İlham
Əliyev: "Vətən uğrunda həlak olmuş hərbi
qulluqçularımızın qəhrəmanlığı
heç vaxt unudulmuyacaq, onların qisası alınıb və
alinacaq"
İyulun
15-də Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev döyüş zamanı müdafiənin ön xəttində
olarkən qəhrəmancasına şəhid olmuş
general-mayor Polad Həşimovun anası Səmayə xanım
və polkovnik İlqar Mirzəyevin oğlu Elvinlə telefonla
danışıb.
Dövlətimizin başçısı şəhidlərin ailə üzvlərinə dərin hüznlə başsağlığı verib, onlara Allahdan rəhmət və səbir diləyib. Prezident İlham Əliyev qeyd edib ki, Vətən uğrunda həlak olmuş hərbi qulluqçularımızın qəhrəmanlığı heç vaxt unudulmayacaq, onların qisası alınıb və alınacaq, qanları yerdə qalmayacaq.
Səmayə Həşimova və Elvin Mirzəyev Prezident İlham Əliyevə telefon
zənginə və başsağlığına görə
minnətdarlıqlarını bildiriblər.
Azərbaycan.-2020.- 16 iyul.- S.1.