Türkiyənin Ədalət və
İnkişaf Partiyasının gənclər
qolu Ermənistanın hərbi təxribatı
ilə əlaqədar bəyanat yayıb
Türkiyənin Ədalət və İnkişaf Partiyasının gənclər qolu son günlər işğalçı Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təxribat törətməsi ilə əlaqədar bəyanat yayıb. Bu barədə AZƏRTAC-a Yeni Azərbaycan Partiyasından məlumat verilib.
Bəyanatda deyilir: “Ermənistan silahlı qüvvələri Azərbaycan-Ermənistan dövlət sərhədində Azərbaycan silahlı qüvvələrinin Tovuz rayonunda yerləşən mövqelərinə hücum ediblər. Ermənistanın aqressiv hərəkətlərinin arxasında dayanan səbəblər bizim üçün yeni deyil və hamımız onlardan xəbərdarıq. Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini illərdir işğal altında saxlayan ölkədir və onun münaqişəyə yeni ölçülər gətirmək cəhdləri iflasa məhkumdur.
1,5 milyondan artıq üzvü olan və Türkiyədəki ən böyük QHT olan AK Partiyanın Gənclər Qolu Ermənistan silahlı qüvvələrinin hücumunu kəskin şəkildə pisləyir. Həyatını itirən azərbaycanlı şəhidlərə görə dost və qardaş Azərbaycan xalqına və hökumətinə başsağlığı verir, yaralılara isə şəfa diləyir”.
Bəyanatda qeyd olunur ki, Türkiyə heç zaman Ermənistanın
avantürist və təkəbbürlü
addımları qarşısında qardaş
Azərbaycan xalqını tək qoymayacaq:
“Böyük lider Heydər
Əliyevin söylədiyi kimi, “Biz bir millət, iki dövlətik”. Türkiyə gəncləri
daha güclü şəkildə
və bütün imkanları ilə
torpaqlarını qorumaq uğrunda
mübarizəsində qardaş Azərbaycanın
yanında olmaqda davam
edəcək”.
Azərbaycan.-2020.- 17 iyul.- S.4.