Hikmət Hacıyev: Ermənistanın hərəkətləri onun üzv olduğu beynəlxalq təşkilatların hüquqi sənədlərinə ziddir

 

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Rusiyanın “Lenta.ru” internet nəşrinə Azərbaycan və Ermənistanın dövlət sərhədində baş vermiş hadisələr barədə müsahibə verib.

 

AZƏRTAC müsahibəni təqdim edir.

 

-Bu dəfə vəziyyət adətən olduğu kimi Dağlıq Qarabağ regionunda deyil, Tovuz rayonunda kəskinləşib. Sizin fikrinizcə, nə baş verib?

-İlk növbədə, real faktlara baxmaq lazımdır. Fakt ondan ibarətdir ki, Ermənistan silahlı qüvvələri Azərbaycanın Tovuz rayonu istiqamətində təhrikçi hərəkətlər edib və atəşkəs rejimini kobud şəkildə pozublar.

Birinci olaraq erməni hərbçiləri başlayıb, öz artilleriya qurğularından istifadə ediblər, lakin cavab atəşi və əks-hücum nəticəsində bu hücum dəf edilib. Atəşkəs rejiminin pozulması açıq-aydın göstərir ki, bütün bu hadisələrə görə məsuliyyət erməni tərəfinin üzərinə düşür.

-Bu, Yerevana nədən ötrü lazım ola bilərdi?

-Ermənistan bu cür hərbi avantüralar yolu ilə Ermənistan-Azərbaycan münaqişəsinə özünün üzv olduğu hərbi-siyasi təşkilatları cəlb etməyə Azərbaycana qarşı işğala təcavüzə görə (söhbət Dağlıq Qarabağ münaqişəsindən gedir: tanınmamışDağlıq Qarabağ respublikasımüstəqillik tələb edir, Ermənistan bu məsələdə onu dəstəkləyirqeyd “Lenta.ru” nəşrinindir) məsuliyyətdən yaxa qurtarmağa çalışır.

Bundan əlavə, mənə belə gəlir ki, Ermənistan özünün gərginləşən sosial-iqtisadi problemləri fonunda bu hərbi münaqişəni eskalasiya etməyə çalışır.

Ermənistan rəhbərliyinin destruktiv siyasəti nəticəsində COVID-19 infeksiyası geniş yayılıb. Sərhəddə gərginlik yaradılması diqqəti daxili problemlərdən yayındırar. Bizim ölkəmiz isə sərhəddə gərginlik yaradılmasının əleyhinədir. Bizim sərhəd xidmətləri silahlı qüvvələr provokasiyanın qarşısını almaq üçün gücləndirilib.

-Yəni, Bakıda hadisələrin bu cür inkişafına hazır idilər? Ya da hazırlaşıblar?

-Bilirsiniz, daha bir faktı əlavə etmək istəyirəm: bazar günü - iyulun 12-də biz Tovuz sərhədində Ermənistan tərəfindən ağır hərbi texnika canlı qüvvə göndərilməsini müşahidə etdik. Bizim fikrimizcə, bu fakt onu sübut edir ki, artilleriya qurğularından istifadə edilməklə hücum əvvəldən hazırlanıb.

Lakin yekunda erməni tərəfi heç qazana bilmədi. Bakı provokasiyanın qarşısını almağa Ermənistan-Azərbaycan sərhədində gərginlik yarada biləcək bu cür insidentlərin aradan qaldırılmasına həmişə hazırdır. Qazax Tovuz rayonları boyunca sərhədin xeyli hissəsində Azərbaycanın Dövlət Sərhəd Xidmətinin bölmələri dislokasiya edilib. Ermənistan tərəfi, əksinə, iki ölkə arasında dövlət sərhədini sistematik olaraq hərbiləşdirməyə dinc vətəndaşları qəsdən atəşə tutmağa davam edir.

-Bu vəziyyət genişlənərək daha ciddi silahlı münaqişəyə çevrilə bilərmi?

-Bildiyiniz kimi, Azərbaycan ilə Ermənistan arasında ciddi münaqişə artıq 30 ildir – Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və daha yeddi rayonunu işğal edəndən sonra davam edir. Bizim silahlı qüvvələr indiorada düşmənlə üz-üzə dayanır. Bu, Birinciİkinci Dünya müharibələrinin ssenarisini xatırladır: o vaxt 100 min hərbçi üzbəüz dayanmışdı.

Bu, onu göstərir ki, toqquşma hər an gözləniləndir. Yeni provokasiyalar da gözlənilirmi – bunun cavabını erməni tərəfindən soruşmaq lazımdır, çünki onlar Azərbaycanın torpağını işğal ediblər.

-Türkiyə Azərbaycanı dəstəklədiyini artıq bildirib. Əgər hər halda münaqişə davam edərsə, onun bütün regionu əhatə etməsi ehtimalı nə dərəcədə böyükdür?

-Mən bunu real ssenari hesab etmirəm. Bu gün İranın, Rusiyanın Türkiyənin XİN rəhbərləri öz narahatlıqlarını bildirdilər. Biz bu dövlətlərə Ermənistanın məsuliyyətsiz siyasətinə biganə yanaşmadıqlarına görə təşəkkürümüzü bildiririk. Qonşularımız başa düşür ki, dünyadakı vəziyyət onsuz da qeyri-sabitdir, müharibənin alovlanması isə qonşularımıza da təsir edəcək. Ermənistan düşüncəsiz hərəkətlər edir onun nəticələri barədə fikirləşmir. Azərbaycan hər zaman bu problemi sülh yolu ilə həll etməyə hazırdır biz həmişə buna təşəbbüs göstəririk. Biz hər zaman ATƏT nümayəndələri ilə məsələləri müzakirə edirik digər ölkələrin diqqətini yayındırmaq istəmirik. Ancaq Ermənistan isə digər ölkələri öz təxribatına cəlb etməyə çox maraqlıdır.

-Rusiya münaqişənin qarşısını almağa kömək edən tərəf kimi çıxış edə bilərmi?

-Əlbəttə, bu məsələnin tənzimlənməsində Rusiyanın rolu böyükdür. Biz bunu yüksək dəyərləndiririk, Rusiya Federasiyasının rəhbərliyi və şəxsən Prezident Vladimir Putin lazımi addımları atdı. Ancaq təəssüf ki, Ermənistanın işğalçı və təxribatçı addımları məsələni sülh yolu ilə həll etməyə imkan vermir. Biz Ermənistanın məsuliyyətə cəlb edilməsi üçün bütün beynəlxalq ictimaiyyətə müraciət edirik.

Ermənistan məsələnin sülh yolu ilə həllində maraqlı olmadığını sübut edir. Ermənistanın bu təcavüzkar siyasəti bir sıra digər ölkələri də təhdid edir.

 

Azərbaycan.-2020.- 15 iyul.- S.2.