Düşmən hücumunun qarşısı alınarkən hərbi
qulluqçularımız şəhid olub
İyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri
Azərbaycan-Ermənistan dövlət
sərhədinin Tovuz istiqamətində mövqelərimizi
ələ keçirmək
məqsədilə artilleriya
atəşindən istifadə
edərək hücuma
keçməyə cəhd
göstərib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən
xəbərə görə,
düşmən hücumunun
qarşısını alarkən
döyüşdə Azərbaycan
Ordusunun hərbi qulluqçuları müddətdən
artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları
çavuş Sadıqov
Vüqar Lətif oğlu və baş əsgər Məmmədov Elşad Dönməz oğlu şəhid olub. Həkimlərimizin səyinə
baxmayaraq ağır yaralanan
hərbi qulluqçumuz əsgər
Daşdəmirov Xəyyam Məhəmməd oğlu
da şəhid olub.
Müdafiə Nazirliyinin rəhbərliyi
şəhid olanların ailələrinə
başsağlığı verir və səbr
diləyir. Allah rəhmət eləsin!
Azərbaycan.-2020.- 14 iyul.- S.5.