Yaponiya XİN
Ermənistan-Azərbaycan sərhədindəki
qarşıdurma ilə əlaqədar
narahatlığını ifadə edib
İyulun 15-də Yaponiya Xarici İşlər Nazirliyi Ermənistan - Azərbaycan sərhədində qarşıdurma ilə əlaqədar bəyanat yayıb.
AZƏRTAC
xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər
Nazirliyindən agentliyin bu ölkədəki müxbir məntəqəsinə
göndərilən məlumatda bildirilib.
Bəyanatın mətnində deyilir ki, Yaponiya Ermənistan-Azərbaycan sərhədində bu günlərdə baş verən qarşıdurma və insanların həlak olması ilə əlaqədar narahatlığını ifadə edir. Bütün münaqişə tərəflərini hərbi əməliyyatları dayandırmağa və maksimum təmkin nümayiş etdirməyə çağırır.
Sənəddə qeyd edilir ki, Ermənistan və Azərbaycan arasında münaqişənin yekun həlli Qafqaz regionunda sülh və sabitlik üçün mühüm əhəmiyyət kəsb edir.
Bununla yanaşı, Yaponiya ATƏT-in Minsk qrupunun həmsədrlərinin iki
ölkə arasında münaqişənin həlli istiqamətində
səylərini dəstəkləyir və problemin
beynəlxalq hüququn prinsipləri əsasında
sülh yolu ilə həllini
gözləyir.
Azərbaycan.-2020.- 16 iyul.- S.7.