Azərbaycan Mühəndislik Akademiyası Ermənistanın təxribatına qarşı etirazını bildirib

 

“Biz, Azərbaycan Mühəndislik Akademiyasının çoxsaylı üzvləri Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində törətdiyi hərbi təxribata qarşı qəti etirazımızı bildiririk. Ermənistanın Azərbaycana qarşı törətdiyi növbəti xəyanətkar təcavüz nəticəsində hərbi qulluqçularımız həlak olub və yaralanıblar, bir mülki şəxs həyatını itirib”, - deyə akademiyanın bəyanatında bildirilir.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Mühəndislik Akademiyasının vitse-prezidenti akademik Əhəd Canəhmədov bu təxribata görə məsuliyyətin Ermənistan rəhbərliyinin üzərinə düşdüyünü söyləyib.

“Ali Baş Komandan Prezident İlham Əliyevin ölkənin ərazi bütövlüyünə, vətəndaşların təhlükəsizliyinin təmin edilməsinə və erməni təcavüzkarlarının hər hansı təxribatının qarşısının alınmasına yönəlmiş siyasətini biz dəstəkləyirik”, - deyə bəyanatda vurğulanır.

 

Azərbaycan.-2020.- 17 iyul.- S.4.