“Polis haqqında”, “Avtomobil yolları haqqında”, “Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında”, “Dövlət qulluğu haqqında”, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, “Psixiatriya yardımı haqqında”, “Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış vaxtı haqqında”, “Narkoloji xidmət və nəzarət haqqında”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Dövlət rüsumu haqqında”, “İcra haqqında”, “Gənclər siyasəti haqqında”, “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” və “Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin icbari sığortası haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 19 may tarixli 110-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2001-ci il 19 iyul tarixli 540 nömrəli, “Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2001-ci il 3 sentyabr tarixli 574 nömrəli və “Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin icbari sığortası haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2004-cü il 19 iyul tarixli 88 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu 32-ci bəndlərini rəhbər tutaraq, "Polis haqqında”, "Avtomobil yolları haqqında”, "Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında”, "Dövlət qulluğu haqqında”, "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, "Psixiatriya yardımı haqqında”, "Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış vaxtı haqqında”, "Narkoloji xidmət nəzarət haqqında”, "Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, "Dövlət rüsumu haqqında”, "İcra haqqında”, "Gənclər siyasəti haqqında”, "Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” "Azərbaycan Respublikasının xarici ölkələrdə beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin icbari sığortası haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 19 may tarixli 110-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

 

1. Müəyyən edilsin ki:

 

1.1. "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikası Qanununun 5.0.1-ci, 11.1-ci, 16-cı, 21.7-ci, 22.1-ci 22.2-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 5.0.1-ci, 11.1-ci, 16-cı, 21.7-ci, 22.1-ci 22.2-ci maddələrində "orqan (qurumdedikdə Azərbaycan Respublikasının Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur;

1.3. "Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin ikinci cümləsində (ikinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.4. həmin Qanunun 9.1-ci maddəsinin ikinci cümləsində "orqan (qurumdedikdə Azərbaycan Respublikasının Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur.

2. "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyul tarixli 540 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, ¹ 7, maddə 477; 2012, ¹ 12, maddə 1270; 2017, ¹ 7, maddə 1330; 2018, ¹ 10, maddə 2019) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 2.1-ci bənd 2.1-1-ci bənd hesab olunsun həmin bənddə "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikası Qanununun” sözləri "həmin Qanunun” sözləri ilə əvəz edilsin;

2.2. aşağıdakı məzmunda 2.1-ci bənd əlavə edilsin:

"2.1. "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikası Qanununun 5.0.1-ci, 11.1-ci, 16-cı, 21.7-ci, 22.1-ci 22.2-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;”;

2.3. 2.2-ci bənddən "10.2-ci,” sözləri çıxarılsın;

2.4. 2.3-cü bənddən "10.1-ci,” sözləri çıxarılsın;

2.5. 2.5-ci bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun aşağıdakı məzmunda 2.6-cı bənd əlavə edilsin:

"2.6. həmin Qanunun 5.0.1-ci, 11.1-ci, 16-cı, 21.7-ci, 22.1-ci 22.2-ci maddələrində "orqan (qurumdedikdə Azərbaycan Respublikasının Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur.”.

3. "Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 574 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, ¹ 9, maddə 589; 2008, ¹ 9, maddə 798) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

3.1. ikinci - beşinci abzaslar müvafiq olaraq üçüncü - altıncı abzaslar hesab olunsun aşağıdakı məzmunda ikinci abzas əlavə edilsin:

"Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin ikinci cümləsində (ikinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;”;

3.2. üçüncü abzasda "Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci 9.2-ci maddələrində " sözləri "həmin Qanunun 9.1-ci maddəsinin ikinci cümləsində (birinci halda) 9.2-ci maddəsində” sözləri ilə əvəz edilsin;

3.3. altıncı abzasın sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun aşağıdakı məzmunda yeddinci abzas əlavə edilsin:

"həmin Qanunun 9.1-ci maddəsinin ikinci cümləsində "orqan (qurumdedikdə Azərbaycan Respublikasının Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur.”.

4. "Azərbaycan Respublikasının xarici ölkələrdə beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin icbari sığortası haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 19 iyul tarixli 88 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, ¹ 7, maddə 527) 2.2-ci bəndi ləğv edilsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 iyul 2020-ci il

Azərbaycan.-2020.- 16 iyul.- S.8.