Azərbaycan Respublikası Milli Məclis Aparatının məlumatı
Ötən gün axşam Azərbaycan Respublikasının
Milli Məclisi qarşısına toplaşan
yürüş iştirakçılarının
bir qismi gecə saatlarında qeyri-qanuni olaraq parlamentin inzibati binasına daxil olub. Milli Məclisin birinci
mərtəbəsinə toplaşan
yürüş iştirakçıları
bir sıra dağıntılar törədib,
parlamentin əmlakına
və inventarına ziyan vurub.
Dağıntılar zamanı Azərbaycan Respublikasının Milli Məclisinə ümumilikdə
22 150 AZN məbləğində maddi ziyan dəyib.
Azərbaycan Respublikası Milli Məclisi olaraq parlamentdə baş verən təxribatçı
fəaliyyəti qəti
şəkildə pisləyir,
Xalqımız, dövlətimiz,
ölkəmizin ərazi
bütövlüyü uğrunda
müsəlləh olan
ordumuz, döyüşlərdə
şəhid olan hərbçilərimiz və
mülki əhalinin ruhu qarşısında məsuliyyət daşıdığımızı
ifadə edirik.
Azərbaycan.-2020.-
16 iyul.- S.7.