TÜRKPA-nın Baş
katibi Ermənistan silahlı qüvvələrinin
Azərbaycanın sərhəd yaşayış məntəqələrini
atəşə tutmasını şiddətlə
qınayır
Türkdilli
Ölkələrin Parlament Assambleyasının (TÜRKPA)
Baş katibi Altınbek Mamayusupov mülki şəxslərin də
ölümü ilə nəticələnən Ermənistan
silahlı qüvvələri tərəfindən Azərbaycan
Respublikasının sərhəd yaşayış məntəqələrinin
atəşə tutulmasını şiddətlə qınayır.
Baş
katib qeyd edib ki, TÜRKPA-nın bəyannamələrində dəfələrlə
təsbit edildiyi kimi, Parlament Assambleyasının üzv
ölkələri Azərbaycan Respublikasının suverenliyi, ərazi
bütövlüyü və beynəlxalq səviyyədə
tanınmış sərhədlərinin
toxunulmazlığı əsasında Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsinin qısa bir
zamanda həllini qətiyyətli şəkildə dəstəkləyir.
Baş
katib son hadisələr zamanı həyatını itirən
Azərbaycan Silahlı Qüvvələri üzvlərinin ailələrinə
və yaxınlarına dərin hüznlə
başsağlığı verir.
Azərbaycan.-2020.- 15 iyul.- S.5.