İki
düşmən, iki ön
cəbhə
Daha məsuliyyətli
davranaraq, xəstəliklə mübarizəyə
və ordumuzun öz
işlərini lazımi şəkildə yerinə yetirməsinə
töhfə verməyin məqamıdır
Dünyada COVID-19 pandemiyasının yaratdığı
gərginlik davam edir. Gözlənilənin əksinə olaraq
yeni növ koronavirus getdikcə yoluxma sayını artırır. Virusun zəiflədiyini
düşünərək sərt karantin rejimlərini yumşaldan, turistlər üçün
sərhədlərini açmaq
istəyən ölkələr
indi bu qərarlarından
vaz keçmək məcburiyyətində qalıblar.
Mütəxəssislər, Ümumdünya Səhiyyə
Təşkilatının üzvləri
isə hazırkı vəziyyətin ürəkaçan
olmadığını bildirirlər. Hətta bəzi
ölkələrdə infeksiyanın
üçüncü dalğasının
başlaması barədə
məlumatlar mövcuddur.
Sözün əsl mənasında
müasir dünya
"taclı” bəlanın
əsirinə çevrilib
və onun qarşısını almaqda
acizlik çəkir.
Tətbiq edilən karantin
rejimləri isə hələlik sadəcə
virusun yoluxma sayını azaltmaq, onu nəzarətdə saxlamağa imkan verir. Bu müsbət
nəticə isə vətəndaşların pandemiyanın
şərtlərinə əməl
edilməsi sayəsində
əldə oluna bilir.
Belə olmasa COVID-19 yoluxdurma və ölüm sayını amansızlıqla
artıracaq, ona qarşı görülən
bütün tədbirləri
təsirsizləşdirəcək.
İnfeksiyaya qarşı vaksin
sınaqları isə
davam edir və bəşəriyyət
səbirsizliklə tibb
elmindən şad xəbər gözləyir...
Vətəndaşlarımızın təhlükəsizliyi
və sağlamlığı
prioritetdir
Azərbaycanda da bütün sahələr üzrə qlobal pandemiya ilə mübarizə davam etdirilir. Yeni növ koronavirusun Uhandan dünyaya yayıldığı ilk zamanlardan
etibarən ölkəmizdə
ona qarşı qabaqlayıcı tədbirlərə
start verilib və bunun sayəsində vətəndaşlarımızın təhlükəsizliyi və
sağlamlığı etibarlı
şəkildə qorunur.
Dövlətimiz tərəfindən atılan
təsirli addımlar nəticəsində COVID-19-la bağlı
vəziyyət daim nəzarətdədir.
Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın hər bir vətəndaşın
sağlamlığına diqqəti,
ön cəbhədə
olan həkimlərin səhhətinə isə
xüsusi həssaslıqla
yanaşmaları COVID-19-a qarşı
mübarizəni daha asan edir. Heydər Əliyev
Fondunun dəstəyi ilə spesifik olaraq PSR testlərinin aparıldığı laboratoriyaların
qurulması, onların
sayının artırılması
isə daha çox vətəndaşı
analizlərin verilməsinə
cəlb etməyə kömək edir. Çünki yoluxmanın qarşısını
almaq üçün
əsas vasitələrdən
biri də infeksiyanın erkən aşkarlanmasıdır.
Eyni zamanda infeksiyaya yoluxan xəstələrin
müalicəsinin yüksək
səviyyədə aparılması,
dərman və digər tibbi ləvazimatların təchizi
ilkin mərhələdə
virusdan sağalan xəstələrin yoluxanların
sayını xeyli üstələməsinə rəvac
verdi. Son
zamanlarda da yoluxanlarla sağalanlar arasında eyniləşmə
baş verir. Mütəxəssislər isə
stabilləşməyə vətəndaşların
qaydalara əməl etməsinə görə
nail olunduğunu bildirirlər.
Məsafə gözlənmədi, maska taxılmadı, virusun varlığı yaddan çıxdı...
Amma təəssüflə
qeyd edək ki, bütün dünyanın pandemiya ilə mübarizə apardığı bir şəraitdə Ermənistan
yenə də öz riyakar və namərd əməllərindən əl
çəkmək istəmir. Düşmən dövlətimizə qarşı
təxribat törədərək
qarışıqlıq yaratmaq,
vəziyyətimizi çətinləşdirmək
niyyətini güdür.
Digər tərəfdən, COVID-19 pandemiyasının
hələ məhdudlaşdırılmadığı,
yoluxma hallarının
yüksək olduğu
bir vaxtda aksiyaların keçirilməsi,
minlərlə insanın
bu aksiyalara qoşulması virusun daha geniş yayılması və insanların həyatını
təhlükə qarşısına
qoyması üçün
əlverişli şərait
yaratdı. İyulun 14-də keçirilən aksiyada distansiyanın gözlənməməsi, maskalardan
istifadə olunmaması,
insanlar arasında sıx təmaslar adi hala çevrildi.
Aksiya iştirakçıları virusun
varlığını tamamilə
unutdular.
Həmçinin vətəndaşların kütləvi şəkildə həlak olmuş hərbçilərimizin yaşadığı ünvanlara toplaşması və onların yaxınlarını ziyarət etməsi, dəfn mərasimlərində müşahidə olunan kütləvilik virusun yayım sürətini daha da artırır. Bir müddət sonra biz bu kütləviliyin acı nəticələrini görəcək və yaşayacağıq. Böyük ehtimal ki, yoluxma dinamikasında artım müşahidə olunacaq.
İnsanların kütləvi şəkildə dəfn mərasimlərində iştirakı və həmin yerlərdə hərbçilərlə sıx təmasları ordu üçün də ciddi təhlükə yaradır. Bu halda koronavirus ordumuza da ayaq aça bilər.
Bütün bunlara yol verməmək üçün insanlarımız kütləvi aksiyalardan, ziyarətlərdən, dəfn mərasimlərində iştirakdan çəkinməlidirlər.
Vətəndaşlarımız daha məsuliyyətli davranmaqla, karantin rejiminə riayət etməklə, sabitliyi və təhlükəsizliyi qorumaqla həm xəstəliklə mübarizəyə, həm də Milli Ordumuzun, hərbçilərimizin öz işlərini lazımi şəkildə yerinə yetirmələrinə mühüm töhfələrini verə bilərlər.
Bəli, reallıq budur ki, Azərbaycan indi iki təhlükəli düşmənlə, iki ön cəbhədə vuruşur. Hər ikisi hiyləgər, hər ikisi insan qənimidir. Onlar kiçicik bir ehtiyatsızlıq, sərvaxtlıq gözləyirlər ki, amansızlıqla hücuma keçsinlər.
Bu çətin günlərdə, ətrafımızın düşmənlərlə sarıldığı bir zamanda dövlətimizin qoyduğu qaydalara riayət edərək, daha ehtiyatlı davranaraq, məsuliyyətli olaraq təhlükəni dəf etməliyik. Bilməliyik ki, hər iki düşmənə qarşı qalibiyyət hər birimizin davranışından, vətəndaş həmrəyliyindən, birliyindən asılıdır.
Əminik
ki, təhlükəyə qarşı səfərbər
olaraq vətənimizin üzərinə kölgə salan hər
iki qəddar düşmənin təhlükəli nəfəsini
tezliklə boğacağıq...
Yasəmən
MUSAYEVA
Azərbaycan.-2020.- 17 iyul.- S.1;6.