İslam Əməkdaşlıq
Təşkilatı Ermənistanın Tovuz
rayonu istiqamətində hücumunu
pisləyən bəyanat yayıb
İslam Əməkdaşlıq Təşkilatının Baş Katibliyi iyulun 12-də Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının Tovuz rayonu istiqamətində hücumunu, atəşkəsi pozmasını, nəticədə azərbaycanlı əsgərlərin həlak olmasını və yaralanmasını kəskin şəkildə pisləyən bəyanat yayıb. Ordu.az xəbər verir ki, İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd Əl-Osaymin həlak olanların ailələrinə başsağlığı verib, yaralananların tezliklə sağalmasını diləyib.
İƏT-in
Baş Katibliyi İslam Əməkdaşlıq Təşkilatının
və BMT Təhlükəsizlik Şurasının Ermənistan
silahlı qüvvələrinin Azərbaycanın işğal
edilmiş torpaqlarından tamamilə və qeyd-şərtsiz
çıxarılmasını tələb edən,
münaqişənin Azərbaycanın suverenliyi, ərazi
bütövlüyü və beynəlxalq səviyyədə
tanınmış sərhədlərinin toxunulmazlığı
əsasında sülh yolu ilə həllini dəstəkləyən
qərar və qətnamələrini bir daha xatırladıb.
Azərbaycan.-2020.- 15 iyul.- S.5.