Vaqif Dərgahlı:
PUA-larımız üçün bədbəxt
erməni kəndlisindən daha vacib hədəflər var
Əlbəttə, Azərbaycan zəngin və özünü təmin edən bir dövlətdir, lakin öz maliyyə vəsaitini boş yerə xərcləməyəcək.
Bunu
Azərbaycan Ordusuna məxsus pilotsuz döyüş
uçuş aparatının zərbəsi nəticəsində
Ermənistanın Tavuş vilayətinin Çinari kənd
sakini Aramais Hovakimyanın yaralanması barədə Ermənistan
Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun
Hovhannisyanın yaydığı məlumatı AZƏRTAC-a
şərh edən Azərbaycan Müdafiə Nazirliyinin mətbuat
xidmətinin rəisi Vaqif Dərgahlı deyib.
“Birincisi,
əvvəllər dediyim kimi, heç vaxt yaşayış məntəqələrini
atəşə tutmuruq. İkincisi, bizim PUA-lar üçün
bədbəxt erməni kəndlisindən daha
vacib hədəflər var,
məsələn, Ermənistan ordusunun
mövqeləri. Biz də elə bunu edirik”, - deyə V.Dərgahlı
bildirib.
Azərbaycan.-2020.- 17 iyul.- S.4.