XİN: “Ermənistan gücdən
istifadə etməklə yeni təcavüz
aktları həyata keçirmək niyyətini açıq
şəkildə nümayiş etdirir”
İyulun 16-da Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində yenidən mövqelərimizə hücum cəhdi olub, Tovuz rayonunun Ağdam, Dondar Quşçu və Vahidli kəndlərində mülki yaşayış infrastrukturları iriçaplı silahlar və artilleriya qurğularından istifadə etməklə atəşə tutulub. Davam edən döyüşlər zamanı Azərbaycan Ordusunun bir hərbi qulluqçusu həlak olub. Qanlı təxribatçı fəaliyyətini davam etdirən Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini, o cümlədən beynəlxalq humanitar hüququ kobud şəkildə pozaraq, təcavüzkar siyasətinin nəticələrini möhkəmləndirmək və gücdən istifadə etməklə yeni təcavüz aktları həyata keçirmək niyyətini açıq şəkildə nümayiş etdirir.
Bu
fikirlər Xarici İşlər Nazirliyinin Mətbuat xidməti
idarəsinin açıqlamasında yer alıb. Açıqlamada
deyilir: “Bir
daha bəyan edirik ki, bölgədəki gərginliyin yeganə səbəbkarı
Azərbaycanın Dağlıq Qarabağ
və ətraf 7 rayonunu hərbi işğal altında saxlayan,
yüz minlərlə azərbaycanlının
fundamental hüquq və
azadlıqlarını pozan, münaqişənin
danışıqlar yolu ilə həllinə
birbaşa əngəl törədən
Ermənistandır. Öz iflasa
uğrayan daxili siyasətini
ört-basdır etmək üçün,
təcavüzkar xarici siyasəti möhkəmləndirmək
və Azərbaycan ərazilərinin işğalına görə
daşıdığı məsuliyyətdən beynəlxalq
ictimaiyyətin diqqətini yayındırmaq cəhdi edən
Ermənistan rəhbərliyi dərk etməlidir ki, Azərbaycan beynəlxalq tanınmış
ərazilərinin işğalı faktı ilə heç zaman
barışmayacaq və torpaqlarımızın bir santimetri belə
düşmən işğalı altında qalmayacaq.
Azərbaycan münaqişənin siyasi yolla həllinin tərəfdarı olduğunu hər zaman bəyan
edib, lakin bu danışıqların sonsuz
olaraq davam etməsi
anlamına gəlməməlidir. Azərbaycan nəticəyə
yönəlik danışıqları dəstəkləyir və
ATƏT-in Minsk qrupunun
həmsədrlərindən də məhz bu
istiqamətdə vasitəçilik səylərini gözləyir.
Cəbhədə yaranmış gərginlik və onun doğura biləcəyi
bütün nəticələrin məsuliyyəti
tam olaraq Ermənistan
rəhbərliyinin üzərindədir”.
Azərbaycan.-2020.- 17 iyul.- S.4.