Ölkəsindəki
özbaşınalıqlardan təngə gələn Ermənistan
vətəndaşı Naxçıvana keçib
Ermənistan vətəndaşı 30 yaşlı Narek Sardaryan işğalçı ölkənin mövqelərində yaranmış nəzarətsizlikdən istifadə edərək Naxçıvan Muxtar Respublikasının ərazisinə keçib. Hərbiçilərimiz tərəfindən saxlanılan Sardaryan Naxçıvanla sərhəddə heyvandarlıqla məşğul olduğunu, öz ölkəsində olan zorakılıq, məmur özbaşınalığı və ədalətsizliklərdən bezərək sərhədi keçmək üçün fürsət axtardığını və ölkəmizə sığındığını bildirib.
AZƏRTAC
Narek Sardaryanın etiraflarını təqdim edir:
Sual: Özünüzü təqdim edin.
Cavab: Mən, Sardaryan Narek Suren oğlu 18 oktyabr 1990-cı ildə doğulmuşam, Syunik rayonunun Aşağı Xndzoresk kənd sakiniyəm, 2014-cü ildə ailə həyatı qurmuşam, 2 uşağım var, heyvandarlıq və əkinçiliklə məşğul oluram.
Sual: Sərhədi nə üçün keçmişdiniz, məqsədiniz nə idi?
Cavab: Sərhədi əvvəllər də keçmək istəmişəm, amma imkanım olmayıb, Naxçıvanla sərhəddə heyvandarlıqa məşğul olanda bu imkanı əldə etdim. Çünki Ermənistanda zorakılıqlar, ədalətsizliklər var, mən çox məmurlara, hakimiyyət nümayəndələrinə müraciət etmişəm, lakin kömək etməyiblər. Ona görə mən Azərbaycan sərhədini keçmişəm. Azərbaycan tərəfdən köməklik istəyirəm. Sərhəddə əsgərlər mənə yaxşı münasibət göstərdilər, atəş açmadılar.
Sual: Sərhəddi necə keçdiniz?
Cavab: Heyvanları otara-otara Azərbaycan postuna doğru yaxınlaşdım, hərbiçilər məni vurmasın deyə ağ paltarımı çıxarıb göydə yellədim və hərbiçilər məni saxladılar.
Sual: Sizə qarşı hansı haqsızlıqlar
olub?
Cavab: Mənə qarşı çox haqsızlıqlar
olubdur, kənd icra nümayəndəsi torpaq vergisi ilə yanaşı hər bir heyvan
başına 20000 dram pul
istəyir. Əslində 2000 dram verməliyik, bizdən zorla rüşvət olaraq artıq pul alırlar. Heyvan satmaq istədikdə
sahə müvəkkili
Andranik gələrək
onun üçün haqq istəyir. Əks təqdirdə şər ataraq həbs edəcəyi ilə hədələyir.
Sual: Naxçıvanla sərhəddə
yerləşən Qorayk
kəndinin otlaq sahələrinə heyvanları
nə üçün
gətirmişdiniz?
Cavab: Gorusda otlaq sahəsi
yox idi, Qoraykda isə 200 hektar otlaq sahəsi
üçün məndən
1000 dollar rüşvət aldılar.
Sisyan icra orqanına da otlaq sahələrindən
istifadə üçün
1000 dollar pul vermişəm.
Sual: Ermənistandakı vəziyyət
barədə nə deyə bilərsiniz?
Cavab: Ermənistanda vəziyyət
çox pisdir, demək olar ki, heç bir iş yoxdur,
rüşvətxorluq və
ədalətsizlik baş
alıb gedir. Polisdə rüşvətxorluq çoxdur,
əhalinin sosial-iqtisadi
vəziyyəti çox
ağırdır. Syunik vilayəti
ərazisindəki otlaq
sahələrində Gorusun
yol polisinin rəisi Sevak və hərbi komissar Armen səlahiyyətlərindən istifadə
edib bütün əlverişli torpaqları
zəbt ediblər və bizlərə orada heyvandarlıqla məşğul olmağa
imkan vermirlər, həmin əraziyə digər yerli sakinləri buraxmırlar.
Sual: Ermənistan ordusunda ümumi vəziyyət necədir?
Cavab: Ermənistan ordusunda vəziyyət çox pisdir, heç kim bir-birini
qəbul etmir, intizamsızlıq var, bir-birlərinə tabe olmurlar, narkotikadan geniş istifadə edilir. Orduda hərbiçilərin narkotika yetişdirib satmasına göz yumulur. Ümumiyyətlə, orada polis narkotikadan
istifadə edənlərə
qarşı heç bir tədbir görmür. Ayrı-ayrı ərazilərdə tiryək
və narkotika yetişdirilir, polis zəifdir,
mübarizə apara bilmir.
Sual: Sizin xidmət keçdiyiniz hərbi hissələrdə hansı
qanunsuzluqlar mövcud idi?
Cavab: Mən Sərhəd Qoşunlarının Vanadzordakı
5060 saylı və Zəngilan rayonunun Kaşatağ bölgəsindəki
5070 saylı hərbi hissələrdə xidmət
keçmişəm. 2019-cu ildə Qubadlı rayonunda səfərbərlik
toplantısında iştirak
etmişəm. Ermənistan ordusunda
hərc-mərclik, intizamsızlıq
və rüşvətxorluq
baş alıb gedir. Səfərbərlik toplantısında 700 nəfərin iştirakı
nəzərdə tutulsa
da, heç 200 nəfər iştirak etmirdi.
Sual: Siz həyatınızın
bundan sonrakı hissəsini necə görürsünüz?
Cavab:
Xahiş edirəm ki, burada mənə vətəndaşlıq
verilsin, Ermənistana geri qaytarılmayım, oradan bezmişəm,
orada insanları çox incidirlər. Olmasa
belə xahişim budur
ki, məni üçüncü
bir dövlətə təhvil versinlər.
Azərbaycan.-2020.- 16 iyul.- S.11.