“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq,”Əhalinin sağlamlığının qorunması haqqındaAzərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədəAzərbaycan Respublikasının 2019-cu il 27 iyun tarixli 1628-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alır:

"Dövlət rüsumu haqqındaAzərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, ¹ 12, maddə 740; 2002, ¹ 12, maddə 706; 2003, ¹ 1, maddə 23, ¹ 8, maddə 428, ¹ 12 (I kitab), maddələr 676, 698; 2005, ¹ 1, maddə 1, ¹ 6, maddə 462, ¹ 8, maddə 684, ¹ 10, maddələr 873, 905, ¹ 12, maddə 1083; 2006, ¹ 3, maddələr 223, 225, ¹ 6, maddə 481, ¹ 12, maddələr 1015, 1029; 2007, ¹ 2, maddə 80, ¹ 12, maddə 1203; 2008, ¹ 3, maddə 158, ¹ 6, maddə 462, ¹ 7, maddə 602, ¹ 12, maddə 1047; 2009, ¹ 1, maddə 5, ¹ 2, maddə 56, ¹ 3, maddə 160, ¹ 7, maddə 519, ¹ 12, maddə 947; 2010, ¹ 4, maddə 276, ¹ 6, maddə 485, ¹ 10, maddə 840, ¹ 11, maddə 939; 2011, ¹ 1, maddə 12, ¹ 4, maddələr 245, 264, ¹ 11, maddə 985, ¹ 12, maddə 1100; 2012, ¹ 1, maddə 4, ¹ 6, maddələr 508, 518, ¹ 7, maddə 646, ¹ 10, maddə 947, ¹ 12, maddələr 1216, 1227, 1229; 2013, ¹ 3, maddə 213, ¹ 5, maddə 474, ¹ 11, maddələr 1269, 1279, 1299, 1301, 1308, ¹ 12, maddələr 1485, 1504; 2014, ¹ 1, maddə 6, ¹ 5, maddə 468, ¹ 6, maddələr 603, 605, ¹ 7, maddələr 774, 780, ¹ 11, maddələr 1345, 1370; 2015, ¹ 12, maddə 1432; 2016, ¹ 1, maddələr 15, 36, ¹ 4, maddə 630, ¹ 5, maddə 849, ¹ 6, maddə 1014, ¹ 10, maddə 1605, ¹ 11, maddələr 1753, 1776, 1780, 1790, ¹ 12, maddələr 2006, 2051; 2017, ¹ 3, maddələr 337, 341, ¹ 5, maddə 742, ¹ 6, maddə 1028, ¹ 7, maddə 1308, ¹ 8, maddə 1506, ¹ 12 (I kitab), maddə 2265; 2018, ¹ 3, maddə 405, ¹ 4, maddələr 639, 647, ¹ 6, maddələr 1186, 1194, ¹ 7 (I kitab), maddələr 1415, 1444, ¹ 8, maddə 1675, ¹ 12 (I kitab), maddə 2489; 2019, ¹ 1, maddə 45, ¹ 4, maddələr 571, 596, ¹ 5, maddə 797, ¹ 7, maddələr 1176, 1181, 1190, 1192, ¹ 8, maddə 1371, ¹ 11, maddələr 1681, 1694; Azərbaycan Respublikasının 2020-ci il 1 may tarixli 71-VIQD, 74-VIQD nömrəli 5 may tarixli 86-VIQD nömrəli qanunları) aşağıdakı məzmunda 2.0.18-2-ci, 32-2-ci 32-3-cü maddələr əlavə edilsin:

 

"2.0.18-2. tibb müəssisələrinin akkreditasiyasının keçirilməsi;”;

 

"Maddə 32-2. Tibb müəssisələrinin akkreditasiyasının keçirilməsinə görə tutulan dövlət rüsumunun dərəcələri

 

Dövlət rüsumu tutulmalı olan hərəkətlər

 

Dövlət rüsumunun məbləği

 

32-2.1. ambulator xidmət göstərən tibb müəssisələri   2000 manat

 

32-2.2. stasionar xidmət göstərən tibb müəssisələri   4000 manat

 

"Maddə 32-3. Tibb müəssisələrinin akkreditasiyasının keçirilməsinə görə dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri

32-3.1. Bu Qanunun 32-2.1-ci maddəsində nəzərdə tutulmuş dövlət rüsumunun Bakı şəhəri üzrə 100 faizi, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərləri və Abşeron rayonu üzrə 70 faizi, digər regionlar üzrə isə 50 faizi ödənilir.

32-3.2. Bu Qanunun 32-2.2-ci maddəsində nəzərdə tutulmuş dövlət rüsumunun 250-dən çox çarpayısı olan tibb müəssisəsi üzrə 100 faizi, 101-250 çarpayısı olan tibb müəssisəsi üzrə 90 faizi, 50-100 çarpayısı olan tibb müəssisəsi üzrə 70 faizi, 50-dən az çarpayısı olan tibb müəssisəsi üzrə isə 50 faizi ödənilir.”.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 iyun 2020-ci il

Azərbaycan.-2020.- 18 iyul.- S.2.