Azərbaycanın bütün resursları koronavirusla
mübarizəyə səfərbər olunub
Ölkədə həyata
keçirilən tədbirlərin əsas məqsədi
yalnız Azərbaycan vətəndaşlarının həyatını
qorumaqdır
İkinci minilliyin 20-ci ili müasir dünyanı heç vaxt qarşılaşmadığı vəziyyətlə - COVID-19 kimi sürətlə yayılan, sərhəd tanımayan ölümcül bir virusla üz-üzə qoydu. İnkişaf səviyyəsindən, müasir səhiyyə və güclü iqtisadiyyatından asılı olmayaraq, dünyanın heç bir ölkəsi qlobal pandemiyaya hazır deyildi. Üstəlik, COVID-19 yeni virus olduğu üçün "xasiyyəti” də elmə tam məlum deyildi. Virusu öyrəndikcə hər dəfə onun təzə xüsusiyyətləri meydana çıxdı, iki ay əvvəlki fikirlər bəzən təsdiqini tapmadı. Bununla belə, koronavirusla mübarizədə keçən yarım il ərzində dünya ölkələri epidemiyanı idarə etməyi, COVID-19-a nəzarəti öyrəndi, mübarizə sahəsində təcrübə qazandı. Dövlətlər virusa yoluxma hallarının inkişaf dinamikasına uyğun olaraq sərt, yaxud yumşaldıcı tədbirlər həyata keçirməyə başladılar. Azərbaycan hökuməti də hadisələrin inkişaf dinamikasına uyğun qərarlar qəbul etdi.
Hələ yoluxma hallarının nisbətən aşağı olduğu, xüsusi karantin tədbirlərinin gerçəkləşdirildiyi dönəmdə ölkənin səhiyyə sistemi, iqtisadiyyatı, sosial sferası pandemiya ilə mübarizəyə hazırlandı. Qısa zamanda koronavirusa yoluxmuş xəstələrin müalicəsi üçün xəstəxanalar ayrıldı, yeni tibb müəssisələri istifadəyə verildi, modul tipli xəstəxanalar inşa edildi, onların bütün texniki ləvazimat, avadanlıq, dərman preparatları ilə təminatı həyata keçirildi, koronavirusu aşkarlayan testlər, müasir laboratoriyalar alındı, ölkəyə süni nəfəs aparatları gətirildi. Tibbi maska, eləcə də digər ləvazimat və geyimlər, dezinfeksiya, sanitariya-gigiyena və digər bu kimi məhsullar istehsal edən müəssisələr yaradıldı. İqtisadiyyatın tənəzzülünün qarşısını almaq, milli valyutanın dayanıqlılığını qorumaq üçün tədbirlər həyata keçirildi, kütləvi psixozun, ajiotajın yaranmaması üçün bir sıra maarifləndirici və istiqamətləndirici addımlar atıldı. Pandemiya ilə mübarizədə mühüm əhəmiyyət kəsb edən xüsusi karantin rejiminin tətbiqi, qaydalara əməl olunması, cəmiyyətdə süni təşviş yarada biləcək halların qarşısının alınması üçün hüquqi baza formalaşdırıldı, konsepsiyalar hazırlandı və həyata keçirilməsinə başlanıldı. Bir sözlə, qısa vaxt ərzində ölkənin bütün resursları koronavirusla mübarizəyə səfərbər olundu. Dövlətimiz COVID-19-la mübarizəyə vaxtında başladı və bu istiqamətdə görülən tədbirlər effektini göstərdi. Məhz dövlət tərəfindən vaxtında atılan mühüm addımlar, məhdudlaşdırıcı tədbirlər, karantin rejiminin tətbiqi ölkədə koronavirusa kütləvi yoluxma hallarının qarşısını aldı.
Dövlət üçün heç bir səbəb əhalinin sağlamlığından öndə deyil
Hazırda bütün dünya pandemiya ilə mübarizə aparır, iqtisadi tənəzzülün qarşısının alınması, böhranın daha da dərinləşməməsi üçün çoxsaylı tədbirlər həyata keçirir, insanların ölümcül COVID-19 virusunun qurbanına çevrilməmələri üçün sərt məhdudlaşdırıcı addımlar atır. Mayın əvvəlindən həyata keçirilən yumşalma tədbirləri nəticəsində ölkəmizdə yeni növ koronavirusa yoluxma hallarının sürətlə artması da hökuməti zəruri addımlar atmaq məcburiyyəti qarşısında qoydu və sərtləşdirilmiş karantin rejimi uzadıldı. Ölkəmizdə həyata keçirilən bütün tədbirlərin əsas məqsədi, hədəfi yalnız Azərbaycan vətəndaşlarının həyatını, sağlamlıqlarını qorumaqdır. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bizim üçün ön sırada insanların sağlamlığı dayanır. Azərbaycan dövləti üçün heç bir səbəb əhalinin sağlamlığından öndə ola bilməz. Vətəndaşların çoxu bu tədbirlərin mahiyyətini yaxşı başa düşür və dəstəkləyir.
Lakin təəssüf ki, hələ də xəstəliyə etinasız yanaşan, yalnız özünün deyil, ətrafının da sağlamlığına biganə münasibət sərgiləyən insanlar var. Evdən çıxması qəti qadağan olunduğu halda, parka, marketə gedərək sağlam insanların da həyatını riskə atan COVID-19 xəstələri, ziyafət təşkil edən şəxslər... Təbii ki, belə hallarda karantin rejimini pozanlara qarşı sərt addımlar atmaq məcburiyyəti yaranır, polis orqanları tərəfindən bütün pozuntulara adekvat reaksiya verilir.
Karantin rejimini pozanlar inzibati qaydada məsuliyyətə cəlb
olunurlar
Quba Rayon Polis Şöbəsinin
əməkdaşları tərəfindən
keçirilən tədbirlər
nəticəsində rayonun
Növdün kənd sakini Bəhruz Nəğdəliyev oğlunun
hərbi xidmətdən
qayıtması münasibətilə
həyətində məclis
təşkil etdiyi müəyyənləşib. Polis əməkdaşları tərəfindən
məclis dərhal dayandırılıb. Məclisin təşkilatçısı
və həmin vaxt orada iştirak
edən 12 şəxs
barəsində karantin
qaydalarının pozulmasına
görə İnzibati
Xətalar Məcəlləsinin
müvafiq maddəsi ilə protokol tərtib edilib və onlar cərimə
olunublar.
Analoji qayda pozuntusunun qarşısı
Xaçmaz Rayon Polis Şöbəsinin
Xudat Polis Bölməsinin
əməkdaşları tərəfindən
də alınıb. Bölmə əməkdaşları
şəhər ərazisində
xidmət aparan zaman şəhər sakini Malik Mirzəyevin
hərbi xidmətdən
qayıdan oğlu üçün məclis
təşkil etdiyini aşkarlayıblar. Polis əməkdaşları tərəfindən
M.Mirzəyev tərəfindən
təşkil olunan məclis dayandırılıb.
Ev sahibi və məclisdə iştirak edən şəxslər inzibati qaydada məsuliyyətə cəlb
olunublar.
Koronavirus infeksiyasının kütləvi
yayılmasının qarşısının
alınması məqsədilə
paytaxtda iri supermarketlər şəbəkələrində,
apteklərdə və
fəaliyyətinə icazə
verilən digər qapalı məkanlarda, yollarda da gücləndirilmiş
nəzarət-profilaktik tədbirləri
davam etdirilir. İnsanların diqqətinə çatdırılır
ki, tənəffüs
yollarını qoruyan
fərdi vasitələrdən,
o cümlədən tibbi
maskalardan istifadə etmələri vacibdir.
Eləcə də fəaliyyətinə
icazə verilən qapalı məkanlarda xidmət personallarından
qaydalara əməl etmələri tələb
olunur. Yoxlamalar zamanı müvafiq
icazə olmadan yaşayış yerlərini
tərk edənlər,
eləcə də tənəffüs yollarını
qoruyan fərdi vasitələrdən, o cümlədən
tibbi maskalardan istifadə etməyən şəxslər aşkarlandıqda
həmin şəxslərə
İnzibati Xətalar Məcəlləsinin müvafiq
maddəsi ilə cərimə protokolu tərtib edilir.
Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun profilaktikasına dair metodiki göstərişlərin
icrasına nəzarət
məqsədilə Qida
Təhlükəsizliyi Agentliyi
(AQTA) tərəfindən ictimai
iaşə və qida məhsullarının
ticarəti ilə məşğul olan sahibkarlıq subyektlərində
reydlər davam etdirilir. Belə ki, AQTA əməkdaşları tərəfindən
iyulun 11-də Bakıda,
eləcə də regionlarda fəaliyyət göstərən 49 ictimai
iaşə obyekti, 161
ərzaq satışı
mağazası olmaqla,
ümumilikdə 210 müəssisədə
reyd keçirilib. Sahibkarlıq
subyektlərinə qida
təhlükəsizliyi sahəsində
qanunvericiliyin tələbləri
izah edilib, icrası məcburi göstərişlər və
maarifləndirici tövsiyələr
verilib.
Reyd keçirilən
obyektlərdən 74-ündə Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin
tələblərindən irəli
gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə
pozulması faktları
aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı
həmin müəssisələr
barədə qanunvericiliyin
tələbləri çərçivəsində
inzibati tədbirlər
görülüb.
Təəssüflə demək lazımdır ki, xəstəliyin yayılmasının başlıca səbəbi də məhz belə məsuliyyətsiz davranışlar, karantin qaydalarına əməl olunmamasıdır. Elə ona görə bəzi hallarda karantin rejimini pozanlara qarşı sərt addımlar atmaq məcburiyyəti yaranır. Bütün qaydalar insanların, o cümlədən karantin rejimini pozanların sağlamlığının qorunmasına hesablanıb. Mövcud qanunlar və karantin rejimi ilə bağlı tətbiq edilən qaydalar hər kəs üçün əsas olmalıdır. Qaydaları pozan insanlar daha məsuliyyətli davranıb nizam-intizama riayət etsələr, pandemiyanı nəzarətdə saxlamaq mümkün olacaq. Hazırda virusa qalib gəlməyin yeganə yolu məsuliyyətli davranmaq, karantin qaydalarına riayət etməkdir. Biz pozuntulara qarşı nə qədər barışmaz olsaq, ətrafımızdakı insanların biganəliyinə qarşı mübarizlik nümayiş etdirsək, bir o qədər tez və yaxşı nəticə əldə etməyə müvəffəq ola bilərik.
Gündəlik yoluxma sayı sabitləşib
Sevindirici haldır ki, son zamanlar virusun mövcudluğuna inanmayanların sayı da azalıb. Hazırda vətəndaşlar özlərini virusdan qorumaq üçün daha məsuliyyətli davranır, qoyulan qaydalara daha diqqətli yanaşırlar. Artıq tibbi maskadan istifadə edənlərin də sayı çoxdur. Bu da öz müsbət nəticəsini verir. Bir müddət bundan əvvəl yoluxanların sürətlə artan sayı hazırda sabitləşib. Xəstəlikdən sağalanların sayında da artım var. Belə davam edərsə, yaxın zamanlarda gündəlik statistikanın azalacağına, sağalanların sayının artaraq yoluxanları üstələyəcəyinə ümid etmək olar.
Əhalinin bu cür həmrəylik nümayiş etdirməsi koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində dövlətin apardığı mübarizə ilə yanaşı olmalıdır. İndiki məqamda ən böyük vətənpərvərlik nümunəsi məhz dövlətin bütün çağırışlarına əməl etməkdir. Biz nə qədər həmrəy olub həm özümüz, həm də ətrafdakı insanlar, yaxınlarımız tərəfindən sadə qaydalara əməl etməyi təmin edə bilsək, bir o qədər tez bu vəziyyətdən çıxa biləcəyik və həyat öz adi axarına qayıdacaq.
Xəyalə
MURADLI
AzərbaycaN.-2020.- 14 iyul.- S.6.