Milli QHT Forumu: Millətə və dövlətə
qarşı xəyanət yolunu
tutanları şiddətlə qınayırıq
İyulun 12-dən etibarən Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində Ermənistanın hərbi təxribatı nəticəsində başlayan şiddətli döyüşlər davam etməkdədir. İyulun 14-də minlərlə insan Azərbaycan Ordusuna, Ali Baş Komandana və dövlətə dəstək məqsədilə paytaxtın müxtəlif ərazilərində Dağlıq Qarabağın və işğal altında olan digər torpaqlarımızın azad olunması ilə bağlı şüarlar səsləndirərək izdihamlı yürüş ediblər. Bu yürüş dövlətçiliyimiz ətrafında milli birliyin göstəricisi, həmrəyliyin yüksək formada nümayişi, işğalçı düşmənə qarşı ciddi mesaj idi.
Bütün yuxarıda qeyd olunanlarla yanaşı, bir qrup şəxs yürüşdən sui-istifadə edərək təzyiqlə parlamentin binasına daxil olub və təxribat törədib. Sözsüz ki, bu təxribat Azərbaycanın uğurlarını həzm edə bilməyən dairələrin, istənilən vəziyyətdən öz çirkin niyyətləri üçün yararlanmağa çalışan qrupların növbəti antimilli fəaliyyətinin nəticəsi idi. Onu da qeyd edək ki, dəstək aksiyasını iğtişaşa çevirmək istəyən, Milli Məclisin binasına girərək vandallıq törədən, polislərə qarşı zor işlədən, təhrikçi çağırışlar səsləndirən həmin şəxslər cinayət məsuliyyəti daşıyıcılarıdır.
Sıralarında 730 QHT-ni
birləşdirən Azərbaycan Milli QHT Forumu olaraq təxribatçılara
qarşı qəti etirazımızı bildirir,
belə çətin və məsuliyyətli anda
millətə və dövlətə qarşı xəyanət
yolu tutanları şiddətlə
qınayırıq. Həmin gün orduya dəstək yürüşü
fonunda təxribatçılardan biri Rəşad Məmmədov təxribat xarakterli video yayaraq, dezinformativ məlumatlarla
insanlar arasında panika
yaratmağa cəhd göstərib. Biz ölkəmizin hüquq-mühafizə
orqanlarına müraciət edərək, Rəşad Məmmədova
və digər təxribatçılara qarşı qısa zamanda inzibati hüquq qaydalarına uyğun
olaraq müvafiq tədbirlərin
görülməsini xahiş edirik.
Azərbaycan.-2020.- 17 iyul.- S.5.