Şəhid əsgər Nazim İsmayılov Ağstafada dəfn olunub
İyulun
16-da səhər saatlarında Azərbaycan-Ermənistan
dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən
döyüşlərdə düşmən təxribatının
qarşısını alarkən qəhrəmancasına şəhid
olan İsmayılov Nazim Əfqan oğlu bu gün Ağstafa
rayonunda dəfn edilib.
AZƏRTAC xəbər verir ki,, şəhid hərbçimizin nəşi doğulub boya-başa çatdığı Ağstafa rayonun Kol Xəlifəli kəndinə gətirilib. Şəhidimizin cənazəsi böyük izdihamla qarşılanıb.
Vida
mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik
və Hərbi Xidmətə Çağırış
üzrə Dövlət Xidmətinin, rayon icra hakimiyyətinin,
hüquq-mühafizə orqanlarının nümayəndələri,
Milli Məclisin deputatları, kənd sakinləri, rayon ictimaiyyətinin
təmsilçiləri və şəhidin ailə üzvləri
iştirak ediblər.
Sonra şəhidimiz Kol Xəlifəli kənd qəbiristanlığında torpağa tapşırılıb. Dəfin mərasimində izdiham yaşanıb. Şəhidimizin məzarı üstünə tər qərənfil və qızıl güllər düzülüb.
Şəhidin tabutu üzərində Azərbaycanın üçrəngli bayrağı qardaşı İsmayıl İsmayılzadəyə təqdim edilib.
Şəhidin kiçik
qardaşı İsmayıl İsmayılzadə hazırda ordu sıralarında əsgər kimi xidmət edir.
Azərbaycan.-2020.- 17 iyul.- S.7.