Hikmət HACIYEV: “Ermənistanın cəzalandırılmaması onu yeni təxribatlara sövq edir

 

Ermənistan silahlı qüvvələrinin təxribatları davam edir. AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev iyulun 16-da keçirdiyi mətbuat konfransında bildirib.

Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun bu təxribatların qarşısını aldığını vurğulayan Hikmət Hacıyev bildirib ki, Azərbaycan cəmiyyəti həmrəydir, yekdildir. Azərbaycan xalqının həmrəyliyinə kölgə salmaq istəyənlər təxribatlara əl atmağa başlayıblar. Həmin şəxslər də layiqli cavablarını alacaqlar. Azərbaycan gənclərinin vətənpərvərliyi dövlət tərəfindən də yüksək qiymətləndirilir. Dövlət başçısı bildirdi ki, kim istəyirsə Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinə müraciət edə, orada təlimlərə cəlb oluna bilər. Gənclərimizin bu vətənpərvərliyi yüksək qiymətləndirilir.

Prezidentin köməkçisi qeyd edib ki, münaqişənin danışıqlar yolu ilə həlli istiqamətində atılan addımlar nəticə vermir. Ermənistanın cəzalandırılmaması onu yeni təxribatlara sövq edir.

 

Azərbaycan.-2020.- 17 iyul.- S.3.