Karantin rejimi ilə bağlı qaydalar hər birimiz üçün əsas olmalıdır

 

Prezident İlham Əliyev: "Heç kim qanundan üstün deyil

 

 

Həyata keçirilən çoxsaylı və çoxşaxəli tədbirlərə baxmayaraq, koronavirus pandemiyası bütün dünyanı dolaşmaqdayeni faciələr gətirməkdədir. Tarix boyu pandemiyalardan əsasən az inkişaf etmiş ölkələr zərər çəkib. Lakin COVID-19 dünyanın ən güclü dövlətlərinə də zərbə endirib, həm minlərlə insanın həyatını yarımçıq qoyub, həm də sosial-iqtisadi sahəyə olduqca mənfi təsir göstərib. Azərbaycan dövləti ilk gündən pandemiyanın qarşısını almaq üçün bütün qabaqlayıcı tədbirləri görüb. Vəziyyət bu gün də dövlətin, şəxsən Prezident İlham Əliyevin nəzarətindədir.

Prezidentimiz pandemiyanın əvvəlindən bəyan etdi ki, dövlətimiz üçün öncə Azərbaycan vətəndaşıdır, onun sağlamlığı və rifahıdır. Ötən aylarda bütün bunlar dönə-dönə öz təsdiqini tapıb. Ölkəmizdə insanlar hərtərəfli qayğı ilə əhatə olunublar. Bu, həm onların müalicəsinə, həm maddi güzəranına aiddir. İnsanlara, eləcə də mənəvi dəstək göstərilir, qocalar, tənhalar bir gün belə unudulmur.

Deyilənlərin hamısı hər kəsə məlum olan həqiqətdir. Yalnız onu xatırlatmaq kifayətdir ki, bu gün koronavirusa yoluxmuş vətəndaşlarımız ölkənin 45 xəstəxanasında müalicə alır. Son aylarda "Yeni klinikakimi böyük tibb müəssisəsi, 6 modul xəstəxana istifadəyə verilib. Fevral ayında test aparmaq üçün ölkədə cəmi 6 laboratoriya olduğu halda, hazırda onların sayı 29-a çatıb. Daha 15 yeni laboratoriya sifariş edilib. İndiyə qədər 500 mindən çox test aparılıb və adambaşına düşən testlərin sayına görə Azərbaycan dünyada təqribən 40-cı yerdədir. Unutmayaq ki, dünyanın bir sıra öz nailiyyətləri ilə öyünən ölkəsində xəstələr lazımi müalicə və qayğı ilə əhatə oluna bilmirlər, bəzi hallarda hətta taleyin ümidinə buraxılırlar.

Müdrik Azərbaycan xalqı həmişə olduğu kimi, yenə də öz dövləti və Prezidenti ilə birlikdədir. Təsadüfi deyil ki, pandemiya ilə mübarizədə "Gücümüz birlikdədir!” sözləri şüarımıza, amalımıza çevrilib.

Lakin çox təəssüf ki, bəzi insanlar nədənsə vətəndaş həmrəyliyi nümayiş etdirmirlər. Onlar xəstəlikdən qorunmaq üçün, özləri də yoluxmamaq və başqalarını da yoluxdurmamaq üçün qoyulan qaydalara əməl etmirlər. Bəziləri özlərini çox biganə apararaq pandemiyaya inanmadıqlarını söyləyirlər. Bəziləri də sinələrinə döyərək deyirlər ki, korona məni tutmaz. Bəlkə də belə deyənlərdən kimsə doğrudan da təsadüfən yoluxmaya bilər. Amma ifadəyə görə üzr istəyib deyərdik ki, belələrinin təcili surətdə psixika ilə bağlı xəstəliklərdən müalicəyə ehtiyacı var. Əks halda onlar dünyanı bürüyən pandemiyanı necə inkar edə bilərlər? Bu, ilk növbədə, koronavirusdan dünyasını dəyişən, hazırda ondan əziyyət çəkən qardaş və bacılarımıza, onların həyatı uğrunda mübarizə aparan həkimlərə, bütün xalqa hörmətsizlikdir.

Hamıdan dəfələrlə xahiş olunub ki, gigiyenik qaydalara əməl etsinlər, maska taxsınlar və sosial məsafə saxlasınlar. Əksəriyyət bu qaydalara riayət etsə də, burada da istisnalar yox deyil.

1 saylı Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusunun açılışında iştirak edərkən dövlət başçısı bu barədə demişdir: "Ancaq son müddətin dinamikası göstərir ki, bizim bütün tələblərimizə baxmayaraq, bəzi insanlar məsuliyyətsizlik göstərərək elementar qaydalara əməl etmirlər. Bu qaydalar haqqında artıq bəlkə min dəfə deyilib. Həm mən demişəm, həkimlər deyib, tibb mütəxəssisləri deyib, müxtəlif insanlar deyib. Təkcə Azərbaycanda yox, bütün dünyada bu qaydalar çox sadədir və onlara əməl etmək o qədər də böyük əziyyət tələb etmir - maska, məsafə və dezinfeksiya. Bu üç əsas amil insanları qoruyur. Əgər bu üç amilə əməl olunarsa, onda yoluxmanın sayı kəskin azalacaq. Ancaq biz nəyi görürük? Onu görürük ki, yumşalma tədbirlərindən sonra Azərbaycanda bu qaydalar kütləvi surətdə pozulur və məhz buna görə biz yenidən məhdudlaşdırıcı tədbirləri tətbiq etdik. Çünki görürdük ki, xəstələnənlərin sayı, dinamikası artır və əgər belə gedərsə, bizim də səhiyyə sistemimiz buna davam gətirə bilməz. Ona görə bu həftənin əvvəlindən Bakı şəhərində və bir neçə digər şəhərlərdə daha da sərt karantin rejimi tətbiq edilir. Bunun əsas və yeganə səbəbi odur ki, əfsuslar olsun, bəzi insanlar elementar qoruyucu qaydalara əməl etmirlər. Bu sərtləşdirilmiş rejim nə qədər davam edəcək, bunu həyat və koronavirusun yayılması göstərəcək”.

Lakin tələblərə, ictimai qınağa, hətta cərimələrə belə baxmayaraq, bəzi insanlar, o cümlədən gənclər yenə də laqeydlikeqoistlik edərək qaydalara tabe olmurlar. Sərt karantin günlərində evin damına çıxıb kabab çəkənlərin, məşhur bir hoteldə "sığınacaq” tapıb şənlənənlərin hərəkətinə nə ad vermək olar?

Bugünlərdə Bakının Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalının açılışında dövlət başçısı 3 televiziya kanalının jurnalistlərinin suallarını cavablandırarkən qoyulmuş qaydaların bəzi insanlar tərəfindən pozulması mövzusuna yenə də toxunmuşdur: "Xəstəliyin yayılmasının başlıca səbəbi bəzi insanların məsuliyyətsizliyidir. Onlar sadə qaydaları gözləmirlər, bunlara əməl etmirlər. Ona görə biz məcbur olub cərimələri artırdıq. Bəzi hallarda karantin rejimini pozanlara qarşı sərt addımlar atmağa məcbur oluruq. Ancaq onlar da öz məsuliyyətini dərk etməlidirlər. Bütün qaydalar insanların, o cümlədən karantin rejimini pozanların sağlamlığının qorunmasına hesablanıb. Amma biz görürük ki, insanlar bu rejimi nümayişkaranə pozurlar... Polis orqanlarına mənim tərəfimdən çox ciddi göstəriş verilibdir ki, bütün pozuntulara adekvat reaksiya verilməlidir. Heç kim qanundan üstün deyil - istər yerli, istər xarici şirkət, istər yerli vətəndaş, istər xarici vətəndaş olsun, fərq etmir, biz xalqımızı qorumalıyıq, biz xalqımızın sağlamlığını qorumalıyıq. Eyni zamanda mövcud qanunlar karantin rejimi ilə bağlı tətbiq edilən qaydalar hər kəs üçün əsas olmalıdır. Ona görə biz bundan sonra da bu istiqamətdə addımlarımızı atacağıq”.

Hər bir insanın kimliyi - hansı məqsədə-mərama xidmət etdiyi, daxili dünyası, nəyə qadir olduğu çətin gündə üzə çıxır. Əsl vətəndaşın dövlətinə, xalqına münasibəti bu vaxt bəlli olur. Pandemiyanın ölkənin iqtisadiyyatına mənfi təsirindən, neftin qiymətinin aşağı düşməsindən sevinənlər, görəsən, özlərini vətəndaşmı sayırlar? Prezidentimiz onların əsl adını demişdir, onları haqlı olaraq düşmən adlandırmışdır. Özünü müxalifət adlandıran həmin antimilli şura dövlət başçısından olduqca tutarlı cavab almışdır: "Hesab edirəm ki, bu gün neftin qiymətinin düşməsinə sevinən bir Ermənistandır, bir özünü müxalifət adlandıran antimilli şura. Çünki hər ikisi Azərbaycan dövlətçiliyinə düşmənçilik hissləri ilə yaşayır. Bunu Azərbaycan xalqı bilməlidir. Amma mən demişəm, neftin qiyməti hətta 14 dollar da olsa, biz ayaqda duracağıq. Çünki biz son illər ərzində o qədər böyük iqtisadi-maliyyə potensialı yaratmışıq ki, istənilən böhranla bacara biləcəyik”.

 

 

Flora SADIQLI

Azərbaycan.-2020.- 14 iyul.- S.6.