Vətən uğrunda
şəhid olan
oğullarımızın qanı yerdə qalmayacaq
Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) Ermənistan
silahlı qüvvələrinin Tovuz istiqamətində sərhəd
zonasında törətdikləri təxribatla əlaqədar bəyanat
yayıb.
Bu barədə AZƏRTAC-a
AHİK-in mətbuat xidmətindən
məlumat verilib.
Bəyanatda deyilir: “İyul
ayının 12-də Ermənistan
silahlı qüvvələri
tərəfindən Tovuz
rayonu istiqamətində
sərhəd xəttində
törədilən təxribat
Azərbaycan Həmkarlar
İttifaqlarının çoxsaylı
üzvlərinin dərin
hiddətinə səbəb
olub. Təxribatın Dağlıq Qarabağ
bölgəsinə aid olmayan
ərazidə baş verməsi onun çirkin mahiyyətindən,
erməni tərəfinin
təmas xəttində
süni gərginlik yaratmaq niyyətindən xəbər verir. Öz ölkəsinin daxilində
bütün dayaqlarını
itirən Ermənistanın
diktatura rejiminin cəbhədə təxribatlar
yaratmaqla xalqın qəzəbindən yayınmağa
çalışması yeni
taktika deyil. Azərbaycanın Silahlı
Qüvvələri, qəhrəman
əsgərlərimiz səbəblərindən
asılı olmayaraq cəbhə xəttində
erməni tərəfinin
törətdiyi hər
bir təxribata həmişə layiqincə
cavab verib, ağır zərbələrlə
düşməni yerində
oturdub.
Tovuz istiqamətində
erməni təxribatı
üzündən baş
verən döyüşlər
Azərbaycan Ordusunun döyüş qüdrətinin,
mənəvi, psixoloji
üstünlüyünün, əsgər və zabitlərimizin qəhrəmanlığının,
döyüş şücaətinin
yeni nümunəsi sayıla bilər. Silahlı Qüvvələrimiz
Ali Baş Komandanımızın
müdrik rəhbərliyi
altında istənilən
erməni təxribatının
anındaca qarşısını
almağa, torpaqlarımızın
hər qarışını
qorumağa tam hazır
olduğunu bir daha nümayiş etdirdi.
Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyası olaraq
daim qəhrəman Ordumuzla bir olduğumuzu
bəyan edirik. Ali Baş
Komandanımız İlham
Əliyev əmin ola bilər
ki, onun əmri ilə Vətən yolunda fədakarlıq və qəhrəmanlıq göstərməyə
hər an hazırıq.
Silahlı Qüvvələrimizin düşmənin istənilən
təxribatına bundan
sonra da layiqli cavab verəcəyinə,
işğal altında
olan torpaqlarımızı
azad edəcəyinə,
Vətən yolunda həlak olan bütün şəhidlərimizin
qanını yerdə
qoymayacağına dərindən
inanırıq.
Azərbaycan.-2020.-
14 iyul.- S.5.