Rəsmi Kişineu
Azərbaycanı dəstəkləyən bəyanatla
çıxış edib
Moldova Respublikasının Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyi (XİAİN) son günlərdə insanların həlak olması ilə nəticələnmiş silahlı toqquşmaların baş verdiyi Azərbaycan-Ermənistan sərhədindəki hadisələri narahatlıqla izləyir.
AZƏRTAC
Moldova XİAİN-in rəsmi saytına istinadla xəbər
verir ki, XİAİN həlak olanların ailələrinə
başsağlığı verir və müvafiq tərəfləri
güc tətbiq etməkdən çəkinməyə, gərginliyin
artmasının qarşısını almaq üçün
səylərini davam etdirməyə, beynəlxalq hüququn
prinsip və normalarına hörmət əsasında
uzunmüddətli siyasi həll tapmağa
çağırır.
Moldova
Respublikası münaqişəli vəziyyətin Azərbaycan
Respublikasının suverenliyinə və beynəlxalq aləmdə
tanınmış sərhədləri daxilində ərazi
bütövlüyünə hörmət əsasında dinc
yolla nizamlanmasının tərəfdarıdır.
Azərbaycan.-2020.- 15 iyul.- S.5.