükəsizlik Şurasının iclasındakı
çıxışının mühüm məqamlarından
bəhs olunur.
Diqqətə
çatdırılır ki, Azərbaycanın beynəlxalq
arenada sürətlə yüksələn nüfuzundan
narahatlıq keçirən Ermənistan rəhbərliyi
ölkədəki sosial-iqtisadi böhrandan ictimaiyyətin diqqətini
yayındırmaq istəyir. Bu çirkin və məkrli siyasət
Ermənistanı uçuruma aparır.
Azərbaycan.-2020.- 14 iyul.- S.5.